Operativ Media
الذهاب إلى القناة على Telegram
Bizdən xəbər al! Reklam və sponsorluq üçün əlaqə: @operativadmin Bizə xəbər ver: info@operativmedia.az
إظهار المزيد2025 عام في الأرقام

61 487
المشتركون
لا توجد بيانات24 ساعات
+97 أيام
+41730 أيام
أرشيف المشاركات
Photo unavailableShow in Telegram
Qurban Qurbanov: "Ayaks"ın oyunlarına baxmışıq. Son matçda sistemdə dəyişiklik etdilər. Ola bilər ki, əvvəl etdiyimiz təhlil dəyişsin, tam fərqli düşüncədə olaq. Belə olanda əlavə düşüncə lazım olacaq. Şansa gəldikdə, qarşıda bundan əlavə iki oyunumuz da var. Bakıda oynayırıq, yaxşı nəticə üçün hər şeyi etməyə çalışacağıq. Amma rəqib də bunu düşünür. Çalışacağıq ki, intizamlı oynayaq və nəticə qazanaq".
Photo unavailableShow in Telegram
⚡️Dohada keçirilən panel müzakirəsində çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev Zəngəzur dəhlizindən danışıb:
● Armen Qriqoryan bildirib ki, Vaşinqton sammitində əldə olunan razılaşmaya əsasən Ermənistan bu yolu “TRIPP” adlandırır. Ermənistan əmindir ki, TRIPP təkcə region üçün yox, onun hüdudlarından kənarda olan ölkələr və biznes üçün də böyük imkanlar açacaq.
● Hikmət Hacıyev qeyd edib ki, 8 avqust razılaşması mühüm əhəmiyyətə malikdir. Bu kontekstdə Azərbaycan “Zəngəzur dəhlizi” terminindən istifadə edir: "Ermənistan tərəfinin bu məsələyə fərqli yanaşmasından xəbərdarıq. Ümid edirik ki, iki ölkə arasında yeganə problem terminologiya olacaq".
⚡️Paşinyan: Biz Azərbaycanın ərazi bütövlüyünü tanıdıq ki, özümüz də ölkəmizin ərazi bütövlüyünü tanıya bilək
Photo unavailableShow in Telegram
Prezident Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Suriya ilə Türkiyə, eləcə də Türkiyə ilə Azərbaycan arasında enerji dəhlizi gələcəkdə son dərəcə sərfəli ola bilər
Bu barədə ABŞ-ın Türkiyədəki səfiri Tom Barak bildirib.
O, Türkiyə ilə əlaqələrin Azərbaycan və Ermənistan üçün həlledici rol oynadığını vurğulayıb.
Diplomatın sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh sazişi imzalandıqdan sonra Ermənistan-Türkiyə sərhədinin açılmasına ümid yaranacaq.
Photo unavailableShow in Telegram
⚡️Armen Qriqoriyan:
● Əgər iki il əvvəl biz Azərbaycanla ziddiyyətli narrativləri müzakirə edirdiksə, indi çox oxşar narrativlərimiz var.
● Hazırda İrəvan və Bakı arasında bəzi mövqelər üst-üstə düşməsə də, əminəm ki, tərəflər əməkdaşlığı möhkəmləndirəcəklər.
● Hər iki tərəfin siyasi iradəsi lazımdır və beynəlxalq ictimaiyyət sülhün qurulmasına dəstək göstərə bilər.
00:54
Video unavailableShow in Telegram
SOCAR prezidenti "Söndür və Qazan" trendinə qoşulub
Energetika Nazirliyinin enerji qənaətinin təşviqinə yönəlmiş "SöndürVəQazan" kampaniyasına yüksək vəzifəli şəxslər də qoşulmağa başlayıb.
Operativ Media xəbər verir ki, onlardan biri SOCAR prezidenti Rövşən Nəcəfdir.
Paylaşımda qeyd olunur ki, enerjidən səmərəli istifadə gələcək üçün ən dəyərli investisiyalardan biridir.
O, gündəlik davranışlarda kiçik dəyişikliklərin böyük təsir yarada biləcəyini vurğulayaraq, cəmiyyəti enerji səmərəliliyini həyat tərzinə çevirməyə çağırıb.
3.41 MB
Photo unavailableShow in Telegram
Azərbaycan və Rusiya Baş nazirləri arasında telefon danışığı olub.
⚡️ETX: Son günlər sosial şəbəkələrdə “Telegram” vasitəsilə “Temu 1106” adlı kanal tərəfindən saxta iş təklifləri göndərilir.
Photo unavailableShow in Telegram
9-cu avtomobil uduldu! Sən də şans paketi al və qalib ol!
Bakcell-in meqa lotereyasında növbəti həftəlik tirajın qalibi müəyyənləşib. 9-cu “Zeekr 001” avtomobilinin sahibi Leyla Fətəliyeva olub.
Lotereya çərçivəsində hər həftə yeni avtomobil qalibləri, hər gün isə “iPhone 17” sahibləri müəyyənləşir. Qarşıdakı həftələrdə əlavə 4 “Zeekr 001” avtomobili, final tirajında isə uzun müddətdir gözlənilən “Porsche Cayenne” qaliblərinə təqdim olunacaq.
Abunəçilər “Şans” paketləri vasitəsilə udma şanslarını artırmaq imkanına malikdirlər:
• 1 AZN-lik “Şans” paketi – 3 şans → *3#YES
• 5 AZN-lik “Şans” paketi – 25 şans →*25#YES
Lotereyada “Şans” paketləri abunəçilərə lotereyada iştirak haqqı və şəbəkədaxili danışıq dəqiqələri qazandırır.
Ətraflı məlumat üçün: lotereya.bakcell.com
⚡2026‒2030-cu illərdə müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsi tikiləcək - SƏRƏNCAM
TƏBİB: Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub.
Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 8 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.
DİN və AQTA birgə tədbir keçirib - 1 tondan artıq yararsız at əti aşkar olunub
