Şəbəkə
Open in Telegram
2025 year in numbers

14 858
Subscribers
No data24 hours
-137 days
-11730 days
Posts Archive
Photo unavailableShow in Telegram
🇺🇸🗣️ Trampın Ukrayna üzrə elçisi Kit Kelloq:
"Rusiya və Ukrayna birlikdə götürdükdə 2 milyondan çox insan itiriblər. Bu haqda düşünün. Dəhşətli rəqəmdir.
Müqayisə üçün bildirim ki, SSRİ Əfqanıstanı 18 min itki ilə tərk etmişdi. ABŞ isə Vyetnam müharibəsində 58 min itki vermişdi".
👍 10❤ 5😢 5
⚡️🚨 Biləsuvar rayonunun Zəhmətabad kəndində axşam saatlarında yolda idarəetmədən çıxan “Lexus” markalı minik avtomobili kanala aşıb.
Qəza nəticəsində maşında olan 5 nəfər suda boğularaq ölüb.
😢 38🙏 2
🗞️ Axşam xəbərləri:
📍 Prezident İlham Əliyev BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib.
🔎 Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir.
📍 Zelenski dekabrın 8-də Londona səfəri zamanı Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Mertslə görüşəcək.
🔥 Ukrayna SQ Rusiyanın Ryazan neft emalı zavodunun infrastrukturuna zərbə endirib.
🇦🇲 Robert Koçaryan 2026-cı ildə Ermənistanda keçiriləcək seçkilərdə namizədliyini irəli sürə bilər.
🚨 Beyləqanda ağır yol qəzası nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
📺 Dekabrın 10-u saat 21:45-də baş tutacaq “Qarabağ” - “Ayaks” oyunu CBC Sportda deyil, İTV-dən yayımlanacaq
🌨️ Bakıda və Abşeron yarımadasında dekabrın 7-si axşamdan 10-u axşamadək arabir yağış yağacağı, bəzi yerlərdə yağışın leysan xarakterli olacağı gözlənilir.
❤ 12👏 1
Photo unavailableShow in Telegram
⚡ “Neftçi”nin baş məşqçi postuna əsas namizəd Yuri Vernidub artıq Bakıdadır.
✈️ O, gecə saatlarında Ukraynadan Azərbaycana gəlib.
✍️ 59 yaşlı çalışdırıcı xüsusi icazə məktubu əsasında ölkəsini tərk edə bilib.
❗ Paytaxt təmsilçisi yerli dövlət qurumlarına bu məqsədlə müraciət ünvanlayıb və razılıq alınıb. Əks halda, Vernidubun yolunu yanvarın sonunadək gözləmək lazım gələcəkdi. Çünki Ukrayna Rusiya ilə müharibə şəraitinə görə 60 yaşadək kişilərin ölkədən çıxışına qadağa qoyub.
📍 Bu ilin yanvarından bəri heç yerdə çalışmayan, bir ara ordu sıralarına qoşulan, artilerriya diviziyasında döyüşən Vernidubun 60 yaşı gələn il yanvarın 22-si tamam olacaq.
Sportinfo
❤ 27👍 9
Photo unavailableShow in Telegram
⚡🚚 Türkiyədən Azərbaycana "kartof" yükü gətirən nəqliyyat vasitəsinə baxış keçirilib.
"Kartof" yükünün içərisində gizlədilən karton qutularda ümumilikdə 90 adda 22 min ədəd dərman preparatı aşkar edilib.
Onların ölkəyə qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb.
👍 11❤ 2🤔 1
Photo unavailableShow in Telegram
⚡❗ Əgər Avropa müdafiə qabiliyyətini artırıb məsuliyyəti daha çox öz üzərinə götürməsə, ABŞ 2027-ci ildə NATO-dan qismən çıxa bilər, - "Reuters" yazır.
❗ Agentlik xəbər verir ki, Vaşinqton Avropanın NATO-nun müdafiə imkanlarını öz üzərinə götürməsini istəyir. Kəşfiyyatdan tutmuş raket istehsalına qədər.
🇺🇸 Resurs məhdudluğu və istehsal gücünün aşağı olması səbəbindən Avropanın 2027-ci ilə qədər ABŞ-ni tam əvəz edə bilməsi qeyri-realdır.
❗ Amma ABŞ artıq indidən tələbini irəli sürüb: Avropanın müdafiəsini qitə ölkələri öz üzərinə götürməlidir.
👍 10❤ 3
📍 Sabahın havası
🌧️ Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
☀️ Temperatur gecə 8-10, gündüz 12-15 dərəcə isti olacaq.
☀️ Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 3-8, gündüz 13-17 dərəcə isti olacaq.
❤ 6
⚡️ Salyan rayonunun Noxudlu kənd orta məktəbində 20 şagird, məktəbi isitmək üçün istifadə olunan yanacaq növündən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
APA
😢 18🔥 2
Photo unavailableShow in Telegram
🏆 Bu gün 2026-cı ildə ABŞ, Kanada və Meksikada təşkil olunacaq dünya çempionatının püşkatma mərasimi keçiriləcək.
Tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq və İTV ilə vasitəsi ilə canlı yayımlanacaq.
DÇ-2026-da tarixdə ilk dəfə 48 komanda mübarizə aparacaq.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində keçiriləcək.
❤ 13
Repost from Operativ Media
00:12
Video unavailableShow in Telegram
Sabiq mədəniyyət naziri Əbülfəz Qarayevin qızı Suad Qarayevanın Məhsəti Gəncəvi haqqında çəkdiyi “Məhsəti” adlı qısametrajlı filmdən epizodlar müzakirələrə səbəb olub
Mədəniyyət xadimləri filmdə Azərbaycan milli dəyərlərin məqsədli şəkildə alçaldıldığını bildirirlər.
1.60 MB
👎 32😁 11🤔 5❤ 2
🇺🇸 Bu arada ABŞ milli təhlükəsizliklə bağlı yeni strategiyasını elan edib.
▪️ Ukraynada müharibənin dayandırılması
▪️ Avropada əsas prioritet - Rusiya ilə strateji stabilliyin bərpası
▪️ ABŞ NATO-nun genişlənməsini istəmir.
▪️ ABŞ istəyir ki, Avropa özü özünü müstəqil şəkildə müdafiə etsin.
▪️ Hind-Sakit Okean bölgəsi əsas geosiyasi və iqtisadi cəbhələrdən birinə çevrilir.
▪️ ABŞ Çinlə yalnız strateji əhəmiyyət kəsb etməyən sahələr üzrə ticarət etmək fikrindədir.
👎 16😁 6👍 2
00:20
Video unavailableShow in Telegram
Putin Hindistanda səfərdədir. Modi ilə görüşür.
Birazdan mətbuata açıqlama verəcəklər.
Hələliksə konfrans zalının xalçaları təmizlənir.
ковер.mp47.88 MB
😁 21❤ 1👎 1
Photo unavailableShow in Telegram
❗🇪🇺 Avropa liderləri Zelenskiyə tövsiyə edirlər ki, ABŞ-nin təhlükəsizlik zəmanəti olmadan Rusiyanın heç bir tələbini qəbul etməsin, - "The Wall Street Journal" yazır.
Makron son görüşlərdən birində Zelenskiyə deyib ki, ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti ilə bağlı dəqiq siqnal verməli və bunun nədən ibarət olacağını açıq şəkildə bildirməlidir.
😁 18👍 10❤ 1👎 1
⚡🚨 Türkiyədə bir neçə futbolçu və klub rəsmiləri saxlanılıb.
Həmin şəxslər mərc oyunları və danışılmış matçlarla bağlı tutulublar.
Saxlanılanlar arasında "Qalatasaray"ın futbolçusu Metehan Baltacı, "Fənərbağça"nın futbolçusu Mert Hakan Yandaş və keçmiş hakim, şərhçi Ahmet Çakar da var.
😁 10👍 5❤ 1
Photo unavailableShow in Telegram
📸 "Qobu Park-1" yaşayış kompleksindəki yanğında həyatını itirən ana və iki övladının fotoları paylaşılıb.
Allah rəhmət eləsin.
😢 76👍 1👎 1
⚡ Yevlaxda S.Vurğun küçəsində yerləşən binaların birində yanğın baş verib.
Yanğın nəticəsində şəhər sakini Nərgiz Mikayılova (1945) yanaraq ölüb.
Hadisə zamanı evdə olan Yasəmən Vahabova (1965) və Kamran Mehdiyev (1967) isə ağır yanıq xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
😢 11👎 1
❗️ Baş Prokurorluq
Hadisə nəticəsində yaranan tüstüdən 4 nəfər (onlardan 2-si azyaşlıdır) boğularaq ölüb.
Araşdırmalar davam etdirilir.
😢 33👍 2❤ 1
⚡️⚡️ Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
İlkin məlumata görə, hadisə nəticəsində ikisi uşaq olmaqla ümumilikdə beş nəfər dünyasını dəyişib.
Xəsarət alanlarla bağlı dəqiq məlumat yoxdur.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri, təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunublar.
Mənbə: APA
😢 31👍 1
