HƏRBİ XƏBƏRLƏR
Open in Telegram
🔹Kanal hərbi xəbərlərin düzgün və təhrif olunmadan paylaşılması, dezinformasiyalardan yayınmaq üçün yaradılmışdır. ➡️ Reklam & Əməkdaşlıq 🔸Əlaqə saxlamaq | Məlumat & Xəbər göndərmək ⤵️ 📲 @Shahmuradov_002
Show more2025 year in numbers

54 735
Subscribers
No data24 hours
-167 days
-1630 days
Posts Archive
Repost from TgId: 1649327267
Misirdə "Sülh Sammiti"
Azərbaycan Prezidenti İlham Əliyev Misirdə keçirilən "Sülh Sammiti"ndə iştirak edir. Sammit ABŞ və Misir prezidentləri tərəfindən təşkil edilib. Bu, Prezident Trampın Qəzzada sülh planının tərkib hissəsi və gələcək Yaxın Şərqin təməlinin atıldığı bir tədbirdir.
İştirakçılar arasında aparıcı Yaxın Şərq dövlətlərinin rəhbərləri, ABŞ Prezidenti, Aİ Şurasının rəhbəri, Almaniya kansleri, Azərbaycan və Ermənistan rəhbərləri də var.
Beləliklə də, biz nə görürük və Azərbaycanla Ermənistan niyə buradadır?
Qəzza sektorundakı vəziyyət regionda yeni konfiqurasiyanın yaradılmasını zəruri edib. İsrailin Qətərə hücumlarından sonra ABŞ üçün Yaxın Şərq ölkələrinin etimadını bərpa etmək vacibdir. Trampın Qəzza sülh planı əlaqələrin bərpası üçün əsasdır. BMT Baş Assambleyası çərçivəsində ABŞ-də region dövlətlərinin rəhbərləri ilə görüş keçirilib. Cari sammit ABŞ-nin regional gündəliyinin müəyyən edilməsində həlledici əhəmiyyət kəsb edir.
ABŞ burada İsrailin əvəzinə çıxış edir və yəhudi dövlətinin maraqlarını müdafiə edir. Prinsipcə, ərəb monarxiyaları buna qarşı deyil. Lakin İsrail hökumətinın hərəkətləri proqnozlaşdırıla bilən deyil və burada ABŞ-nin zəmanətləri vacibdir.
Qəzzanın gələcəyinə görə məsuliyyət
Burada ən sadə məsələ maliyyə məsələsidir və bu resurs mövcuddur.
Təşkilati məsələlər və hüquq-mühafizə təminatı isə müvafiq işlərin bilavasitə yerdə aparılmasını nəzərdə tutur. Belə olan halda nəzərlər Türkiyəyə və Misirə çevrilir.
Azərbaycan və Ermənistan
"Sülh Sammiti"nə dəvət etməklə ABŞ Azərbaycanı və Ermənistanı Yaxın Şərqin bir hissəsi kimi gördüyünü göstərir.
Azərbaycan artıq buna hazırlaşıb:
- Regionun əsas oyunçularından biri olan Türkiyə ilə müttəfiqlik əlaqəsi;
- İsraillə strateji tərəfdaşlıq. İsraildəki rəhbərlikdən asılı olmayaraq, Qəzza müharibəsindən, Livan və İrana zərbələrdən sonra İsrail regionun hegemon dövlətlərindən biridir. Sammit iştirakçıları arasında ABŞ-dən sonra məhz Azərbaycan İsraillə etimada əsaslanan və praqmatik münasibətlərə malikdir;
- Azərbaycan artıq Suriyada mövcuddur, bu ölkədə sabitliyin bərpası və Suriyanın inkişafında öz iştirakını genişləndirməyə çalışır. Bunda ABŞ də maraqlıdır;
- Azərbaycan İsraillə Suriya, Türkiyə ilə İsrail arasında danışıqlar platforması rolunu oynayır;
- İsraillə yanaşı, Azərbaycan rəhbərinə ərəb dünyasında, xüsusilə Körfəz monarxiyalarında da etibar edirlər;
Ermənistan isə sammitdə xüsusilə mövqeyini möhkəmlətməyə çalışmadan öz yerini axtarır. Ermənistanın resursu regiondakı ermənilər və ABŞ-nin maraqlarıdır. Paşinyan Trampa “yox” deyə bilməz. Sammit Paşinyan üçün Tramp administrasiyasının Ermənistana olan marağını bir daha təsdiqləmək və münasibətlərdə əlavə dəyər formalaşdırmaq baxımından bir fürsətdir.
Geosiyasi kimlik halqası qapanır
Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev bu yaxınlarda geosiyasi identiklik kontekstində Azərbaycan dövlət başçısının iştirak etdiyi sammitləri sadalayıb.
Avropa Siyasi Birliyi, Türk Dövlətləri Təşkilatının sammiti və MDB sammiti. Bu halqa Misirdəki "Sülh Sammiti" ilə qapanır, burada iştirak meyarı coğrafi və dini mənsubiyyətdir. Azərbaycan məhz budur - çoxtəbəqəli, çoxsəviyyəli geosiyasi kimlik. Bu, ölkəmizə özünü eyni zamanda müxtəlif coğrafiyalara aid etməyə imkan verir. Bu iş çox mürəkkəbdir və maksimum gərginlik tələb edir. Azərbaycan bu çağırışı qəbul edir, çünki kənarda qalmaq qeyri-mümkün və təhlükəlidir. Azərbaycan bu platformalarda iştirak edir və resurslar formalaşdırır.
Azərbaycan xarici siyasətinin konstruktiv praqmatizmi öz bəhrəsini verir və daha uzun müddət dövlətin maraqlarına xidmət edəcək. Əsas olan, boş dayanmamaqdır. Axı bu areallarda həm imkanlar, həm də risklər formalaşır. Risklərin təsirini minimuma endirmək və bəzən özümüzün formalaşdırmalı olduğumuz imkanlardan maksimum istifadə etmək vacibdir.
@cssc_cqtm
❤ 31
00:20
Video unavailableShow in Telegram
⚡️Tramp Qəzza zolağındakı müharibənin başa çatdığını elan edib.
2.59 MB
👏 75❤ 15👎 3🤮 3👍 1🙏 1
Photo unavailableShow in Telegram
Ukrayna Prezidenti Volodimir Zelenski son iki gün ərzində ikinci dəfə amerikalı həmkarı Donald Tramp ilə telefon danışığı aparıb.
“Elə indi ABŞ Prezidenti ilə danışdım. Söhbət çox məhsuldar keçdi. Dünənki telefon danışığında bu gün üçün mövzular müəyyənləşdirilmişdi. Bu gün razılaşdırdığımız mövzular üzrə müzakirələri davam etdirdik. Danışıqlarda Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, dayanıqlığın artırılması və enerji məsələləri müzakirə olundu. Prezident Tramp Ukraynadakı vəziyyət barədə hərtərəfli məlumatlıdır”,
- deyə Volodimir Zelenski bildirib.
❤ 32👍 12🤮 2
☄️ Pakistan Ordusu sərhəddə baş verən hərbi toqquşmalar nəticəsində 19 Əfqanıstan sərhəd məntəqəsini ələ keçirib.
#
👍 114👏 19❤ 12👎 3🤬 1🤣 1
❗️ Ukraynaya "Tomahawk" raketlərinin mümkün tədarükü mövzusu Moskvada son dərəcə narahatlıq doğurur.
"Report"un məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Moskva. Kreml. Putin" proqramının müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində bəyan edib.
"Tomahawk" mövzusu bizdə son dərəcə narahatlıq doğurur, bu barədə artıq prezident Putin danışıb", - deyə o bildirib və qeyd edib ki, Rusiya Federasiyası Ukrayna ilə münaqişənin sülh yolu ilə həllinə hazırdır.
❤ 20👍 6🤬 2🤮 1
00:21
Video unavailableShow in Telegram
🇵🇰🇦🇫Pakistan əsgərləri Əfqanıstan ərazisində yerləşən Talibanın “Bayraq Postu” adlı sərhəd məntəqəsinə Pakistan bayrağı sancıb.
Məlumata görə, həmin post ötən gecə və bu gün səhər tezdən Pakistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilən bir neçə Taliban mövqesindən biridir.
IMG_4001.MP41.88 MB
👍 136❤ 45🤬 1
Photo unavailableShow in Telegram
🇮🇱🇦🇿 İsrail səfiri Ronen Kraus: “Qarabağda baş verən inkişaf heyrətamizdir”
Bu fikri İsrailin Azərbaycandakı səfiri Ronen Kraus Zəngilana səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.
Səfirin sözlərinə görə:
“Mən bu səfərə görə çox həyəcanlıyam. Dünən Füzulidə olduq, müxtəlif yerləri ziyarət etdik və Şuşada gecələdik. Bu şəhər haqqında uzun illərdir eşidirdim, öz gözlərimlə görmək məni xüsusilə təsirləndirdi. Bu gün isə Zəngilandayıq və Qarabağı kəşf etməyə davam edirik. Prezident İlham Əliyevlə ilk görüşüm zamanı bildirmişdim ki, Qarabağa ən qısa zamanda səfər etməyi planlaşdırıram və bu fürsəti əldə etdiyim üçün çox şadam”.O, həmçinin qeyd edib ki, bölgədə görülən yenidənqurma işləri unikal mənzərə yaradır:
“Köhnə kəndlərin qalıqları ilə yanaşı, yeni yaşayış məntəqələrinin, binaların və vətənlərinə qayıdan insanların şahidi oluruq. Yollar, körpülər, tunellər – hamısı çox təsirli görünür. Əminəm ki, yaxın illərdə daha çox insan öz doğma Qarabağ torpaqlarına dönəcək”.
❤ 58🤮 28👍 12👏 3👎 2🤬 1
00:18
Video unavailableShow in Telegram
💔 5 yaşlı Nihatın köməyə ehtiyacı var
Xəstənin anası: Mən, Orucova Samirə — tək anayam və övladlarıma təkbaşına baxıram. Oğlum Nihat (2019-cu il təvəllüdlü) səhhəti ilə bağlı ciddi problemlər yaşayır və müalicəyə ehtiyacı var. Bir kurs müalicənin dəyəri 300 manatdır. Kursun tamamlanmasına 183 manat qalıb. Hazırda yaşıdlarından geri qalır, bir çox şeyə reaksiya vermir və bu müalicə onun inkişafı üçün həyati əhəmiyyət daşıyır.
Kim imkanı çatan qədər dəstək ola bilsə, böyük kömək etmiş olar.
💳 Kapital Bank kartı: 5239 1517 3928 6964
Kart sahibi: Orucova Samirə
📞 Əlaqə nömrəsi: 070 525 62 03
1.22 MB
❤ 16😢 6
Photo unavailableShow in Telegram
🇦🇿🇹🇷Kərim Vəliyev Türkiyədə “Atəş Sərbəst-2025” təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edir
❤ 41👍 14
🇦🇿 Azərbaycan hərbçiləri “Birlik – 2025” təlimində iştirak edəcək
Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Səmərqənddə keçiriləcək "Birlik – 2025" adlı birgə regional təlimdə iştirak etmək üçün Özbəkistana yola düşüb.
Təlimdə Azərbaycanla yanaşı, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan hərbçiləri, o cümlədən komando və PUA heyətləri iştirak edəcək.
Təlimin məqsədi antiterror əməliyyatlarında peşəkarlığın artırılması, regionda sülhün möhkəmləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi.
Təlim oktyabrın 21-dək davam edəcək.
❤ 31👍 12
❗️🇺🇦 SBU Başqırdıstandakı “Başneft” zavoduna zərbə endirib
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) pilotsuz uçuş aparatları ilə Rusiyanın Başqırdıstan bölgəsində yerləşən “Başneft” neft emalı zavoduna hücum həyata keçirib.
💥 Partlayışlardan sonra zavodun üzərində qalın qara tüstü müşahidə olunub. İlkin məlumatlara görə, xam neftin emal edildiyi blokda yanğın baş verib.
📍 Zavod Ukrayna sərhədindən təxminən 1400 km aralıda yerləşir.
⚠️ Mənbələr bildirir ki, bu, SBU-nun son bir ayda Rusiyanın dərinliklərində, xüsusilə Başqırdıstanda üçüncü hücumudur.
❤ 47👏 33👎 1
Photo unavailableShow in Telegram
Venesuela Karakasın şərqindəki sahilyanı əraziləri (Zuliya, Falkon və Araqua ştatları) yüksək hazırlıq vəziyyətinə gətirib.
Venesuela hərbçiləri vətəndaşları sahil boyu kritik nöqtələrə qoşun yeridilməsini gözləməyə və hadisələri lentə almamağa çağırıb.
Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın işğalı ərəfəsində deyib: "Ölkənin bütün hərbi qüvvələri üç ayrılmaz müdafiə zonasında yerləşdirilib".
❤ 28👍 9
Photo unavailableShow in Telegram
Təqaüddə olan general-mayor Rasim Əliyev vəfat edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, general bu gün səhər qəfil dünyasını dəyişib.
Qeyd edək ki, Rasim Əliyev son olaraq Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini olub. İkinci Qarabağ Müharibəsindən sonra yaş həddi ilə bağlı təqaüdə göndərilib.
🙏 36😢 5❤ 2👍 2
Zelenski bildirib ki,Trampla təkcə Tomahavk deyil, həm də HIMARS və ATACMS raketlərini də müzakirə edib.
❤ 40👍 23👏 4👎 1
🇦🇿🇵🇸Azərbaycan XİN Qəzza ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayır
“Qəzzada atəşkəs bərqərar edəcək, girov və məhbusların azad edilməsinə, Qəzzaya maneəsiz humanitar yardım və onun yenidən qurulmasına yol açacaq Qəzza ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayırıq. Ümid edirik ki, sazişin bütün mərhələləri layiqincə yerinə yetiriləcək və regionda ədalətli və davamlı sülh üçün səylər gücləndiriləcək. Biz bu nəticəyə doğru gedən yolda ABŞ, Türkiyə, Qətər və Misirin vasitəçiliyini təqdir edirik”,- deyə açıqlamada qeyd olunub.
👍 30❤ 13🤮 1
00:46
Video unavailableShow in Telegram
🇷🇺🇦🇿 Putin: "Azərbaycanla münasibətlərdə emosiyalar böhranı yaşanıb"
Rusiya Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərində dövlətlərarası böhranın olmadığını bildirib:
“Dövlətlərarası münasibətlərdə böhran olduğunu deməzdim. Bu, daha çox emosiyalar böhranı idi,” – deyə o vurğulayıb.
Putin AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı istintaqın demək olar ki, başa çatdığını bildirib:
“Biz Prezident Əliyevlə razılaşdıq ki, bu hadisə obyektiv şəkildə araşdırılacaq. Artıq istintaq yekunlaşmaq üzrədir, əsas məsələlər aydınlaşıb. Ümid edirəm ki, bu səhifəni artıq çevirmişik,”– Rusiya lideri əlavə edib.
2025-10-10 15-27-46.mp414.92 MB
👎 55❤ 21👍 8👏 2🤬 1
00:13
Video unavailableShow in Telegram
İsrail qoşunları çıxandan sonra Qəzzanın qərbindəki küçələr.
2.42 MB
😢 83❤ 7🙏 7🤣 6👎 2👍 1
⚡️⚡️XİN: Dünən Qəzzaya yardım aparan gəmidə iki Azərbaycan vətəndaşı olub
İsraildəki səfirliyimiz tərəfindən görülən tədbirlər nəticəsində onların azad edilərək öz istəkləri əsasında Türkiyəyə geri qayıtması nəzərdə tutulur.
🤬 25❤ 10👍 8
Photo unavailableShow in Telegram
Azərbaycanın müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə komandanı general-mayor Rəşid Məhəmməd Əl-Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Əvvəlcə qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, əklil və gül dəstələri qoyaraq xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.
Zəfər parkına gələn BƏƏ nümayəndə heyəti Zəfər abidəsinin önünə əklil qoyub.
❤ 20👏 9👍 3
01:28
Video unavailableShow in Telegram
💔 5 yaşlı Nihatın köməyə ehtiyacı var
Xəstənin anası: Mən, Orucova Samirə — tək anayam və övladlarıma təkbaşına baxıram. Oğlum Nihat (2019-cu il təvəllüdlü) səhhəti ilə bağlı ciddi problemlər yaşayır və müalicəyə ehtiyacı var. Bir kurs müalicənin dəyəri 300 manatdır. Kursun tamamlanmasına 183 manat qalıb. Hazırda yaşıdlarından geri qalır, bir çox şeyə reaksiya vermir və bu müalicə onun inkişafı üçün həyati əhəmiyyət daşıyır.
Kim imkanı çatan qədər dəstək ola bilsə, böyük kömək etmiş olar.
💳 Kapital Bank kartı: 5239 1517 3928 6964
Kart sahibi: Orucova Samirə
📞 Əlaqə nömrəsi: 070 525 62 03
56.52 MB
❤ 16🙏 3
