HƏRBİ XƏBƏRLƏR
الذهاب إلى القناة على Telegram
🔹Kanal hərbi xəbərlərin düzgün və təhrif olunmadan paylaşılması, dezinformasiyalardan yayınmaq üçün yaradılmışdır. ➡️ Reklam & Əməkdaşlıq 🔸Əlaqə saxlamaq | Məlumat & Xəbər göndərmək ⤵️ 📲 @Shahmuradov_002
إظهار المزيد2025 عام في الأرقام

54 735
المشتركون
لا توجد بيانات24 ساعات
-167 أيام
-1630 أيام
أرشيف المشاركات
❗Prezident İlham Əliyev Rusiyada azərbaycanlılara qarşı səbəbsiz hücumlardan danışıb
"Rusiyada azərbaycanlılara qarşı səbəbsiz hücumlar başladı. İki insan qətlə yetirilmişdir və işgəncələrə məruz qalmışlar. Sonra da rəsmi məlumata görə, onların ürək tutmasından öldüyü bildirildi. Hətta onlar deyilənlərə görə, 20 il bundan əvvəl cinayət törədiblərsə, onlar insandırlar, onlarla belə davranılmamalıdır. Bu, nə münasibətdir?"
❤ 58👏 26🤣 11👍 10
Photo unavailableShow in Telegram
⚡️ Vətən müharibəsi iştirakçısı, qazi Bəhruz Kərimov int*har edib.
Bu barədə jurnalist Mərahim Nəsib məlumat paylaşıb.
B.Kərimov Suqovuşanın azad olunmasında iştirak edib.
😢 144❤ 4🤯 2🙏 2👍 1
Photo unavailableShow in Telegram
🔥 Ukrayna PUA-larının avqustun 21-də vurduğu Rostovdakı Novoşaxtinsk neft emalı zavodundakı yanğını 5 gündən sonra söndürmək mümkün olub.
“Maxar”ın məlumatına görə, hücum və yanğın nəticəsində 5 rezervuar məhv olub, ikisi zədələnib.
👏 66👍 46❤ 12🤣 6
Photo unavailableShow in Telegram
Tramp Azərbaycan Prezidentinə "İlham, Siz böyük lidersiniz" yazılı şəkil hədiyyə edib.
❤ 116👍 53🤣 12🤮 4
🇩🇪🇺🇦⚡️Almaniya 2022-ci ilin fevralından 2024-cü ilin sonuna kimi Ukraynaya 50,5 milyard avro yardım ayırıb, — Bild.
Bunun 25 milyard avrosu ukraynalı qaçqınların yerləşdirilməsinə, 17 milyard avrosu isə hərbçilərin silahlanmasına və təliminə sərf olunub.
❤ 40👏 6👍 4👎 1
🇺🇦🇺🇲🇷🇺 Zelenski ABŞ uzaqmənzilli raketlərindən Rusiyaya zərbə endirilməsinə icazə verməməsinə münasibət bildirib
"Əgər səmimi danışsaq, biz hazırda özümüzün istehsal etdiyimiz uzaqmənzilli silahlardan istifadə edirik. Son vaxtlar ABŞ-la bu məsələləri ümumiyyətlə müzakirə etmirik".
👏 90❤ 25👍 14🤯 2
Photo unavailableShow in Telegram
Sumı vilayətində gedən döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələrinin döyüşçüsü,əslən azərbaycanlı Orucov Əfqan Qumbat oğlu şəhid olub. Allah rəhmət eləsin.
😢 186🙏 50❤ 13🤣 5🤯 2🤬 1
Photo unavailableShow in Telegram
Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən Şəmkir sakini həlak olub.
Apa-nın yerli bürosunun məlumatına görə, Şəmkir şəhərində anadan olmuş, Rusiya vətəndaşı 1989-cu il təvəllüdlü Rasim Kazımov may ayında gedən döyüşlər zamanı həlak olub.
O, bu ilin fevral ayında Rusiya ilə Ukrayna arasında gedən döyüşlərə qatılıb. Mərhumun yaxınları bildirilib ki, Rasim Kazımovun həlak olması ilə bağlı onlara 1 gün əvvəl məlumat verilib.
Rasim Kazımovun meyitinin yaxın günlərdə Şəmkirə gətirilməsi nəzərdə tutulub.
🤬 70🙏 13❤ 12🤣 6😢 2🤮 2👍 1
🇺🇲🇺🇦🇷🇺 Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir
“Baxaq, görək, Putin və Zelenski bir yerdə işləyə biləcəkmi? Onlar məlum səbəblərə görə bir-biri ilə yaxşı yola getmirlər, amma gözləyək, görək”, - deyə Tramp fikrini tamamlayıb.
🤮 27🤣 16😎 2
Photo unavailableShow in Telegram
❗Rusiya Ədliyyə Nazirliyi politoloq Sergey Markovu xarici agentlərin reyestrinə daxil edib
Markov bir müddətdir Azərbaycan və Türkiyə ilə bağlı açıqlamalarına görə Rusiyada tənqid olunurdu.
O III Şuşa Qlobal Media Forumunda iştirak edib.
Ermənipərəst deputat Zatulin onu "Azərbaycan agenti" adlandırmışdı
🤣 60👎 26👍 3❤ 2
Photo unavailableShow in Telegram
🇺🇦❗️Ukrayna indi ayda 3000 FP-1 uzaqmənzilli dron istehsal edir ki, bu da Rusiyanın Shahed istehsalına uyğundur.
Məsafə aralığı: 1600 km-ə qədər
Döyüş başlığı: 60-120 kq (Shahed-dən ağır)
Xərci: Shahed'in 193 000 dollarına qarşı təxminə 55,000 dollar
Defense Express
👏 112👍 32❤ 9
Photo unavailableShow in Telegram
Şimali Koreya lideri Kim Çen In Ukrayna ilə Kursk bölgəsində baş verən toqquşmalarda rus ordusu ilə birlikdə döyüşərkən məhv edilən koreyalı əsgərlərin xatirəsini yad edib.
🤣 137🤬 9😢 4🤮 4❤ 1
Photo unavailableShow in Telegram
Ali Baş Komandan İlham Əliyev:
"Ölkəmizə ən müasir pilotsuz uçuş aparatları, yeni artilleriya sistemləri gətirilib. Yeni döyüş təyyarələrinin alınması ilə bağlı müqavilələr imzalanıb, mövcud olanlar tamamilə modernləşdirilib. Biz hər an müharibəyə hazır olmalıyıq, çünki dünyada hadisələrin gedişatı elədir ki, sabah nə olacağını proqnozlaşdırmaq mümkün deyil. Təhlükəsizliyimizin qarantı özümüz, dövlətimiz, xalqımız və Silahlı Qüvvələrimizdir. Ona görə də kiminsə xəstə başında Azərbaycana qarşı hansısa təxribat törətmək fikri yaranarsa, hesab edirəm ki, yenə peşman olacaqlar. Bundan sonra biz qalib millət, qalib dövlət kimi yaşayacağıq".
👍 196❤ 55😎 7👏 6🤮 5🙏 3🤣 1
⚡️Putin Ukraynaya qarşı şərtlər irəli sürüb: NATO-ya üzvlükdən imtina, Qərb qoşunlarını yerləşdirməmək və Donbası təhvil vermək
Əvəzində Rusiya hazırkı mövqelərdə (Zaporojye və Xersonda) cəbhəni dondurmağa, habelə Xarkov, Sumı və Dnepropetrovsk vilayətlərində işğal olunmuş ərazilərin bir hissəsini qaytarmağa razıdır. (Reuters)
🤬 83👍 12🤮 5❤ 2🤣 2
Photo unavailableShow in Telegram
Rusiyanın Ukraynada döyüşən 83-cü briqadasından 30 əsgər və zabit mükafat və pul ödənişləri almaq üçün bir-birinə atəş açıblar.
APA xəbər verir ki, bu haqda məlumatı Rusiyanın “Kommersant” dərgisi yayıb.
Məlumatda bildirlir ki, hərbi qulluqçulara qarşı aparılan cin*ayət işinin istintaqı başa çatıb və məhkəməyə göndərilib. Saxta yaralanmalarla bağlı iş üzrə ümumilikdə 30 hərbçi ittiham olunur.
Onların arasında polkovnik Artyom Gorodilov və polkovnik-leytenant Konstantin Frolov da var. Onlar xüsusilə böyük məbləğdə dələduzluqda ittiham olunur. Frolova əlavə olaraq rüşvət alma, qanunsuz silah, sursat və partlayıcı maddə dövriyyəsi ittihamları da irəli sürülüb.
İstintaq məlumatına görə, briqadanın 30 hərbi qulluqçusu “yaralanma və xəsarətlərə” görə ümumilikdə 200 milyon rubldan çox kompensasiya alıb. Bu “yaralanmalara” görə komandirlər həmin hərbçilərin “İgidliyə görə” medalı və “Şücaət” ordeni ilə təltif olunması üçün təqdimatlar da yazıblar.
🤣 95👍 7❤ 6🤮 2
00:07
Video unavailableShow in Telegram
🇷🇺❗️Krım, Canköyda dəmiryolu xətti partladılıb
IMG_2891.MP42.52 MB
❤ 94👍 41🤯 2
❗MN korpusunun sabiq maliyyə xidmət rəisi 6 milyonluq mənimsəmədə ittiham olunur
Müdafiə Nazirliyinin “N” saylı korpusunun Maliyyə xidmət rəisi vəzifəsini icra etmiş Namiq Mirzəyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama görə, təqsirləndirilən şəxs Goranboy və Kəlbəcər rayonlarında yerləşən hərbi hissələrdə xidmət etdiyi dövr ərzində tamah məqsədilə dövlət əmlakını xüsusilə külli miqdarda mənimsəyib.
👍 17❤ 3
01:27
Video unavailableShow in Telegram
Rusiya Ordusunun konvoyu Ukrayna tərəfindən məhv edilib.
IMG_2885.MP431.89 MB
❤ 136👍 73👏 12🤣 3
▶️▶️▶️Prezident və xanımı Ağdərənin Kolatağ kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Ağdərə rayonunun Kolatağ kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.
👏 23👍 12❤ 5
Photo unavailableShow in Telegram
🇷🇺🇺🇦 Ukrayna Rusiya ilə sülhü müzakirə etmək üçün şərtini açıqladı
"Ukrayna hakimiyyəti təhlükəsizlik təminatları əldə etməyənədək Rusiya ilə hər hansı sülh məsələsini müzakirə etməyin mənasını görmür".
Bu fikri Ukrayna Prezident Aparatı rəhbərinin müavini İqor Jovkva səsləndirib.
"Təhlükəsizlik təminatları olmadan və həmin təminatların nə olduğunu dəqiq anlamadan, davamlı sülhün bərqərar edilməsi üzrə danışıqlar çərçivəsində başqa məsələləri müzakirə etməyin mənası yoxdur", - Jovkva bildirib.
👍 61❤ 9🤣 1
