Operativ Məlumat Mərkəzi
Open in Telegram
ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin! 📝Reklam və iş birliyi @swommfreeaz
Show more2025 year in numbers

66 694
Subscribers
-31424 hours
-1 6277 days
-2 29730 days
Posts Archive
⚡️⚡️⚡️⚡️⚡️ABŞ Konqresinə Azərbaycana yardımla bağlı məhdudiyyətlərin (907-ci düzəliş) ləğvini nəzərdə tutan qanun layihəsi təqdim edilib.
❤ 25👍 13🤷♂ 1
Photo unavailableShow in Telegram
🇦🇿🇺🇸 İlham Əliyev ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıb.
"Hörmətli cənab Prezident. Səmimi məktubunuza görə Sizə dərin təşəkkürümü bildirirəm. Xoş sözlərinizi, sülh və sabitlik naminə səylərimizə dair fikirlərinizi yüksək qiymətləndirirəm. Münaqişələrin həllinə davamlı sadiqliyiniz, dialoqun irəlilədilməsində şəxsi iştirakınız və dünyanın müxtəlif bölgələrində gərginliyin azalmasına verdiyiniz töhfələr qəti inamıma görə, Nobel Sülh Mükafatı da daxil olmaqla, ən yüksək beynəlxalq tanınmaya tam layiqdir. Sizin qətiyyəti və məsuliyyəti rəhbər tutan liderliyiniz qlobal sülhün təşviqi uğrunda əsl xidmətin nümunəsidir. Əminəm ki, davamlı dialoq və əməkdaşlıq vasitəsilə tərəfdaşlığımız ölkələrimizdə və onun hüdudlarından kənarda da sülhün, təhlükəsizliyin və rifahın möhkəmlənməsinə xidmət edəcəkdir. Məktubunuzda ifadə olunan qarşılıqlı hörmət ruhuna və diqqətinizə görə səmimi minnətdarlığımı qəbul etməyinizi xahiş edirəm".
❤ 7👍 5
🇦🇿🇷🇺Hikmət Hacıyev Bakıda Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.
🤔 5👍 4
⚡️Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
👍 7
⚡️Vətəndaşdan məktub var: Boş şeydi deyib, keçməyin!
🖥Bu yazını elə özüm nəql edirəm. Ümid edirəm ki, bu məqaləm mediada paylaşılar və hər kəs bundan xəbərdar olar.
Mən Gülzar Həsənli, 29 yaşım var. Yaşıma fikir verməyin, görünüş olaraq yaşadıqlarıma görə çox yaş vermək olar. Həyat yoldaşımı çox sevirdim, elə sevərək də ailə qurmuşduq. Evliliyimizin 1-ci ilində xəyalımızda olan evi tapdıq, gənc cütlük olaraq evi sərfəli şərtlərlə ipoteka krediti ilə götürdük. Yoldaşım Salman karyerasında uğur qazanmış birisi idi. Məsuliyyətli idi, hətta gecələr də evdən işləyərdi. Mən isə ana olduqdan sonra karyerama fasilə vermişdim. Bilmirəm, bəlkə də yoldaşıma çox güvəndiyim üçün işləmək istəmirdim. Evi ipoteka götürərkən, bank bizə “İpoteka Həyat Sığortası” təklif etmişdi. Mən həyata pozitiv yanaşan biriyəm, belə şeylərə əlavə xərc kimi baxırdım. Düzdü, ipoteka ilə mənzil alarkən bu sığorta növü məcburidir. Salman isə məndən fərqli olaraq, hər şeyi sığortalı etməyin tərəfdarı idi. “Birdən nəsə olar”, “Hər ehtimala sığortalı olaq” – həmişə belə düşünürdü. Salmanın işində davamlı olaraq səyahət etməsi lazım idi, mən isə çox zaman qızımla evdə tək qalırdım. Bu səbəbdən, Salmana mənzilin sığortalı olması güvən verirdi. Bir gün Salman iş səyahəti üçün hava limanına gedərkən taleyin qəribə bir oyunu baş verdi. O, yol qəzasında həyatını itirdi. Avtomobil sağ tərəfdən güclü zərbə aldığı üçün Salman elə yerindəcə dünyasını dəyişmişdi. Salmanın yoxluğu hər tərəfdən məni dərin bir boşluğa salmışdı. İtkidən sonra heç mənzilin sığortalı olduğu ağlıma da gəlmirdi. Məbləğ hədsiz dərəcədə çox idi, bir neçə ayı bağlamaq üçün mən zinyət əşyalarımın bir hissəsini satmağı düşünürdüm. Amma bu həyat sığortası elə bir gündə, elə bir vəziyyətdə mənə dəstək oldu ki, bunun sözlə ifadəsi çətindir. Mənzilimizin qalan kredit borcunu həyat sığortası öz üzərinə götürdü. Həmin dövrlərdə fikirlərim qarışıq idi, son zamanlar yaddaş problemi də yaşayırdım. Həyat sığortası şirkəti tərəfindən proseslərin necə getdiyini tam xatırlamıram, amma onu bilirəm ki, çox az bir müddətdə ipoteka kreditimiz şirkət tərəfindən ödənildi.💥İpoteka krediti götürən bütün şəxslərdən bu həyat sığortasına önəm vermələrini rica edirəm. Boş şeydir deyib keçməyin, bəlkə də bu sizin həyat xilaskarınızdır.
👍 12😁 6❤ 4🤓 3
⚡️2026-cı ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 1 000 000 (bir milyon) manat ayrılıb
👍 7
❗️Prezidentin sərəncamı ilə Şahin Məhərrəm oğlu Əliyev Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib
👍 5❤ 3
📺KİV: Azərbaycan Dövlət Televiziyası (AzTV) və "Baku TV" işçilərini ixtisar edir.
Hər iki kanal hazırda xeyli sayda işçisini ixtisar edib. "Baku TV"nin təxminən 120 işçisi ixtisar edilib.
👍 14😭 7🤔 2
🔴UEFA Gənclər Liqası: "Qarabağ"ın U-19 komandası "Ayaks"a 0:8 hesabı ilə uduzub.
😁 23😱 3👍 2
🔴AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edilib. Məhkəmənin qərarına əsasən, vəsatət təmin edilməyib.
👍 9❤ 2
✔️Bakı, Abşeron, Sumqayıt və Naxçıvanda pensiyalar ödənilib
👍 4❤ 1
🚨Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətmiş Azərbaycan vətəndaşları saxlanılmışlar.
Cinayət əməllərinin törədilməsində şübhəli bilinən 1995-ci il təvəllüdlü Məmmədov Amid Saməddin oğlunun xarici ölkə ərazisində gizləndiyi yer müəyyən edildikdən sonra o, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış, Azərbaycan Respublikasına gətirilərək istintaqa cəlb edilmişdir. Eləcə də, bu cinayətlərin törədilməsində şübhəli bilinən 1997-ci il təvəllüdlü Səfərov Nurlan İlham oğlu və 1983-cü il təvəllüdlü İsrafilov Edik Nəbi oğlu saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunmuşlar.
👍 12❤ 6
Photo unavailableShow in Telegram
⚡️İlham Əliyev Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisini qəbul edib
👍 14
🇦🇿🇹🇷İstanbul şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisinin açılış mərasimi keçirilib.
❗️Açılış mərasimində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu Nərminə Mustafayeva, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid, eləcə də Türkiyə və Azərbaycanın turizm sənayesi və media nümayəndələri iştirak ediblər.📣Tədbirdə çıxış edən Fuad Nağıyev nümayəndəliyin fəaliyyətə başlamasının ölkələrimiz arasında əməkdaşlığın inkişafında yeni mərhələ olduğunu, ikitərəfli münasibətlərin sistemli və səmərəli şəkildə davam etdirilməsi üçün mühüm platforma rolunu oynayacağını, Azərbaycanın turizm brendinin Türkiyədə daha geniş tanıdılmasına töhfə verəcəyini bildirib.
✨
O, türkiyəli ziyarətçilərin Azərbaycana marağının getdikcə artdığını və son 5 ildə ölkəmizə gələn xarici turistlər arasında türkiyəli ziyarətçilərin ikinci yeri tutduğunu qeyd edib.
🔖
Mədəni proqram ilə davam edən tədbir çərçivəsində, hər iki ölkənin turizm sənayesi nümayəndələri arasında turizm sahəsində regional əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb.🔗Qeyd edək ki, 2025-ci ilin 11 ayı ərzində Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayı 416 mindən çox olub ki, bu da 2024-cü illə müqayisədə 7 faiz artım deməkdir.
❤ 11👍 8👏 1
Photo unavailableShow in Telegram
🇦🇿İlham Əliyev "John Deere" şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidentini qəbul edib
❤ 6👍 4
⚡️Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb. AMB uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 6,75 %-ə endirilməsi barədə qərar qəbul edib.
Faiz dəhlizinin aşağı həddi 6 %-dən 5,75 %-ə, yuxarı həddi isə 8 %-dən 7,75 %-ə endirilib.
👍 14
Photo unavailableShow in Telegram
🟢Mədəniyyət naziri Adil Kərimli: Azərbaycan mədəniyyəti ilə bağlı yeni yanaşmalar işlənib hazırlanır. Cəmiyyətdə mədəniyyətə fərqli baxışlar qaçılmazdır. Mədəniyyət sosial məhfum və fenomen olduğundan bu sahədə yeni və geniş baxış formalaşır.
👍 13😁 4❤ 3😭 1
🇺🇸ABŞ Konqresində ölkənin NATO-dan çıxması ilə bağlı qanun layihəsi təqdim edilib.
😁 9😨 5🤔 2
Astara rayonu ərazisində Xəzər dənizində 2 nəfərin itkin düşüb.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam etdirilir.
💔 13😢 4❤ 1👍 1🙏 1
🔴Ötən ilin 11 ayı ilə müqayisədə Azərbaycanda sərxoşluq səbəbindən baş verən yol-nəqliyyat hadisələrinin sayı 12 fakt azalaraq 7-yə düşüb.
😁 14👍 9👏 2
