Operativ Media
Ir al canal en Telegram
Bizdən xəbər al! Reklam və sponsorluq üçün əlaqə: @operativadmin Bizə xəbər ver: info@operativmedia.az
Mostrar más2025 año en números

61 487
Suscriptores
Sin datos24 horas
-3847 días
+9030 días
Archivo de publicaciones
Dekabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib.
⚡️Ermənistan XİN: "Tramp Yolu"nun tikintisinə gələn il başlanılacaq
Prezidentin Sərəncamı ilə Azərbaycan idmançıları və idman mütəxəssisləri təltif edilib
⚡️Azərbaycanda rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib
⚡️Lökbatan-Çeyildağ-Lökbatan istiqamətində hərəkət edən 122 saylı marşrut avtobusu Sahil qəsəbəsi ərazisində qəzaya uğrayıb.
TƏBİB-in məlumatına görə, 2 nəfər (bir kişi və bir qadın) ölüb, 9 nəfər xəsarət alıb.
Bu gündən etibarən yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır.
⚡️AYNA: Artıq "BakuBus" MMC-yə məxsus bütün avtobus marşrutlarında NFC sistemi ilə ödəniş etmək mümkündür
00:27
Video unavailableShow in Telegram
Bu gün AZAL-ın “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından bir il ötür
● Qəza zamanı təyyarədə 5 ekipaj üzvü, 62 sərnişin olub.
● Sərnişinlərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
● İqor Kşnyakin – kapitan (pilot), Aleksandr Kalyaninov – ikinci pilot və Hökümə Əliyeva – baş stüardessa faciəvi qəzada böyük şücaət göstərərək həlak olublar.
● Hər üçü ölümündən sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Milli Qəhrəman adı ilə təltif olunublar.
● Təyyarənin sağ qalan digər ekipaj üzvləri Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.
● İlkin araşdırma nəticələrinə əsasən, təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” HHM sistemi tərəfindən hücuma məruz qalıb.
36.67 MB
Photo unavailableShow in Telegram
Prezident İlham Əliyev AZAL faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Repost from Şəbəkə
Photo unavailableShow in Telegram
📸 Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Prezident İlham Əliyevin doğum günündən ailə fotosu paylaşıb.
Moldova Prezidenti Maya Sandu İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Müdafiə naziri Zakir Həsənov Türkiyədən rəsmi səfərdən qayıdan 9H-DFJ bort nömrəli “Falkon 50” tipli təyyarənin qəzaya uğraması nəticəsində Liviya Dövləti Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Məhəmməd Əli Əhməd Əl Haddadın və digər heyətin həlak olması ilə bağlı Liviya tərəfinə başsağlığı verib.
00:21
Video unavailableShow in Telegram
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
● Ərazisi 13 hektardan çox olan kompleksdə 11 məhəllə var. Burada 60 bina inşa edilib.
● Kompleksdə 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü dördotaqlı olmaqla ümumilikdə 1268 mənzil var.
● Dekabrda buraya 104 ailənin (426 nəfər) köçürülməsi nəzərdə tutulur. 2026-cı ilin yanvar-fevral aylarında isə daha 1164 ailə (4772 nəfər) köçürüləcək.
35.99 MB
İsrail Prezidenti İlham Əliyevə doğum günü münasibətilə zəng edib.
⚡️⚡️Ərdoğan İlham Əliyevə zəng edərək doğum günü münasibətilə təbrik edib
Tokayev İlham Əliyevə zəng edərək ad günü münasibətilə təbrik edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevə zəng edərək ad günü münasibətilə təbrik edib
Serbiya Prezidenti Aleksandar Vuçiç İlham Əliyevə zəng edərək ad günü münasibətilə təbrik edib
Bayramla əlaqədar iş və qeyri-iş günlərinin yeri dəyişdirilməyib.
● 31 dekabr - 1 yanvar, 2 yanvar bayramla əlaqədar qeyri-iş günləri olacaq.
● 3-4 yanvar isə şənbə və bazar günləridir.
● Yeni ilin ilk iş günü 5 yanvarda başlayacaq.
