ch
Feedback
Şəbəkə

Şəbəkə

前往频道在 Telegram

📳 Reklam təklifləri qəbul olunur. Əlaqə: @bot_shebeke

显示更多
2025 年数字统计snowflakes fon
card fon
14 856
订阅者
无数据24 小时
-137
-11730
帖子存档
照片不可用在 Telegram 中显示
⚡️❗️ Trampın sülh planında Kiyevə NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanəti verilir -Axios yazır. Yəni əgər Ukraynaya hücum olarsa, ABŞ və Avropa bunu bütöv alyansa hücum hesab edəcək və dərhal kollektiv cavab verəcək.
显示全部...
👎 25🔥 11🤔 2 1
🇺🇸📜 Tramp adminstrasiyası Ukrayna münaqişəsinin həllinə dair 28 bənddən ibarət sülh planı hazırlayıb. 📍 Qısaca bəzi tezisləri paylaşırıq. ▪️ Ukraynanın suverenliyi təsdiqlənir. ▪️ Rusiya, Ukrayna və Avropa bir-birinə hücum etməməyi öhdəsinə götürür. ▪️ NATO daha da genişlənməkdən əl çəkir. ▪️ Ukrayna etibarlı təhlükəsizlik zəmanətləri alır. ▪️ Ukrayna Silahlı Qüvvələrinin sayı 600 000 nəfər ilə məhdudlaşdırılır. ▪️ Ukrayna Konstitusiyasında NATO-ya qoşulmayacağına dair maddə əlavə olunur. NATO da öz nizamnaməsində gələcəkdə Ukraynanı qəbul etməyəcəyinə dair öhdəlik götürür. ▪️ NATO Ukraynada qoşun yerləşdirməməyə razılaşır. ▪️ Avropa qırıcıları Polşada yerləşdirilir. ▪️ ABŞ təhlükəsizlik zəmanətlərinə görə kompensasiya alır. ▪️ Ukrayna Rusiyaya hücum edərsə, ABŞ-nin təhlükəsizlik zəmanətini itirəcək. ▪️ Rusiya Ukraynaya hücum edərsə, qətiyyətli və koordinasiyalı hərbi cavab alacaq, bütün qlobal sanksiyalar bərpa olunacaq. ▪️ Ukrayna Aİ üzvlüyünə hüquq və Avropa bazarına qısamüddətli imtiyazlı çıxış əldə edir. ▪️ Ukraynanın bərpası üçün yeni İnkişaf Fondu yaradılır. ▪️ ABŞ Ukraynanın hərtərəfli bərpası və inkişafına dəstək verir. Ukraynaya Rusiyanın dondurulmuş aktivlərindən 100 milyard dollar ayrılır. 100 milyard da Avropa verir. Bundan əlavə Dünya Bankı da xüsusi maliyyə paketi hazırlayacaq. ▪️ Rusiya yenidən qlobal iqtisadiyyata qayıdır. Sanksiyalar mərhələli şəkildə götürülür, G-8-ə dəvət olunur. ▪️ Rusiya Avropa və Ukraynaya hücum etməmək siyasətini qanunvericiliklə rəsmiləşdirir. ▪️ Ukrayna nüvəsiz dövlət statusunu qəbul etməyə razılaşır. ▪️ Zaporojye AES işə salınır və istehsal olunan elektrik enerjisi Rusiya və Ukrayna arasında bərabər bölünür. ▪️ İşğal altında olan Krım, Luqansk və Donetsk vilayətləri de-yure Ukrayna, de-fakto Rusiya ərazisi kimi tanınır. ▪️ Xerson və Zaporojyedə cəbhə xətti dondurulur. ▪️ Ukrayna hazırda nəzarət etdiyi Donetskin bir hissəsindən öz qüvvələrini çıxarır, həmin ərazi demilitarizasiya olunmuş bufer zona sayılır və beynəlxalq səviyyədə Rusiyaya məxsus ərazi kimi tanınır. Amma Rusiya bu zonada ordu yerləşdirmir. ▪️ Rusiya Ukraynanın 5 regionundan (Donetsk, Luqansk, Krım, Zaporoje, Xerson) başqa digər ərazilərdən imtina edir. ▪️ Tərəflər ərazi ilə bağlı razılaşmaları güc yolu ilə dəyişdirməmək öhdəliyi götürür. ▪️ Bütün əsirlər, girov saxlanılan mülki şəxslər və cəsədlər “hamının-hamıya” prinsipi ilə dəyişdirilir (geri qaytarılır). ▪️ Ukrayna 100 gün ərzində seçkilər keçirməklə bağlı öhdəlik götürür. ▪️ Tərəflərə müharibə dövründəki əməllərinə görə tam amnistiya verilir.
显示全部...
👎 44 8👍 6😡 2🤔 1
📺 Səhər xəbərləri: 🚌 Xocalı şəhərinə və Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanları yola salınıb. Xocalıya 27 ailə (147 nəfər), Horovlu kəndinə isə 47 ailə (191 nəfər) köçürülüb. 📍 Bu gün ölkə üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. 📍 Bu gün Azərbaycamda ümumi təhsil müəssisələrində payız tətili başa çatır. ⚠️ Bu gün Sumqayıtın bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 📍 Bu gün Ağdamda növəti əmək yarmarkası keçiriləcək. Yarmarkada 67 vakansiya təqdim olunacaq. ✈️ Bu gün Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıya səfəri gözlənilir. Bir müddət əvvəl azərbaycanlı ekspertlərdən ibarət qrup İrəvana səfər etmişdi. İndi də həmin görüşün davamı olaraq ermənilər Bakıya gəlir.
显示全部...
👍 9
照片不可用在 Telegram 中显示
⚡️ Bakıxanov qəsəbəsində qəbiristanlıqda şəhid Səyavuş Kəlbalıyev və Fəxri Məmmədovun məzarları üzərində olan şəxsi əşyaların oğurlanmasında şübhəli bilinən Kənan Əsədli və Vüqar Quliyev saxlanılıblar. Onların məzarların üzərindən oğurladıqları gitara, hərbi çəkmə və hərbi dəbilqə polis əməkdaşları tərəfindən aşkar olunaraq şəhid ailələrinə qaytarılıb.
显示全部...
👎 43🤔 1
照片不可用在 Telegram 中显示
💰 Ötən gün ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayılovanın borcunun bir qismini qızı, müğənni Aysun İsmayılova ödəyib. 🗣️ Prodüser Tarix Əliyev: “Aysun çox gözəl bir övladdır. O, gecə-gündüz bir gözü ağlayıb, digər gözü gülərək işlədi və həmin məbləğdən cüzi də olsa, onu topladı. 100 min manat az pul deyil. Rəqsanənin əziyyəti boşa getmədi”. 🚨 Qeyd edək ki, Rəqsanə İsmayılova bir nəfərə yalan vəd verərək 520 min dollarını və 30 min manatlıq qızıl-zinət əşyalarını ələ keçirməklə ittiham olunur.
显示全部...
😁 42 3👍 3👎 1🤔 1
⚡ Trampın 28 maddəlik sülh planına Avropadan reaksiyalar: 🗣️ Alman hərbi eksperti Karlo Masala: "Trampın "sülh planı" Rusiyanın gələcəkdə hücum etməsini asanlaşdıracaq. Bu Ukrayna üçün kapitulyasiyadır". 🗣️ Təhlükəsizlik eksperti Niko Lange: "Bu, sülh deyil, Ukraynanı silmək cəhdidir. Əsl sülh yalnız Ukraynanın mövqeyi və avropalıların rolu nəzərə alındıqda mümkündür". 🗣️ Politoloq Tomas Yeger: "Təklif olunan şərtlər Ukraynanın təslim olmasından başqa bir şey deyil. Bu həm də onu göstərir ki, ABŞ artıq Avropa üçün etibarlı müttəfiq deyil". 🗣️ Almaniya Federal Kansleri Torsten Frei: "Bu plan Putinə döyüş meydanında əldə edə bilmədiyi məqsədlərə daha tez çatmağa imkan yaradır. Bu, qəbuledilməzdir". 🇪🇺 Bu arada Avropa İttifaqı da Trampın "sülh planı"na qarşı çıxıb.
显示全部...
👏 30 3😁 1🤔 1
照片不可用在 Telegram 中显示
🇷🇺🇺🇦 Rusiya ilə Ukrayna arasında hərbçilərin meyitlərinin mübadiləsi həyata keçirilib. Mübadilə çərçivəsində Rusiya Ukrayna tərəfinə min hərbçinin meyitini təhvil verib. Rusiya isə Ukraynadan 30 hərbçinin meyitini alıb.
显示全部...
👏 8 1😢 1
⚡ Türkiyə futbolunda mərc qalmaqalı böyüyür. Araşdırmalarla yeni detallar məlum olub. ▪️ 147 futbol hakimi ümumilikdə 21,7 milyon lirə nağd pul əməliyyatı icra edib. ▪️ Hakimlər 6 mərc şirkəti vasitəsilə 18.278 əməliyyat həyata keçiriblər. ▪️ Təkcə hakim Erkan Arslanın 6380 dəfə mərc etdiyi və ümumi əməliyyat məbləğinin 10,5 milyon lirə olduğu müəyyən edilib.
显示全部...
😁 11👎 5 4
照片不可用在 Telegram 中显示
⚡ Xalq şairi Nəriman Həsənzadə Mərkəzi Klinik xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır-stabil olduğu bildirilir.
显示全部...
🙏 24😢 3 2👍 2
🏡 Xocalının Şuşakənd kəndinə, Xocavəndin Hadrut qəsəbəsinə növbəti köç karvanları yola salınıb Şuşakəndə 15 ailə (54 nəfər), Hadruta isə 17 ailə (63 nəfər) köçürülüb.
显示全部...
👍 10 2
照片不可用在 Telegram 中显示
⚡️❗️ Tramp Ukrayna böhranına dair 28 maddəlik sülh planını təsdiq edib, — NBC Onun hazırlanmasında Uitkoff, vitse-prezident J.D.Vens, dövlət katibi Rubio və Tramp özü iştirak edib.
显示全部...
👎 45😁 9👍 4 1
📺 Səhər xəbərləri: 🚨 Göygöldə "Mercedes"in idarəetmədən çıxaraq divara çırpılması nəticəsində Hikmət Vəlizadə (2007) və sürücü Abdi Əhliman Ramiz oğlu (1990) hadisə yerində ölüblər. 🇺🇸 Vaşinqtonda Trampın impiçmenti tələbi ilə mitinq keçirilir. 📍 Trampın xüsusi nümayəndəsi Kit Kelloq yanvarda vəzifəsini tərk etməyi planlaşdırır - “Reuters” ❗️ Tramp adminstrasiyası hazırladığı yeni planın qəbuluna nail olmaq üçün Zelenskiyə təzyiqi gücləndirir - “The Washington Post” 🗣️ Merz: “Almaniya Ukraynanın uzaqmənzilli raketlər alması üçün “əlindən gələni edir”. 🚖 Dövlət İmtahan Mərkəzi bu gün taksi sürücüləri növbəti imtahan keçirəcək. ⚠️ Təmir-quraşdırma işləri ilə əlaqədar Biləsuvarın və Cəlilabadın bəzi kəndlərində qaz təchizatı müvəqqəti dayandırılacaq. 🏢 Sumqayıtda satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 219 mənzil satışa çıxarılır. 🇦🇿 Bu gün - noyabrın 20-i Ağdam Şəhəri Günüdür. Ağdamın işğaldan azad olunmasından 5 il ötür.
显示全部...
8👍 3
⚡️ Trampın administrasiyası Ukraynada müharibənin dayandırılması üçün yeni plan hazırlayıb. 📍 Planda Ukraynanın Donbasın qalan hissəsini Rusiyaya təhvil verməsi, ordunun sayının azaldılması, hərbi yardımların dayandırılması, rus dilinin dövlət dili elan edilməsi və digər şərtlər yer alır. 🗞️ “Financial Times” yazır ki, bu faktiki olaraq Ukraynanın kapitulyasiyası deməkdir.
显示全部...
👎 43 5👍 3😢 2
照片不可用在 Telegram 中显示
🥇🇦🇿 Güləşçimiz Jalə Əliyeva VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
显示全部...
👍 47 19
00:13
视频不可用在 Telegram 中显示
🤝 ABŞ Prezidenti Donald Tramp portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldo ilə görüşüb. Ağ Evin rəsmi instaqram səhifəsində görüşdən videogörüntülər paylaşılıb.
显示全部...
IMG_8493.MP41.04 MB
👍 27 7👎 1
照片不可用在 Telegram 中显示
🗣️ Zahid Oruc: Prezidentin qətiyyəti göstərir ki, biz sərhədlərin Naxçıvana gedən yolla birlikdə açılmasına hazır olmalıyıq.
显示全部...
😁 24 9👍 2😡 1
照片不可用在 Telegram 中显示
⚡️🇷🇺🇺🇦 Ruslar Ternopolda yaşayış binasını vurublar. 16 dinc sakin həlak olub.
显示全部...
😡 44😢 9 1
🚌 Bu gün Xocavəndin Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə 41 ailə yola salınıb. Qırmızı Bazara 21 ailə (89 nəfər), Sos kəndinə isə 20 ailə (80 nəfər) köçürülüb.
显示全部...
12👍 5
⚠️ 1 həftə iş olmayacaq 📅 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə bir həftəlik tətil olacaq. 📍 2025-ci ilin 29, 30, 31 dekabr və 2026-cı ilin 1, 2, 3, 4 yanvar tarixləri qeyri-iş günləri olacaq.
显示全部...
👍 23 6👎 1
照片不可用在 Telegram 中显示
⚡️ Xalq artisti, rəqqasə Roza Cəlilova 96 yaşında vəfat edib. O, Bakının Səbail rayonunda yaşadığı mənzildə dünyasını dəyişib. Məlumata görə, onun həkiməqədər ölümü qeydə alınıb.
显示全部...
🙏 16