ar
Feedback
HƏRBİ XƏBƏRLƏR

HƏRBİ XƏBƏRLƏR

الذهاب إلى القناة على Telegram

🔹Kanal hərbi xəbərlərin düzgün və təhrif olunmadan paylaşılması, dezinformasiyalardan yayınmaq üçün yaradılmışdır. ➡️ Reklam & Əməkdaşlıq 🔸Əlaqə saxlamaq | Məlumat & Xəbər göndərmək ⤵️ 📲 @Shahmuradov_002

إظهار المزيد
2025 عام في الأرقامsnowflakes fon
card fon
54 735
المشتركون
لا توجد بيانات24 ساعات
-167 أيام
-1630 أيام
أرشيف المشاركات
🇪🇬 Qəzza üzrə danışıqlar öncəsi nümayəndələr Qahirədə toplanır Təxminən iki ildir davam edən Qəzza müharibəsinə son qoymaq məqsədilə planlaşdırılan danışıqlardan əvvəl nümayəndələr Misirin paytaxtı Qahirəyə gəliblər. “Al Jazeera”nin məlumatına görə, HƏMAS və İsrail rəsmiləri bazar və bazar ertəsi günləri birbaşa olmayan danışıqlar aparacaq. ABŞ Prezidenti Donald Tramp şənbə günü iki xüsusi elçisini – Cerəd KuşnerYaxın Şərq üzrə əsas nümayəndə Stiv Vitkofu Misirə göndərib. Danışıqlardan atəşkəs və girov razılaşması ilə bağlı irəliləyiş gözlənilir.
إظهار الكل...
13👍 8
Photo unavailableShow in Telegram
Azərbaycanın sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin qardaşı oğlu Samir Əbiyev təltif edilib. Bakıvaxtı.az xəbər verir ki, o, Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Dəniz Qüvvələri fakültəsində fəaliyyət göstərir və 2-ci dərəcəli kapitan rütbəsinə malikdir. Səfər Əbiyevin qardaşı oğlu 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Heydər Əliyev adına Hərbi İnstitutun rektoru Ümidvar Quliyev tərəfindən təltif olunub
إظهار الكل...
🤣 31 16👎 9👍 3
İsrail və HAMAS hərəkatının nümayəndə heyətləri 5-6 oktyabr tarixlərində Misirdə dolayı danışıqlar aparacaq. Bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb. Telekanalın mənbələrinə görə, tərəflər ABŞ prezidenti Donald Trampın təklif etdiyi Qəzza sülh planına uyğun olaraq israilli girovların fələstinli məhbuslarla mübadiləsi üçün müvafiq şəraitin yaradılmasını müzakirə etməyi planlaşdırır.
إظهار الكل...
👍 19 2
Ukrayna Rusiyanın 5 ən böyük neft emalı zavodundan biri olan Leninqrad vilayətində yerləşən Kirişinefteorqsintez zavoduna zərbə endirib. Bu zavodun illik neft emalı 20 milyon tondur.
إظهار الكل...
👍 114 23👏 5👎 1🤯 1
Photo unavailableShow in Telegram
Suqovuşan qəsəbəsinin azad edilməsi strateji nöqteyi-nəzərdən çox böyük əhəmiyyət kəsb edirdi. Çünki bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi. Düşmən yəqin ki və təbii ki, bilirdi, biz bu istiqamətdən hərəkətə keçəcəyik. Talış kəndi və Suqovuşan qəsəbəsi bir gündə - keçən il oktyabrın 3-də işğaldan azad edilmişdir. Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi. Suqovuşan qəsəbəsinin və Talış kəndinin azad edilməsinin digər əhəmiyyətli tərəfi ondan ibarətdir ki, birinci azad edilmiş kəndlərdən sonra, - birinci kəndlər sentyabrın 27-də müharibənin ilk günündə azad edilmişdi - 6 kənd, - oktyabrın 3-nə qədər hər hansı bir yaşayış məntəqəsi azad edilməmişdi. Bunun təbii səbəbləri var idi, hazırlıq gedirdi, manevrlər gedirdi, şiddətli döyüşlər gedirdi. Ancaq müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi, əlbəttə ki, ordumuza, xalqımıza əlavə güc, mənəvi güc verdi və müharibənin yeddinci günündə səkkiz kəndin azad edilməsi, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşmiş bu kəndlərin azad edilməsi bizə böyük mənəvi üstünlük verirdi. Bu kəndlərin strateji əhəmiyyəti ondadır ki, burada düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi. Bu kəndlərin azad olunması bizim bu bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkəti üçün, manevrləri üçün çox böyük problemlər yaradıldı, məhdudiyyət yaradıldı. Talış kəndinin və Suqovuşan qəsəbəsinin yerləşdiyi ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi və demək olar ki, müharibənin son gününə qədər bu canlı qüvvə digər əməliyyatlarda iştirak edə bilmirdi. Birinci növbədə ona görə ki, strateji yollar artıq bizim nəzarətimizdə idi, ikincisi ona görə ki, əgər buradan düşmən öz canlı qüvvəsini başqa yerlərə çəksəydi, əlbəttə, Azərbaycan Ordusu bu istiqamətdə bundan sonra da böyük dərəcədə irəliləyə bilərdi. Ona görə bizim taktiki addımlarımız və manevr etmək imkanlarımız düşünülmüş addımlar idi və demək olar ki, burada düşmənin böyük bir hərbi birləşməsi iflic vəziyyətdə qalmışdı. Prezident İlham Əliyev
إظهار الكل...
84👍 6👎 1
Şuşa rayonu Kiçik Qaladərəsi kəndi ərazisində evlərin təmizlənməsi əməliyyatı zamanı partlayıcı tələ qurğusu aşkarlanıb. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Bildirilib ki, evin damında sütuna və damın giriş qapısına tələ məftili vasitəsilə quraşdırılmış döyüş vəziyyətinə gətirilən iki ədəd F-1 əl qumbaraları aşkarlanıb. Aşkar edilən tələ qurğunu ANAMA əməkdaşları zərərsizləşdirərək, ərazinin təhlükəsizliyini təmin ediblər. @herbixeber
إظهار الكل...
👍 42 9
Photo unavailableShow in Telegram
✈️ 🇷🇺Rusiyanın Krasnoyarsk diyarının cənubunda AN-2 təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində hər iki pilot həlak olub. Məlumata görə, qəzaya düşən təyyarə 53 ildir istismar olunurdu.
إظهار الكل...
28👍 15👏 7👎 1
Photo unavailableShow in Telegram
Azərbaycanda içlərində hərbçi də olmaqa 4 nəfər dövlətə xəyanətdə ittiham olunur Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ibtidai istintaqı başa çatdırılmış cinayət işi üzrə toplanmış materiallar Bakı Hərbi Məhkəməsinə daxil olub. Məlumata görə, həmin şəxslər bir müddət əvvəl həbs ediliblər. Məlumata görə, xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan İlkin Qənbərov və Vüsal Ağayev DTX tərəfindən görülmüş tədbirlər nəticəsində saxlanılaraq istintaqa cəlb olunmuşlar. Onlardan Vüsal Ağayev hərbçidir. DTX tərəfindən davam etdirilən tədbirlər zamanı Tural Alıyev İordaniya Haşimilər Krallığı ərazisində, Məmməd Şərifov isə Türkiyə Respublikası ərazisində ələ keçirilərək Azərbaycan Respublikasına gətiriliblər. Təqsirləndirilən şəxslərə qarşı AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 12 ildən 20 ilədək və ya işin hallarından asılı olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
إظهار الكل...
24🤯 12👎 3👍 2
Photo unavailableShow in Telegram
Finlandiya-Rusiya sərhədində NATO-nun Quru Qoşunlarının qərargahı açılıb
إظهار الكل...
50👍 28👏 3🤣 2
Photo unavailableShow in Telegram
🇷🇺 Vladimir Putin: ▪️Rusiya iki dəfə NATO-ya üzvlük üçün müraciət edib, hər iki dəfə rədd olunub. ▪️ “Qərb tərəfdaşlarımızla işləməyə hazır idik, amma onlar stereotiplərdən əl çəkmədi”. ▪️“Dünyada hamıya nə edəcəyini diktə edəcək bir güc yoxdur və olmayacaq”. ▪️Rusiyanın NATO-ya hücum edə biləcəyi barədə iddiaları cəfəngiyat adlandırıb. ▪️ “Avropa Rusiyanı düşmən elan etməyi əsrlər əvvəl uydurub”. ▪️Qərb elitasına: “Sakitləşin, dinc yatın və öz problemlərinizlə məşğul olun”. ▪️Avropanın silahlanmasına cavabın tezliklə veriləcəyini vurğulayıb. Rusiya prezidenti bu fikirləri Valday klubunun plenar iclasında səsləndirib.
إظهار الكل...
🤮 52👍 18 8🤬 5
Repost from TgId: 1649327267
Azərbaycan və Türkiyə münasibətlərinə müasir dövrdə baxış Bir neçə gün əvvəl Türkiyənin bir sıra media orqanları və jurnalistləri “Netanyahunu alqışlayan Azərbaycan nümayəndə heyəti”nin saxta fotoşəkillərini dərc ediblər. Azərbaycanda fotoların saxta olduğu müəyyən edilib, Ankara bu saxtakarlığı edən jurnalisti taparaq cəzalandırıb. Bu, bizi yenidən Azərbaycan və Türkiyə arasındakı münasibətlərə nəzər salmağa, Ankaranın və Bakının müttəfiqliyinin bütün dərinliyini və miqyasını göstərməyə vadar edir. Azərbaycan və Türkiyə arasındakı münasibətlər olduqca çoxşaxəlidir. Burada münasibətlərin emosional tərəfi xüsusilə qeyd edilməlidir, çünki bədxahlar məhz bu nöqtədən zərbə vururlar. Ən kiçik qar dənəsi belə ən qısa zamanda böyük bir qap topasına çevrilə bilər. Ona görə də, həmişə deyilən sözlərə, edilən hərəkətlərə məsuliyyət və diqqətlə yanaşmaq lazımdır. Münasibətlərin dərinliyinə və miqyasına qısaca nəzər salaq: - Azərbaycanın enerji ehtiyatlarının dünya bazarına daşınması üzrə həyata keçirilən meqa layihələr, Bu, Azərbaycan üçün maliyyə, Türkiyə üçün isə enerji mənbələrinin diversifikasiyasını ilə təmin edir; - Hər iki istiqamətdə otuz milyard dollardan çox qarşılıqlı investisiyalar. Bunun böyük hissəsi (20 milyard dollardan çox) Azərbaycanın Türkiyəyə investisiyalarıdır; - Azərbaycanın Türkiyənin texnoloji sıçrayışında, xüsusən silah sistemləri üzrə dəstəyi və iştirakı; - Beynəlxalq arenada bir-birinə dəstək - bu gün ən aktual olan geosiyasi kontekst. Azərbaycan Türkiyə üçün Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində siyasətin müəyyən edilməsində mərkəzi yer tutur. Eyni zamanda, Azərbaycan bütün məsuliyyəti öz üzərinə götürərək, bu prosesə öz töhfəsini verir. Türkiyənin Cənubi Qafqazda əldə etdiyi və əldə edəcəyi hər şey Azərbaycanla müttəfiqliyi sayəsində reallaşıb; - TDT - türk dövlətlərinin inteqrasiyasının artırılmasının təşəbbüskarı məhz Azərbaycandır və Bakı bu vacib istiqaməti ardıcıl olaraq aparır; - Yaxın Şərqdə - Suriyada, İraqda və bütün perimetr boyu Türkiyə siyasətinə dəstək. - Şərqi Aralıq dənizi - ŞKTR-ə dəstək, Yunanıstan və Cənubi Kiprin təsirinin qarşısının alınması; - Afrika istiqaməti - Azərbaycan Türkiyənin Afrikadakı fəaliyyətlərini dəstəkləyir və bu istiqamətədki addımlar tam koordinasiya edilir; - Məzmun baxımından hələ də zənginləşən Bakı-Ankara-İslamabad üçtərəfli formatı; - Rusiya-Ukrayna müharibəsi və Aİ ilə münasibətlər üzrə daimi məsləhətləşmələr; - Türkiyə ilə İsrail arasında qarşıdurmanın aradan qaldırılması üçün dialoq platformasının yaradılması. Sadalamaq üçün daha çox bənd var... Türkiyə hər il getdikcə daha nüfuzlu ölkəyə çevrilir, lakin Türkiyənin nüfuzu onun iqtisadi resursları ilə üst-üstə düşmür. Bu paradoksdur və Azərbaycan mövcud resursları ilə Türkiyəni dəstəkləməyə çalışır. Burada rəhbərlərin - Prezident İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın əsas rolu var! Azərbaycan üçün Türkiyənin uğuru səmimi məqsəddir, çünki bu uğura həddən artıq çox “sərmayə” qoyulub! Bu “sərmayələr” həm iqtisadi, həm də geosiyasi mənada mənfəət gətirməlidir. Bununla yanaşı, bu cür saxtakarlıqlar və dezinformasiyalar kimi bütün mümkün neqativ hallar münasibətlərdə mənfi məzmun yaratmamaq üçün kökündən kəsilməlidir. Azərbaycan Türkiyənin forpostu və ya kiçik tərəfdaşı deyil; Azərbaycan Türkiyənin məsuliyyətli tərəfdaşı, müttəfiqidir. Bakı Türkiyənin güclənməsini və çiçəklənəməsini səmimi şəkildə arzulayır, çünki öz güclənməsi və çiçəklənməsinin də buna bağlı olduğunu görür. Azərbaycanın proseslərə öz müstəqil baxışı var. Bu, Ankaranın digər aktorlarla ziddiyyətlərinin böhran dövrlərinə qədəm qoyduğu yerlərdə Türkiyənin problemlərinin həlli üçün platforma yaratmağa yönəlib. Nüfuzunu artırmağa çalışan hər bir ölkə öz müttəfiqləri arasında Azərbaycan kimi bir ölkə olmasını arzulayar. Bu baxımdan Türkiyənin bəxti gətirib. Bunu qiymətləndirmək və Azərbaycanın beynəlxalq arenada geniş imkanlarından istifadə etmək lazımdır ki, Ankara məhz belə də edir! @cssc_cqtm
إظهار الكل...
27👍 7
Photo unavailableShow in Telegram
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə Kopenhagendə keçirdikləri görüş barədə “X” hesabında paylaşım edib.
“Azərbaycan Prezidenti ilə görüşüm oldu. Mən ona Ukraynanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi prinsipial və davamlı dəstəyə görə təşəkkür etdim. Biz Ukraynada ədalətli sülhə doğru diplomatik səylər barəsində fikir mübadiləsi apardıq, əlavə olaraq enerji və potensial hərbi əməkdaşlıq ətrafında müzakirəmiz oldu. Dövlətlərimiz arasında kontaktların çoxaldılması barədə razılaşdıq. Mən Azərbaycana göstərdiyi dəstəyə görə minnətdaram”,
- paylaşımda qeyd olunub.
إظهار الكل...
👏 52 17👍 5🤮 1
Photo unavailableShow in Telegram
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi olub, 370 hərbçi azad edilib APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rusiya Kiyevə 185 ukraynalı hərbçini qaytarıb. Əvəzində Ukrayna tərəfi də Moskvaya 185 rusiyalı hərbçini təhvil verib. Bundan əlavə, mübadilə çərçivəsində 20 dinc sakin də geri qaytarılıb. Rusiyalı hərbçilərin və mülki şəxslərin Belarusda olduğu, onlara lazımi psixoloji və tibbi yardımın göstərildiyi bildirilib.
إظهار الكل...
18👏 7
DSX❗️Horadiz sərhədində 15 kiloqram narkotik və 1490 ədəd həblə bağlı qaçaqmalçılıq cəhdi qarşısı alındı
إظهار الكل...
👍 42 6
Photo unavailableShow in Telegram
İlham Əliyevlə Paşinyan arasında Kopenhagendə görüş baş tutub.
إظهار الكل...
48👍 42👏 2👎 1
Photo unavailableShow in Telegram
⚡️Azad edilmiş ərazilərdə ötən ay daha 640 mina, 5286 PHS aşkarlanıb
إظهار الكل...
27👍 16
🇦🇿Bu gündən Azərbaycanda müddətli həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb.
إظهار الكل...
👍 43 6
🇺🇦 Volodimir Zelenski:
“Artıq 7 gündür ki, Zaporojye Atom Elektrik Stansiyası fövqəladə vəziyyətdədir. Bu, indiyədək baş verməmiş hadisədir”.
Zelenski zavodun Rusiyanın zərbələri nəticəsində elektrik şəbəkəsindən ayrıldığını və hazırda yalnız dizel generatorları ilə işlədiyini bildirib:
“Amma nə zavod, nə də generatorlar bu qədər uzun müddəti belə rejimdə işləmək üçün nəzərdə tutulmayıb. Artıq bir generator sıradan çıxıb. Rusiya mərmiləri elektrik xətlərinin bərpasına mane olur. Bu, bütün dünya üçün təhlükədir. Heç bir terrorçu indiyədək nüvə stansiyasına belə hücuma cəsarət etməyib. Dünya bu təhlükəyə susmamalıdır”.
إظهار الكل...
38👍 23🤬 5😎 3
Photo unavailableShow in Telegram
Türkiyəli nazir: Zəngəzur dəhlizi həyati əhəmiyyət kəsb edir Türk Dövlətləri Təşkilatının Nəqliyyatdan Məsul Nazirlərinin 8-ci Toplantısında çıxış edən Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin əhəmiyyətinə diqqət çəkib. APA-nın Türkiyə bürosu xəbər verir ki, nazir Zəngəzur dəhlizinin Qafqazda normallaşma prosesində həyati rol oynadığını bildirib. “Regionumuz üçün digər xoş xəbər Zəngəzur bağlantısı vasitəsilə yeni imkanların açılmasıdır. Bu dəhliz Türkiyə ilə Azərbaycan arasında birbaşa quru nəqliyyatını təmin edəcək və bütün Türk dünyasını bir-birinə bağlayacaq mühüm addım olacaq. Eyni zamanda, bütün bölgə ölkələri bundan faydalanacaq”, – deyə o əlavə edib.
إظهار الكل...
21👍 15
01:29
Video unavailableShow in Telegram
🙏 Artıq məbləğin bir hissəsi yığılıb. 💔 5 yaşlı Nihatın köməyə ehtiyacı var Xəstənin anası: Mən, Orucova Samirə — tək anayam və övladlarıma təkbaşına baxıram. Oğlum Nihat (2019-cu il təvəllüdlü) səhhəti ilə bağlı ciddi problemlər yaşayır və müalicəyə ehtiyacı var. Bir kurs müalicənin dəyəri 300 manatdır. Artıq 3 kursun pulu yığılıb, 4-cü kursun məbləğininin tamamlanması lazımdır. Hazırda yaşıdlarından geri qalır, bir çox şeyə reaksiya vermir və bu müalicə onun inkişafı üçün həyati əhəmiyyət daşıyır. Kim imkanı çatan qədər dəstək ola bilsə, böyük kömək etmiş olar. 💳 Kapital Bank kartı: 5239 1517 3928 6964 Kart sahibi: Orucova Samirə 📞 Əlaqə nömrəsi: 070 525 62 03
إظهار الكل...
15.81 MB
8