HƏRBİ XƏBƏRLƏR
前往频道在 Telegram
🔹Kanal hərbi xəbərlərin düzgün və təhrif olunmadan paylaşılması, dezinformasiyalardan yayınmaq üçün yaradılmışdır. ➡️ Reklam & Əməkdaşlıq 🔸Əlaqə saxlamaq | Məlumat & Xəbər göndərmək ⤵️ 📲 @Shahmuradov_002
显示更多2025 年数字统计

54 735
订阅者
无数据24 小时
-167 天
-1630 天
帖子存档
照片不可用在 Telegram 中显示
Türkiyənin Baş Qərargah rəisi Səlçuk Bayraktaroğlu Azərbaycana səfər edib.
Səlçuq Bayraktaroğlu Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakını bolşeviklərdən azad etməsinin 107-ci ildönümü münasibəti ilə sentyabrın 15-də Türk və Azərbaycan şəhidliklərində keçiriləcək anım mərasimində iştirak edəcək.
👍 62❤ 3
照片不可用在 Telegram 中显示
Prezident: Bütün dünya bu gün Azərbaycan haqqında danışır
“Öz doğma torpağı uğrunda Azərbaycan qədər vuruşan, döyüşən, qan tökən, şəhid verən və qalib gələn ikinci ölkə yoxdur. Nə vaxtsa olar, olar, olmaz, olmaz. Qələbəmizi təmin edən xalqımızın iradəsidir, xalqımızın öz doğma torpağına olan bağlılığıdır, bizim müştərək iradəmizdir, bizim döyüşkən xasiyyətimizdir. Eyni zamanda, necə ki, döyüş meydanında düşməni məğlub etdik, onu kapitulyasiya aktını imzalamağa məcbur etdik, eyni qayda ilə sülhə də yol açdıq ki, bundan sonra heç vaxt müharibə olmasın”, - dövət başçısı vurğulayıb.
❤ 65👍 19👎 2🤬 1🤣 1
01:28
视频不可用在 Telegram 中显示
⚡️Xankəndidə erməni əsilli sakinin silahlı təxribata hazırlıq görməsinin görüntüləri
IMG_3585.MP430.27 MB
🤬 109👍 16❤ 7🤣 4
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu Azərbaycana səfər edəcək.
Selçuk Bayraktaroğlu Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakıya gəlişi və Bakının bolşevik işğalından azad edilməsinin 107-ci ildönümü münasibətilə Türk və Azərbaycan şəhidliklərində Selçuk Bayraktaroğlunun iştirakı ilə anım mərasimi keçiriləcək.
Daha əvvəl Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bildirib ki, ordu generalı Selçuk Bayraktaroğlunun ölkəmizə nəzərdə tutulan səfəri ordularımız arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.
@herbixeber
❤ 62👍 14
Prezident İlham Əliyev: Son beş ilin tarixi onu göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilməz.
👏 38👍 12❤ 4👎 1
⚡️⚡️⚡️⚡️⚡️Bu gün Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılmış, bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərmişdir.
Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulmuşdur. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanmışdır.
Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır.
🤬 85👎 29❤ 7🙏 6🤣 6
照片不可用在 Telegram 中显示
Prezident İlham Əliyev Hadtutda sakinlərlə görüşüb, Hadrut məscidinin açılışında iştirak edib.
❤ 72👍 30🙏 5🤬 4
照片不可用在 Telegram 中显示
Dövlət Sərhəd Xidmətinin zabiti, baş leytenant Hüseyn Ağayev dünyasını dəyişib.
İlkin məlumata görə, Hüseyn Ağayev xidmətdə olan zaman ehtiyatsızlıqdan öz si*lahından açılan atəş zamanı həyatını itirib.
Mərhumun nəşi ailəsinə təhvil verilib və o dəfn edilib.
(c) Musavat
😢 75🙏 11❤ 4🤣 2👍 1
照片不可用在 Telegram 中显示
Ukrayna ordusu PUA-larla Rusiyanın neft emalı zavodunu vurub
İlkin məlumata görə, partlayışlar xüsusilə neftin ilkin emalının vakuum sütununa xeyli ziyan vurub.
Respublikada PUA təhlükəsi ilə bağlı Ufa hava limanının fəaliyyətini dayandırdığı, şəhərdə mobil internetin kəsildiyi bildirilir.
👍 93❤ 21🤣 6👏 5🤮 5
照片不可用在 Telegram 中显示
🇦🇿🇵🇰Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
"Pakistanın şimal-qərb bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Pakistan Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi.
Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbir diləyirik. Yaralananların tezliklə sağalmalarını arzu edirik.
Allah rəhmət eləsin",-
başsağlığında deyilir.
👍 38❤ 21🙏 11
MN: Gənc əsgərlərin valideynlərindən, eləcə də bütün vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi bir daha xahiş edirik.
Qeyd olunan məhdudiyyət götürüldükdən sonra ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
❤ 27👍 17
⚡️Zelenski: Ukrayna ordusu rusların Sumıya hücum əməliyyatını tamamilə puça çıxarıb. Düşmən böyük itkilər verib.
👏 120❤ 33👍 17🤣 10
00:31
视频不可用在 Telegram 中显示
Zelenski:
"ABŞ-ın “Patriot”dan daha güclü hava hücumundan müdafiə sistemi var – bu, general Kelloqdur. Rusiya atəşi dayandırsa, Kelloqa vətəndaşlıq verməyə hazıram".
IMG_3530.MP411.36 MB
❤ 68🤮 8👍 2
Tramp Putinə qarşı səbrinin sürətlə tükəndiyini deyib
“Mən heç kimi müdafiə etməyəcəm, amma dronlar vuruldu və endirildi. Amma siz Polşaya heç bir halda yaxın olmamalısınız”, - Tramp qeyd edib.
O, Rusiya Prezidenti Vladimir Putinə qarşı səbrinin sürətlə tükəndiyi ilə bağlı xəbərdarlıq edib.
🤣 66👍 12❤ 5
照片不可用在 Telegram 中显示
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan hərbi hissə komandiri, polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyev barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Bu gün Naxçıvan Ali Məhkəməsi bununla bağlı qərar verib. Qərara əsasən, Samir Həziyev və Aydın Quliyevin cəzası şərti hesab olunub və onlar azadlığa buraxılıblar.
👎 74❤ 13
照片不可用在 Telegram 中显示
Polşa Belarusla sərhədinə 40 min əsgərdən ibarət qoşun göndərir.
👏 75❤ 17👍 7🤣 2
照片不可用在 Telegram 中显示
‼️ Ukrayna ordusunun qırıcısı qəzaya uğradı
Ukrayna Hərbi Hava Qüvvələri "Su-27" qırıcısı Zaporojye istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəzaya uğrayıb.
Qəza nəticəsində 39-cu Taktiki Aviasiya Briqadasının pilotu mayor Borovik Aleksandr Nikolayeviç həlak olub. Pilotun 30 yaşı var idi.
😢 94❤ 9🙏 7🤣 7
MN: Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Bildirilib ki, gənc əsgərlərin respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxmasının qarşısını almaq üçün onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub.
👏 31👍 15👎 6❤ 5
照片不可用在 Telegram 中显示
❗️Ukrayna Silahlı Qüvvələri Dobropolski istiqamətində rus hərbçilərini əsir götürüb.
👍 135❤ 37🤣 12👏 11
Repost from TgId: 1649327267
Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Cənubi Qafqaz regionunda yeni parametrlər formalaşır. Region ölkələri son üç onillikdə sabit kimi görünən regionun baza parametrlərini dəyişdirmək üçün addımlar atırlar.
44 günlük müharibənin 4 nəticəsi var, onlardan biri tam həcmdə həyata keçirilib, digər üçü isə icra prosesindədir. Gəlin bu nəticələrə və ayrı-ayrı ölkələrin onlara münasibətinə nəzər salaq.
1. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası. Müharibə bitdikdən sonra üç il ərzində bir çox ölkələr onun nəticələrini dəyişdirməyə çalışdılar. Lakin 2023-cü ildən sonra uyğunlaşma prosesi gedir.
ATƏT-in Minsk Qrupunun buraxılması və bu qərar üçün ATƏT-in bütün üzvlərinin, o cümlədən MQ-nün üç həmsədrinin səs verməsi göstərdi ki, Moskva, Vaşinqton, Paris, Brüssel üçün mövzu bağlanıb. İran prezidenti Qarabağı ziyarət etdi və mövzunu İran üçün bağladı.
Bəli, bu ölkələrdə mövzunu canlandırmaq istəyən qruplar var, amma onlar azlıqdır. Hətta Rusiya artıq ölkəyə Qarabağ ermənilərini Azərbaycana qarşı iddialar formalaşdırmaq üçün yox, Ukraynadakı müharibədə iştirak etmək məqsədilə cəlb edir. Yəni, ən passionar Qarabağ erməniləri qurban verilir.
2. Azərbaycan və Ermənistan arasında sülh. Bu prosesin artıq son müddəti bəlli olub. Ölkələr sülhə hazırdır və razılaşdırılmış addımlar atırlar.
ABŞ və Aİ sülhə yatırım etməyə hazırdır, Türkiyə və Gürcüstan prosesi səmimi dəstəkləyir.
Rusiya və İran dişlərini sıxaraq sülh prosesini dəstəkləyir, lakin praktiki nəticələrin həyata keçirilməsini uzaqlaşdırmaq üçün mövcud resurslardan istifadə etməyə çalışırlar. Lavrovun Vaşinqton sazişlərinin necə həyata keçiriləcəyi ilə bağlı bəyanatları da bununla bağlıdır. Moskva və Tehranda başa düşürlər ki, Azərbaycan və Ermənistan arasında sülhün indi, Rusiya və İranın resurslarda məhdud olduğu bir dövrdə həyata keçirilməsi onların maraqları üçün mənfi nəticələr doğuracaq.
Azərbaycan və Ermənistan arasında müharibə ehtimalının olmaması Ermənistanın hərbi mənada Rusiya və İrana ehtiyacını azaldır. Rusiya hələ də mövcud vəziyyətdə öz mövqeyini formalaşdırır. Hələ də ənənəvi şantaj və təzyiq alətlərini daxili siyasət, diaspor və iqtisadi əlaqələr vasitəsilə tətbiq etməyə çalışır. İran isə görünür, Ermənistanla hərbi ittifaq ideyasından imtina edib və Paşinyan hökuməti ilə strateji tərəfdaşlığı rəsmiləşdirməyə çalışır.
3. Ermənistan-Türkiyə normallaşması. Tərəflər hazırdır, Azərbaycan bu prosesin öz gündəliyi ilə tam sinxronlaşdırılmasına nail olub. Artıq məsələ yetişir...
ABŞ və Aİ bu mövzuya uzun müddətdir hazırdır və hətta prosesin sponsorları kimi çıxış edirlər.
Rusiya və İranı ən çox bu mövzu narahat edir, çünki Ermənistanda Türkiyə yoxdur və normallaşmadan sonra Türkiyə regionda təmsilçilik baxımından irəli çıxır.
Rusiya və İran Türkiyənin Ermənistanda peyda olmasına hazırlaşır, amma buna mane olmaq getdikcə çətinləşir.
4. Kommunikasiyaların açılması. Azərbaycan və Ermənistan hazır olduqlarını göstərir. ABŞ də yerdə bu prosesdə iştirak etməyə hazırlaşır, Aİ isə layihəni maliyyələşdirməyə hazırdır - xüsusi nümayəndə Qrono artıq Bakı və Naxçıvanı, həmçinin Ermənistanı ziyarət edib.
Lakin bu mövzuda hələ də boşluqlar var. Buna görə Rusiya və İran Ermənistan ərazisində öz iştirakını və maraqlarını təmin etməyə çalışır. Odur ki, yolların açılması mövzusunda "son döyüş" olacaq. Bu, Zəngəzur dəhlizində TRIPP sahəsinin parametrlərinin müəyyən edilməsi və infrastruktur inşasının başlanmasınadək davam edəcək.
Ermənistan layihəni İran, Fransa və Rusiya ilə uyğunlaşdırmaq üzrə böyük iş görür.
Beləliklə, region ölkələri bölgənin parametrlərini yaradacaq müharibə nəticələrinin həyata keçirilməsinə başlayıblar. Qərarlar yalnız Azərbaycan və Ermənistan tərəfindən qəbul edildikdə, hər hansı bir xarici oyunçu fakt qarşısında qoyula və yeni reallığa uyğunlaşma prosesini sürətləndirə bilər. Bu dövrdə silkələnmələr və maneələr olacaq. Lakin proses gedir...
@cssc_cqtm
❤ 22👏 7🤣 1
