HƏRBİ XƏBƏRLƏR
الذهاب إلى القناة على Telegram
🔹Kanal hərbi xəbərlərin düzgün və təhrif olunmadan paylaşılması, dezinformasiyalardan yayınmaq üçün yaradılmışdır. ➡️ Reklam & Əməkdaşlıq 🔸Əlaqə saxlamaq | Məlumat & Xəbər göndərmək ⤵️ 📲 @Shahmuradov_002
إظهار المزيد2025 عام في الأرقام

54 735
المشتركون
لا توجد بيانات24 ساعات
-167 أيام
-1630 أيام
أرشيف المشاركات
00:33
Video unavailableShow in Telegram
⚡️Prezident İlham Əliyev "Ağ Ev"ə gəlib, Tramp qarşılayıb.
IMG_2574.MP411.62 MB
❤ 73👏 21👍 7🤬 2
00:10
Video unavailableShow in Telegram
🇦🇿🇺🇸 Ağ Ev Prezident İlham Əliyevi qarşılamağa hazırdır
IMG_2564.MP43.32 MB
❤ 55👍 9
00:15
Video unavailableShow in Telegram
🇦🇿Azərbaycan nümayəndə heyətinin tərkibi:
🟢Hikmət Hacıyev
🟢Ceyhun Bayramov
🟢Elçin Əmirbəyov
🟢Orxan Sultanov
IMG_2563.MP41.18 MB
👍 57❤ 20
Photo unavailableShow in Telegram
🇷🇺🇺🇦🇦🇿 Rusiya beş Şahed pilotsuz uçan aparatı ilə Ukraynanın Odessa vilayətindəki SOCAR neft bazasına zərbə endirib.
🔴Hücum nəticəsində yanğın baş verib və dizel borusu zədələnib. 4 şirkət əməkdaşı xəsarət alıb.
🔴Bu, SOCAR-a aid obyektlərdə son həftələrdə ikinci zərbədir.
🔴Bundan əvvəl Orlovka yaxınlığında, Azərbaycan qazının keçməli olduğu qazpaylayıcı stansiya zədələnmişdi.
🤬 88❤ 5👍 4🤣 3
🇺🇸🇷🇺ABŞ və Rusiya Kremlin Krım və bütün Donbas üzərində nəzarətini təmin edəcək müharibənin dondurulmasına dair razılaşmanı müzakirə edirlər, - Bloomberg
Agentliyin mənbələrinə görə, Vaşinqton və Moskva gələn həftə Tramp-Putin sammitində təqdim oluna biləcək razılaşma üzərində işləyirlər. Söhbət Krımın və bütün Donbasın Rusiya tərəfindən işğalının tanınmasından gedir ki, bu da Zelenskidən qoşunları Kiyevin nəzarətində olan Luqansk və Donetsk vilayətlərindən çıxarmasını tələb edəcək. Bunun müqabilində Rusiya hazırkı cəbhə xətti boyunca Xerson və Zaporojye bölgələrində hücumu dayandıracaq.
Bloomberg-in qeyd etdiyi kimi, saziş faktiki olaraq müharibəni donduracaq və texniki sülh danışıqlarına yol açacaq.
❤ 16👎 10
Photo unavailableShow in Telegram
🇦🇿🇺🇸🇦🇲Bir neçə saat sonra Ağ Evdə tarixi görüş baş tutacaq. Azərbaycan istədiyi sülhə nail olacaq.
🟢Görüşdə Tramp tərəfindən "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalanacaq;
🟢Birgə Bəyannamə imzalanacaq;
🟢Minsk Qrupunun ləğvi ilə əlaqədar ATƏT-ə birgə müraciət ünvanlanacaq;
🟢Sülhün qurulmasına dair Sazişin mətninin paraflanmasına dair anlaşma olacaq;
🟢Zəngəzur dəhlizi reallaşacaq.
❤ 82👍 9
Repost from TgId: 1649327267
Retrospektiv baxış: 10.11.2020 - 08.08.2025
Bu günkü tarixi hadisələr bizi geriyə baxaraq hələ prosesin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin nə dedikləri və bu gün hara gəldiyimiz barədə düşünməyə vadar edir.
Ərazi bütövlüyü bərpa edilməlidir. Prezident İlham Əliyev bütün danışıqlar prosesi boyu bunu bəyan edib. 44 günlük Vətən müharibəsinin nəticəsində bu məqsədə nail olundu. Beşillik dövr ərzində Azərbaycan bütün beynəlxalq ictiamiyyəti bu faktı tanımağa məcbur etdi!
Azərbaycanın suverenliyi bütün ölkə ərazisini əhatə etməlidir. Müharibədən və RSK-nın Qarabağa daxil olmasından sonra Ermənistan Rusiya, Qərb və İranın dəstəyi ilə Bakının nəzarətində olmayan anklav yaratmağa çalışdı. Lakin 2023-cü il sentyabrından sonra "Vardanyan layihəsinə", Makronun BMT TŞ-dəki cəhdlərinə və Blinkenin vurnuxmalarına baxmayaraq, Azərbaycan öz hədəfinə çatdı.
Ermənistan silahlı qüvvələri Azərbaycanı tərk etməlidir. Prezident İlham Əliyev bunu müharibənin bitməsindən dərhal sonra, RSK-nın Azərbaycanda MÜVAQQƏTİ olaraq yerləşdiyi ərazidə Ermənistan Silahlı Qüvvələrinin qalıqlarının qaldığı zamanı deyirdi. Bu mövzu 22 fevral 2022-ci ildə Rusiya prezidenti ilə birgə mətbuat konfransında xüsusi olaraq vurğulandı. 2023-cü ilin sentyabrında Ermənistan Silahlı Qüvvələrinin qalıqları Azərbaycandan qovuldu.
"Cəhənnəmə getdi status!". Prezident İlham Əliyevin bu ifadəsi aforizmə çevrildi. Lakin bir neçə il ərzində statusu diriltmək cəhdləri davam etdi - ATƏT MQ çərçivəsində təşəbbüslərdən tutmuş Blinkenin "Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi" ilə bağlı çoxmənalı ifadələrinə və Rusiyanın təqdim etdiyi sülh müqaviləsi layihəsindəki "təxirə salınmış status"a qədər. Nəticədə, "status" mövzusu elə cəhənnəmdə də qaldı!
Danışıqlar ikitərəfli formatda aparılmalıdır. Ötən dövrdə Rusiya, ABŞ və Aİ vasitəçilik etməyi arzulayırdı. Lakin vasitəçilərin erməniyönümlülüyü Azərbaycanın ədalətli və əsaslı mövqeyi ilə neytrallaşdırıldı. Prezident İlham Əliyevin prinsipiallığı Ermənistan rəhbərliyinə 2023-cü il dekabrında ikitərəfli formatı qəbul edərək nəticə əldə etmək və subyektliliyin səviyyəsini yüksəltmək imkanı verdi. Bu gün Vaşinqtondakı görüş və razılaşmalar da ikitərəfli formatın nəticəsidir.
Sülh müqaviləsi. Sülh müqaviləsi ideyası və əsas prinsiplər Azərbaycan tərəfindən irəli sürülüb. Xarici aktorlar tərəfindən manipulyasiya cəhdləri olsa da, nəticədə proses Prezident İlham Əliyevin gündəminə uyğun cərəyan etdi. Ermənistan iki bəndə etirazlarını geri götürdü və mətn razılaşdırıldı. İndi onun təsdiqi gözlənilir.
Azərbaycanın ATƏT MQ-nin ləğvi və Ermənistan Konstitusiyasının dəyişdirilməsi şərtləri. Bu gün ATƏT MQ-nin ləğvi prosesi başlayacaq, Ermənistan Konstitusiyasının dəyişdirilməsi isə sülh müqaviləsinin ratifikasiya şərti olacaq!
Sərhədlərin müəyyənləşməsi. Burada da çox maneələr aşıldı. Lakin Azərbaycan müharibəsiz dörd kəndi geri qaytardı. Hazırda sərhədlərin delimitasiyası və demarkasiyası prosesi ikitərəfli formatda davam edir.
Zəngəzur dəhlizi. Azərbaycan Prezidenti bütün dövr ərzində bu dəhlizin maneəsizliyi və təhlükəsizliyə beynəlxalq nəzarət haqqında danışıb ki, digər bütün marşrutların açılması da məhz bundan asılıdır. Nəticədə, bu gün Ermənistan və ABŞ Zəngəzur dəhlizində xüsusi rejiminin və təhlükəsizlik zəmanətlərinə beynəlxalq iştirakın müəyyən edilməsi məqsədilə əməkdaşlıq prosesinə başlaya bilərlər.
Gördüyümüz kimi, Prezident İlham Əliyevin hər bir məqsədi Ermənistan və dünyanın aparıcı dövlətlərinin müqaviməti ilə qarşılaşıb. Lakin bu müqavimət aradan qaldırılıb. Tonlarla böhtan materiallarına, beynəlxalq təşkilatlarda təşəbbüslərə və birbaşa şantaja baxmayaraq Azərbaycan Prezidenti bütün bu maneələri dəf edib. Bu, milli birliyin formalaşdırılması, Türkiyə ilə koordinasiya və əlbəttə ki, Prezident İlham Əliyevin həlledici rolu sayəsində mümkün olub.
Hər dəfə Ermənistana konstruktiv addımlar üçün şans verilib və yalnız sülh gündəminin qəbul edilməsindən sonra bu gün təsdiqlənəcək nəticələr əldə olunub.
@cssc_cqtm
❤ 26👍 1
⚡️⚡️⚡️Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq. Bu, bütün regionla bağlıdır və onlar bilirlər ki, region prezident Trampla daha rifahlı və təhlükəsizdir. Tramp həm Azərbaycan, həm də Ermənistan liderləri ilə enerji, texnologiya, iqtisadi əməkdaşlıq, sərhəd təhlükəsizliyi, infrastruktur və ticarət sahələrində razılaşmalar imzalayacaq.
❤ 49👍 17🤮 3
Repost from TgId: 1649327267
Vaşinqton görüşü bizə nə verəcək?
ABŞ ilə saat fərqinə görə bu gün Azərbaycan üçün 8 saat daha uzun olacaq.
Prezident İlham Əliyevin ABŞ-yə səfəri tarixi xarakter daşıyacaq. Səfər çərçivəsində Azərbaycan və ABŞ arasında münasibətlərin yeni səviyyəsinin əsası qoyulacaq, həmçinin Azərbaycan və Ermənistan arasındakı sülh prosesi ilə bağlı qərarlar qəbul ediləcək – sülh prosesində geriyə dönüş nöqtəsi aşılacaq.
Azərbaycan-ABŞ ikitərəfli münasibətləri
Prezident İlham Əliyev ABŞ-də seçkilərdən bir neçə ay əvvəl Trampın dünyagörüşü ilə həmrəy olduğunu açıq şəkildə ifadə etmişdi. Bu, Vaşinqtonda demokrat administrasiyasının tam hakimiyyətdə olduğu bir dövrdə cəsarətli bəyanat idi. Təsadüfi deyil ki, Prezident Tramp bu yaxınlarda öz səhifəsində Prezident İlham Əliyevin fikirlərini paylaşmışdı. Trampın prezidentliyi dövründə liderlər arasında məktub mübadiləsi və telefon danışığı olmuş, Trampın şəxsi nümayəndəsi Bakıya səfər etmişdi. Müasir dövrdə siyasətçilərin şəxsi münasibətləri həlledici rol oynayır!
Səfər nəticəsində Strateji Əməkdaşlıq Xartiyasının hazırlanması üçün İşçi Qrupunun yaradılması nəzərdə tutulur. Prioritetlər enerji, ticarət, logistika, süni intellekt, rəqəmsal infrastruktur və təbii ki, təhlükəsizlik və müdafiə sahələridir. Diqqət yetirin ki, burada Bayden-Blinkenin idealoji xarici siyasətindən heç bir əsər-əlamət yoxdur.
Əlbəttə ki, bu gündəliyin həyata keçirilməsi üçün ədalətsiz 907-ci düzəlişin tətbiqinin dayandırılması lazım idi ki, bu da Prezident Tramp tərəfindən edilib.
Azərbaycan həmişə ABŞ ilə praqmatik münasibətlərin tərəfdarı olub və indi ABŞ-da da praqmatizmin qalib olduğu dövr gəlib çatıb. Bir daha Prezident İlham Əliyevin nümunəsində "zamanın nəbzini tutmağın" necə olduğunu görürük!
Azərbaycan və Ermənistanın sülh gündəmi
Görüşlər çərçivəsində Birgə Bəyannamənin imzalanması nəzərdə tutulur ki, burada Azərbaycan və Ermənistan arasında münasibətlərin sülh xarakteri təsdiqlənəcək. Həmçinin tərəflər ATƏT-ə MQ-nin ləğvi ilə bağlı müraciət etməyi və "qeyd olunan sazişin imzalanması və ratifikasiyası üçün sonrakı addımlar atmağı" razılaşdırıblar. Bu, Azərbaycanın sülh müqaviləsi üçün irəli sürdüyü ədalətli şərtlər sırasında mühüm elementdir.
Vurğulayaq ki, bütün bunlar ABŞ prezidentinin - ATƏT MQ-nin həmsədri və ATƏT-in əksər üzvlərinə təsir göstərmək imkanı olan bir ölkə rəhbərinin iştirakı ilə baş tutacaq.
Azərbaycanın birinci şərtinin həyata keçirilməsi ilə yanaşı, Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı ikinci şərtin həyata keçirilməsinin də əsası qoyulur və sülh müqaviləsinin ratifikasiyası prosesi referendumun nəticələri ilə şərtlənir! Müqavilənin təsdiq edilmiş mətni razılaşdırılmış maddələrin dəyişməz qalacağına zəmanət yaradır.
Zəngəzur dəhlizi olacaq! Bu, böyük blokadanın aradan qaldırılması prosesi çərçivəsində yalnız bir kommunikasiya xətti üçün xüsusi rejim olacaq. Bu, ABŞ-nin iştirakı ilə Ermənistanın suveren qərarıdır. Prezident İlham Əliyevin qeyd etdiyi maneəsizlik və təhlükəsizliyə beynəlxalq zəmanətlər Ermənistan və ABŞ arasında saziş çərçivəsində həyata keçiriləcək.
Regionda sülh gündəmini məhz Azərbaycan Prezidenti formalaşdırıb və onun həyata keçirilməsi üçün ardıcıl şəkildə çalışdı. Beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyünün və suverenliyinin bərpası, Ermənistanla sülh müqaviləsi təşəbbüsü, sülh müqaviləsinin mətni ilə bağlı razılaşma və kommunikasiyaların açılması ilə bağlı prinsipial mövqe...
Bütün bunlar həm "yerdə", həm də BMT TŞ səviyyəsində qarşısı alınan maneələr şəraitində baş verdi. Prezident İlham Əliyev siyasi dözümlülük və strateji səbr nümayiş etdirdi, Azərbaycanın yanaşmasını irəli sürdü, xarici təklifləri konstruktiv çərçivəyə salmağa çalışdı. Baydenlərin, Blinkenlərin, Makronların və Borrellərin təzyiqləri ilə üzləşdikdə isə onların hədə-qorxularına sadəcə məhəl qoymadı.
Bu gün keçmişlə bağlı bir çox mövzular qapanır və gələcəklə bağlı yeni mövzular açılır!
@cssc_cqtm
❤ 30👍 6
Photo unavailableShow in Telegram
Separatçıların keçmiş Müdafiə-naziri General-leytenant Cəlal Harutunyanın apelyasiya şikayəti əsasında məhkəmə iclası keçirilib.
Məhkəmə generalın şikayətin təmin etmiyib.
Cəlal Harutunyan 44 günlük müharibədə 20 əsgərin ölümünə görə 5 il 5 ay həbs edilib
👍 63🤬 7❤ 5
🇺🇸Tramp: Azərbaycan Prezidentini və Ermənistanın Baş nazirini sabah Ağ Evdə tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm
“Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı sabah Ağ Evdə tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm.”
APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında yazıb.
Tramp hər iki xalqın uzun illərdir ki, müharibə apardığını və bunun da minlərlə insanın ölümü ilə nəticələndiyini bildirib.
"Bir çox lider bu müharibəni dayandırmağa çalışıb, amma indiyə qədər heç bir nəticə əldə olunmayıb. Bu isə "Trump" sayəsində mümkün oldu. Mənim Administrasiyam uzun müddətdir ki, hər iki tərəflə təmasdadır. Sabah Prezident Əliyev və Baş nazir Paşinyan Ağ Evdə rəsmi sülh sazişinin imzalanması üçün mənə qoşulacaqlar" deyə, Tramp qeyd edib.
O bildirib ki, Birləşmiş Ştatlar, həmçinin, iqtisadi imkanları birlikdə həyata keçirmək üçün hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq.
"Birləşmiş Ştatlar, həmçinin hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq ki, bu da iqtisadi imkanları birgə araşdırmağa və Cənubi Qafqaz regionunun tam potensialını ortaya çıxarmağa imkan verəcək. Mən bu cəsarətli liderlərlə Ermənistan və Azərbaycanın böyük xalqları üçün düzgün iş gördüklərinə görə çox fəxr edirəm. Bu, Ermənistan, Azərbaycan, ABŞ və dünya üçün tarixi gün olacaq”, - deyə Tramp əlavə edib.
👍 33❤ 18
⚡️Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in baş katibinə müraciət edəcək.
👍 110❤ 8
⚡️⚡️Tramp bu gecə Azərbaycan və Ermənistan arasında sülh sazişini elan etməyi planlaşdırır. (CBS News)
👏 101❤ 12🤬 1
Reuters: Ermənistan Zəngəzur dəhlizini "Tramp yolu" adı altında ABŞ-yə verməyə razılaşıb.
Marşrut Ermənistan qanunlarına uyğun olaraq həyata keçiriləcək və ABŞ həmin ərazini infrastruktur və idarəetmə üçün konsorsiuma subicarəyə verəcək.
👎 57❤ 23👍 4
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri başlayıb.
❤ 48👍 15👎 1
⚡️Kreml: Rusiya və ABŞ prezidentləri arasında görüş keçirilməsi ilə bağlı razılıq əldə olunub.
❤ 24😎 8👍 3👎 1
Photo unavailableShow in Telegram
❗️Hərbi Prokurorluqda yeni idarə yaradıldı - Rəis təyin edildi
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda aparılan struktur islahatları çərçivəsində yeni idarə və şöbələr yaradılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, islahatlar çərçivəsində Hərbi prokurorluqlarda istintaqa nəzarət idarəsi təsis edilib.
Baş prokuror Kamran Əliyevin əmri ilə Gəncə hərbi prokuroru ədliyyə polkovniki Qəhrəmanov Şöhrət Qazaxəli oğlu tutduğu vəzifədən azad olunub. Digər əmrlə Ş.Qəhrəmanov Hərbi prokurorluqlarda istintaqa nəzarət idarəsinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, son günlərdə Respublika Hərbi Prokurorluğunda bir neçə yeni təyinatlar olub.
❤ 24👍 12🤣 9👏 1
Repost from TgId: 1649327267
Vaşinqton görüşü və Azərbaycanın sülh gündəmi barədə...
Cümə günü ABŞ prezidentinin Azərbaycan dövlət başçısı və Ermənistan Baş naziri ilə görüşlərinin keçiriləcəyi artıq təsdiqlənib.
Hazırda Vaşinqtonda cümə günü nə baş verəcəyi barədə çox danışılır. Gəlin Azərbaycanın gündəminə diqqət yetirək. Bu gündəm Prezident İlham Əliyev tərəfindən Qlobal Media Forumunda bir daha bəyan edilib:
- Sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın şərtləri qüvvədə qalır: ATƏT-in Minsk Qrupunun ləğvi və Ermənistan Konstitusiyasında dəyişikliklər. Aydındır ki, Konstitusiya dəyişikliyi sonrakı məsələsidir, amma Minsk Qrupunun ləğvi barədə qərar indi də qəbul edilə bilər. Artıq vaxt yetişib...
- Azərbaycanın Ermənistana qarşı heç bir təcavüzkar planı olmayıb. Bakı İrəvandakı hazırkı qanuni rəhbərliklə danışıqlar aparır. Odur ki, sülh gündəminin bir daha bəyan edilməsi heç də fövqəladə hadisə deyil, əksinə, Azərbaycan tərəfindən 2022-ci ilin yazında sülh müqaviləsinin əsas prinsipləri təqdim edildiyi vaxtdan başlayan bir prosesin davamıdır.
- Azərbaycan və Ermənistan arasında bütün razılaşmalar ikitərəfli formatda qəbul edilir. Bu formatı Azərbaycan təklif edib və istər Ermənistanın, istərsə də onun himayədarlarının müqavimətinə baxmayaraq buna nail olub.
- Kommunikasiyaların açılması mövzusunda Azərbaycanın gözləntiləri dəyişməyib: Zəngəzur dəhlizində xüsusi rejim (maneəsizlik və təhlükəsizliyə beynəlxalq nəzarət).
Bu, Azərbaycanın mövqeyidir və yalnız görüşdən sonra sülh gündəminin ayrı-ayrı istiqamətləri üzrə hansı irəliləyişin olduğunu öyrənmək mümkün olacaq.
Bununla yanaşı, cümə günü baş tutacaq görüş Azərbaycan və ABŞ prezidentlərinin ilk birbaşa görüşü olacaq. Bu, ikitərəfli gündəmin müəyyən edilməsi üçün yaxşı imkandır. Trampla görüşlər həmişə sürprizdir - xoş və ya xoşagəlməz, nəticədən sonra bilinəcək. Ən azı, Prezident Tramp öz sosial şəbəkə səhifəsində Azərbaycan Prezidentinin fikirlərini paylaşıb.
Bir sözlə, görüşün nəticələrini yalnız o baş tutduqdan sonra qiymətləndirmək mümkün olacaq.
Lakin istənilən halda görüş faktının özü də müsbət haldır. Ən azından, hazırda sülh prosesi ikitərəfli formatda gedir və müəyyən nəticələr gözlənilir.
@cssc_cqtm
❤ 18👍 14👎 1
❗️Müdafiə Nazirliyinin “N” saylı korpusunun Maliyyə xidmət rəisi vəzifəsini icra etmiş Namiq Mirzəyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə tərkibi işin baxışa verilməsi barədə qərar qəbul edib.
Proses avqustun 20-də davam etdiriləcək.
❤ 20👍 1
Photo unavailableShow in Telegram
Ədliyyə Nazirliyinin Pentensiar xidmətinin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov vəfat edib.
Rauf Əsədov 1999-cu ildən Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə Alayında müxtəlif vəzifələrdə, 2019-cu ildən etibarən Mühafizə Alayanın komandiri vəzifəsində çalışıb, məsuliyyətli və peşəkar fəaliyyəti ilə fərqlənib.
2025-ci ilin 20 iyun tarixində ədliyyə nazirinin müvafiq əmri ilə nümunəvi xidmət etdiyinə və hərbi xidmət vəzifələrini yerinə yetirdiyinə görə ona vaxtından əvvəl polkovnik rütbəsi verilib.
Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi Rauf Əsədovun vəfatından kədərləndiklərini bildirir və ailəsinə başsağlığı verirlər.
Qeyd edək ki, Rauf Əsədov ötən gün infakt keçirmişdi və xəstəxanaya yerləşdirilmişdi.
🙏 26❤ 9🤣 5👍 4
