ch
Feedback
HƏRBİ XƏBƏRLƏR

HƏRBİ XƏBƏRLƏR

前往频道在 Telegram

🔹Kanal hərbi xəbərlərin düzgün və təhrif olunmadan paylaşılması, dezinformasiyalardan yayınmaq üçün yaradılmışdır. ➡️ Reklam & Əməkdaşlıq 🔸Əlaqə saxlamaq | Məlumat & Xəbər göndərmək ⤵️ 📲 @Shahmuradov_002

显示更多
2025 年数字统计snowflakes fon
card fon
54 735
订阅者
无数据24 小时
-167
-1630
帖子存档
照片不可用在 Telegram 中显示
🇩🇪 Almaniya yenidən Avropanın ən güclü ordusunu quracaq. Almaniya ordusunun ən güclü ordu olması məqsədi ilə 377 milyard avroluq modernləşdirmə planı açıqlayıb.
显示全部...
16🤣 6
照片不可用在 Telegram 中显示
Pakistan Talibanı məhv etməklə hədələyib. APA “Reuters“ə istinadən xəbər verir ki, Pakistanın müdafiə naziri Xavaca Asif “X” hesabında bildirib. “Taliban rejimini məhv etmək və onları gizlənmək üçün mağaralara qovmaqdan ötrü Pakistanın öz arsenalının kiçik bir hissəsini belə istifadə etməyə ehtiyacı yoxdur”, - Pakistanın müdafiə naziri yazıb.
显示全部...
25👍 9
照片不可用在 Telegram 中显示
Rusiyada azərbaycanlı general 9 il müddətinə azadlıqdan məhrum edilib Rostov-na-Donu Qarnizon Hərbi Məhkəməsində Rosvardiyanın təchizat idarəsinin rəis müavini, Azərbaycan əsilli general Mirzə Mirzəyevin cinayət işi üzrə proses başa çatıb. APA-nın Rusiya bürosu Baş Hərbi Prokurorluğa istinadən xəbər verir ki, məhkəmə külli miqdarda rüşvət almaqda ittiham olunan azərbaycanlı generalı cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum edib.
显示全部...
🤬 23 11👍 1
❗️Xocalının Ballıca, Təzəbinə və Badara kəndlərinə növbəti köç yola salınıb Ballıca kəndinə 13 ailə, - 51 nəfər, Təzəbinə kəndinə 17 ailə - 72 nəfər, Badara kəndinə isə 17 ailə - 62 nəfər köçürülüb.
显示全部...
👍 38 16
照片不可用在 Telegram 中显示
Türkiyənin Çanaqqala və Saros körfəzində təşkil olunan, Azərbaycan hərbçilərinin də iştirak etdiyi beynəlxalq "Nüsrət-2025 Dəvət Təlimi" çərçivəsində Nara qalasında müdafiə sənayesi şirkətlərinin sərgiləri və təqdimatları keçirilib. Təlimin məqsədi iştirakçı bölmələr və komandanlıqların mina müharibəsinin planlaşdırılması, icrası və qiymətləndirilməsi sahəsində bilik və bacarıqlarını artırmaq, eləcə də Türkiyə Hərbi Dəniz Qüvvələri ilə dost və müttəfiq ölkələrin dəniz qüvvələri arasında qarşılıqlı əməkdaşlıq və birgə fəaliyyət qabiliyyətini inkişaf etdirməkdir.
显示全部...
28👍 11
照片不可用在 Telegram 中显示
🙏 Artıq məbləğin bir hissəsi yığılıb. 💔 5 yaşlı Nihatın köməyə ehtiyacı var Xəstənin anası: Mən, Orucova Samirə — tək anayam və övladlarıma təkbaşına baxıram. Oğlum Nihat (2019-cu il təvəllüdlü) səhhəti ilə bağlı ciddi problemlər yaşayır və müalicəyə ehtiyacı var. 1 kurs müalicənin dəyəri 300 manatdır. Artıq kursun məbləğininin tamamlanmasına 98 manat qalıb. Hazırda yaşıdlarından geri qalır, bir çox şeyə reaksiya vermir və bu müalicə onun inkişafı üçün həyati əhəmiyyət daşıyır. Kim imkanı çatan qədər dəstək ola bilsə, böyük kömək etmiş olar. 💳 Kapital Bank kartı: 5239 1517 3928 6964 Kart sahibi: Orucova Samirə 📞 Əlaqə nömrəsi: 070 525 62 03
显示全部...
14🙏 2
照片不可用在 Telegram 中显示
❗️🇦🇿🇦🇪 BƏƏ Xüsusi Əməliyyatlar Qüvvələrinin komandanı Azərbaycana gəlib BƏƏ nümayəndələrini salamlayan müdafiə naziri onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi hərbi əlaqələrimizin də inkişaf etdiyini vurğulayıb. Daha sonra BƏƏ nümayəndə heyəti XTQ-nin N hərbi hissəni ziyarət edib. Qonaqlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstünü və XTQ-nin xatirə abidəsini ziyarət edərək gül dəstələri düzüb, Ulu Öndərin və şəhidlərimizin xatirəsinə ehtiram nümayiş etdiriblər.
显示全部...
26👍 8👎 1
照片不可用在 Telegram 中显示
⚡Erasx (Arazdəyən)–Sədərək ərazisi də açılmalıdır. bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib. O bildirib ki, bu, regiondakı infrastrukturun açılmasının üzvi davamı və ya başlanğıcı olmalıdır.
显示全部...
👍 51 3👏 2👎 1
Bərdə terrorundan 5 il ötür. 2020-ci il oktyabrın 27-də cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndinin "Smerç" raketləri ilə atəşə tutulması nəticəsində dinc sakinlər - Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı və Əliyeva Almaz Salah qızı şəhid olub, 13 nəfər isə xəsarət alıb.
显示全部...
🤬 17😢 7 1
❗Rusiyanın hava hücumundan müdafiə sistemləri bir gündə 350 Ukrayna dronunu vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib. Qeyd olunub ki, tək elə ötən gecə ərzində 193 Ukrayna PUA zəzərsizləşdirilib. PUA-lar Moskva və Moskva vilayəti, Bryansk, Kaluqa, Tula, Kursk, Belqorod, Orlov, Rostov, Voronej, Orenburq, Tambov, Lipetsk və Samara vilayətinin hava məkanlarında vurulub. Bundan başqa, Rusiya MN-dən o da bildirilib ki, Rusiya ordusu Dnepropetrovsk və Zaporojye vilayətərinin sərhədində yerləşən Yeqorovka, Privolnoe, və Novonikolaevka yaşayış məntəqələrini ələ keçirib.
显示全部...
👎 33 7🤣 3👍 2
照片不可用在 Telegram 中显示
❗ANAMA: Azad edilmiş ərazilərdə daha 226 mina, 5498 PHS aşkarlanıb
显示全部...
👏 18 1
⚡️MN: 27-31 oktyabr tarixlərində Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.
显示全部...
15👍 9
00:12
视频不可用在 Telegram 中显示
🇺🇦Rusiyanın dünən Kiyevə hücumu zamanı Ukraynanın ikinci ən böyük əczaçılıq distribütoruna məxsus anbar kompleksini və ofisi dağılıb. Məlumata görə, anbar yanğın nəticəsində tamamilə külə dönüb. Zərərin məbləği təxminən 100 milyon dollar dəyərində qiymətləndirilir.
显示全部...
IMG_4788.MP42.31 MB
👎 67🤬 42 6👍 3😢 2
Fransa Prezidenti Emmanuel Makron cümə günü bəyan edib ki, Fransa qarşıdakı günlərdə Ukraynaya əlavə partiya Mirage 2000 çoxməqsədli qırıcı təyyarələri və Aster 30 zenit-raket sistemləri göndərəcək. Bununla yanaşı, Ukrayna Hərbi Hava Qüvvələri üçün yeni təlim proqramlarının başladılacağı da elan edilib.
显示全部...
👏 43👍 16 6🤣 1
Fransa tezliklə Ukraynaya SAMP/T hava hücumundan müdafiə sistemləri üçün əlavə Aster raketləri, yeni Mirage 2000-5F döyüş təyyarələri verəcək və yeni təlim proqramları təqdim edəcək. Le Monde
显示全部...
👍 53 10👏 8👎 4
照片不可用在 Telegram 中显示
Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə Türkiyənin Qars vilayətində təşkil olunan üçtərəfli "Eternity-2025" kompüter dəstəkli komanda qərargah təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib. Bildirilib ki, tədbirdə Əlahiddə Ümumqoşun Ordunun komandanı general-mayor Kənan Seyidov, Azərbaycan Respublikasının Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər ölkələrdən olan yüksək səviyyəli qonaqlar iştirak ediblər. Yüksək səviyyəli qonaqlar komanda məntəqəsində təlimin gedişatını izləyiblər. @herbixeber
显示全部...
22👍 18
00:13
视频不可用在 Telegram 中显示
❗️🇺🇦🇷🇺Rusiyanın Kiyevə növbəti hücumundan sonra paytaxt ərazisində yanğınlar başlayıb. Qeyd edək ki, hücum nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb.
显示全部...
IMG_4722.MP41.13 MB
🤬 63👍 7👎 6 2🙏 2
00:53
视频不可用在 Telegram 中显示
Rusiya Silahlı Qüvvələrinin Donetsk vilayətinin Pokrovsk şəhərin ələ keçirmək üçün iri miqyaslı hücumu çox ağır itkilərlə nəticələnib. Rusiya ordusunun komandanlığı 1 həftə öncəki hücumdan fərqli olaraq,bu dəfə zirehli texnikalardan istifadə etmiyiblər. Rusiya Silahlı Qüvvələrinin Xüsusi təyinatlı qüvvələrinin ,Hava desant qüvvələrinin bölmələri şəhərə qruplar şəklində bir necə istiqamətdən hücuma keçiblər. Şəhəri müdafiə edən Ukrayna ordusu,hücumu ağır itkilər verdirərək geri oturdub.
显示全部...
IMG_4739.MP419.15 MB
👍 111 45😎 4
照片不可用在 Telegram 中显示
Sərdar Süleyman oğlu Səfərov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi Sərdar Süleyman oğlu Səfərova “general-mayor” ali hərbi rütbəsi verilib.
显示全部...
24👍 5👎 5🤮 3
照片不可用在 Telegram 中显示
✍️ Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi General-mayor İlqar Rza oğlu Abbasov vəzifəsindən azad edilib Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
显示全部...
19👍 7🤣 4😢 1