HƏRBİ XƏBƏRLƏR
Ir al canal en Telegram
🔹Kanal hərbi xəbərlərin düzgün və təhrif olunmadan paylaşılması, dezinformasiyalardan yayınmaq üçün yaradılmışdır. ➡️ Reklam & Əməkdaşlıq 🔸Əlaqə saxlamaq | Məlumat & Xəbər göndərmək ⤵️ 📲 @Shahmuradov_002
Mostrar más2025 año en números

54 735
Suscriptores
Sin datos24 horas
-167 días
-1630 días
Archivo de publicaciones
Photo unavailableShow in Telegram
Hərbi Prokurorluqda yeni təyinat olub.
Bununla bağlı baş prokuror Kamran Əliyev müvafiq Əmr imzalayıb.
Əmrə əsasən, ədliyyə polkovniki Aydın Abdulla oğlu Ələsgərov Hərbi Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, artıq bir müddətdir Hərbi Prokurorluqda islahatlar davam etdirilir.
👍 17🤮 4
Kəlbəcərdə mina partlaması nəticəsində xəsarət alan hərbçilərin sayı 5-ə çatıb.
Rayonun Vəng kəndi ərazisində “Ural” markalı avtomobil tank əleyhinə minaya düşüb.
Bu zaman avtomobildə olanlar - 29 yaşlı N.Nuruyev, 29 yaşlı M.Qarayev, 42 yaşlı R.İsmayılov, 38 yaşlı E.Əhmədov xəsarət alıblar. Onlar yaxınlıqdakı hərbi hospitala yerləşdiriliblər. Yaralılara dərhal yardım göstərilib. Hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir.
//unikal
🤬 35😢 20🙏 10❤ 7👍 2🤣 1
Photo unavailableShow in Telegram
❗️Kəlbəcərdə minaya düşən şəxsin hərbçi olduğu məlum olub.
1986-cı il təvəllüdlü Tanrıverdiyev Emin Möhübbət oğlu müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusudur (MAXE).
🙏 58❤ 5👍 2🤣 1
❗️Goranboy sakini Kəlbəcərdə minaya düşüb.
Hadisə Kəlbəcər rayonu ərazisində qeydə alınıb.
Belə ki, Goranboy rayonunun Qazanbulaq qəsəbə sakini 1986-cı il təvəllüdlü E. Tanrıverdiyev Kəlbəcər rayon ərazisində minaya düşərək xəsarət alıb.
O xəstəxanaya yerləşdirilib. Hal-hazırda vəziyyətinin normal olduğu bildirilir.
😢 27❤ 9🤯 3
Livan hökuməti "Hizbullah"ın silahsızlaşdırılması üçün mümkün çərçivə üzərində müzakirələrə başlayıb.
❤ 20👍 10🤬 5
Photo unavailableShow in Telegram
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri vəzifəsini icra edən Bəxtiyar Ersayın Türkiyə ordusunda rütbəsi artırılıb.
Bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın sərəncam imzalayıb.
Sərəncama əsasən, Bəxtiyar Ersaya Ordu generalı hərbi rütbəsi verilib.
❤ 112👏 24👍 22🤣 7
Photo unavailableShow in Telegram
Baş Qərargah rəisi Orgeneral Metin Gürak vəzifə çatışmazlığı səbəbilə təqaüdə göndərildiyindən, Baş Qərargah Rəisliyinə Quru Qoşunları Komandanı Orgeneral Səlçuk Bayraktaroğlu, Quru Qoşunları Komandanlığına isə 1-ci Ordu Komandanı Orgeneral Metin Tokel təyin olunub.
❤ 34👍 14
⚡️İsrail Qəzza zolağını tam işğal etməyi planlaşdırır. Qərar ölkənin baş naziri Benyamin Netanyahunun kabinetin dəstəyi ilə qəbul edilib.
Siyasətçiyə yaxın yüksək vəzifəli məmur Ynet-ə müsahibəsində bildirib ki, “püşk atılıb” və İsrail Qəzza zolağını tam işğala doğru gedir.
Əməliyyatlar girovların saxlanıldığı ərazilərdə də həyata keçiriləcək.
🤬 63❤ 14👎 2
🇳🇱 Niderland Ukraynaya ABŞ silahları göndərən ilk NATO ölkəsi olacaq
🔺 Niderland Ukraynaya “Patriot” zenit-raket sistemləri, onların ehtiyat hissələri və raketlər daxil olmaqla, 500 milyon avro dəyərində silah paketi təqdim edəcək.
📌 Bu barədə Niderlandın müdafiə naziri vəzifəsini icra edən Ruben Brekelmans “X” sosial şəbəkəsində məlumat verib.
🛡️ Beləliklə, Niderland ABŞ istehsalı hərbi texnika göndərən ilk NATO ölkəsi olacaq.
👏 65❤ 4👎 2
🇦🇿MN: Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə Ermənistanın məlumatları həqiqəti əks etdirmir
Sünik rayonu ərazisindəki döyüş mövqeləri arasında yol tikinti işləri aparan ekskavatora avqustun 4-də saat 13:10 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir.
Bu barədə Müdafiə Nazirliyindən olaraq bildirilib.
Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən həmin istiqamətdə atəş açılmayıb.
👍 20👎 13❤ 4
Ukrayna dronları Krımdakı Saki hərbi hava limanında yerləşən Rusiyaya məxsus 5 ədəd "Su" tipli döyüş təyyarəsini vurub.
Zərbə nəticəsində 1 ədəd Su-30SM təyyarəsi tamamilə sıradan çıxıb, digəri isə ciddi zədələnib. 3 ədəd Su-24 təyyarəsi də vurulub.
Xüsusi əməliyyat nəticəsində,aerodrom ərazisindəki aviasiya silahları anbarını da vurulub.
👍 125❤ 29👏 7👎 2
01:00
Video unavailableShow in Telegram
🇦🇿 “QİSAS” Antiterror Əməliyyatından 3 il Ötür!
2022-ci il avqustun 3-də Laçın istiqamətində qeyri-qanuni erməni silahlı birləşmələrinin Azərbaycan mövqelərinə atəşi nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Bundan dərhal sonra Azərbaycan Ordusu tərəfindən həyata keçirilən “Qisas” antiterror əməliyyatı ilə düşmənə ağır zərbələr endirilib.
Əməliyyat zamanı bir neçə döyüş mövqeyi və hərbi hissə məhv edilib, düşmənin canlı qüvvəsi və texnikası sıradan çıxarılıb. Şəhidimizin qisası alınıb.
IMG_7156.MP446.40 MB
❤ 133🙏 36👍 2👏 1
Photo unavailableShow in Telegram
#SONDƏQİQƏ
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski saxlanılıb
Bildirilib ki, Şıxlinski Yekaterinburqa aparılıb.
Nəşrin yazdığına görə, Şıxlinski hazırda istintaq prosesində iştirak edir.
🤬 74❤ 7👎 5👍 3🤣 2
🇺🇸❗️ABŞ prezidenti Donald Tramp “Medvedevin təxribat xarakterli bəyanatları” ilə əlaqədar iki nüvə sualtı qayığının “müvafiq bölgələrə” yerləşdirilməsinə göstəriş verdiyini bildirib.
“Rusiyanın keçmiş prezidenti, hazırda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedevin son dərəcə təxribat xarakterli bəyanatları fonunda, bu ehtiyatsız və qızışdırıcı bəyanatların sadəcə sözlərdən ibarət olduğu sübut olunarsa, mən iki nüvə sualtı qayığının müvafiq bölgələrə yerləşdirilməsini əmr etdim”, – Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb.
👍 54❤ 13👎 2
‼️🇺🇦🇬🇧Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Keir Starmerlə telefon danışığı aparıb.
Tərəflər Ukraynanın hava müdafiə imkanlarının gücləndirilməsi, xüsusilə dron-interseptorların istehsalının genişləndirilməsi və bu proqramların maliyyələşdirilməsi yollarını müzakirə ediblər.
❤ 31👍 13👎 1
Rusiya Müdafiə Nazirliyi ilk seriyalı "Oreşnik"ləri silahlanmaya qəbul edib
👎 55👍 12🤮 4❤ 2
KİV: Rusiya İranı ABŞ və İsrail tərəfindən mümkün gözlənilməz hərbi hücumlara hazır olmağa çağırıb.
🤮 48👍 12👎 4❤ 3🤣 3
Photo unavailableShow in Telegram
🇺🇦🇷🇺Ukrayna ordusu pilotsuz uçuş aparatları vasitəsilə Rusiyanın Penza vilayətindəki radioelektron cihazlar zavoduna zərbələr endirib.
Ərazidə 11 partlayış səsi eşidilib, bunun ardınca isə yanğın başlayıb.
👍 111❤ 25🤣 6
00:46
Video unavailableShow in Telegram
🗣 Məsud Pezeşkian: "Azərbaycan bizə doğmadır"
Bu gün İran Prezidenti Məsud Pezeşkian Zəncan əyalətinə səfəri zamanı Azərbaycanla münasibətlərə dair açıqlama verib.
O, bu yaxınlarda Bakıya səfəri ilə bağlı tənqidlərə sərt reaksiya göstərib.
"Azərbaycan bizə doğmadır! Necə olur ki, mən ora gedib heç bir razılaşma əldə edə bilməyim? Biz əlaqə qura bilmirik, amma İsrail bunu bacarır? Bacı-qardaşlarımızla düzgün və mehriban münasibət qura bilməməyimizdə problemin harada olduğunu görməliyik", - deyə, M.Pezeşkian bildirib.
IMG_2353.MP43.89 MB
👏 146❤ 29🤮 4👍 1😎 1
