AZERBAIJAN 7/24
Ir al canal en Telegram
2025 año en números

7 832
Suscriptores
-724 horas
-437 días
-16530 días
Archivo de publicaciones
Photo unavailableShow in Telegram
Kinon-da sənə maksimum rahatlıq gətirəcək yenilik — AI funksiyaları artıq buradadır! ✨
Bu, ölkə OTT bazarında ilk dəfə təqdim olunan innovativ texnologiyadır! 🚀
İndi məzmun seçmək daha rahat, daha ağıllı və daha sürətlidir! 🥳
Yeni “AI axtarış” funksiyası ilə axtardığın məzmunu saniyələr içində tap. Üstəlik, izləmə tarixçənə uyğun süni intellekt əsaslı film, serial və veriliş tövsiyələri əldə et! 🎬😍
AI sənin zövqünə uyğun məzmunlar tapsın, sənə isə sadəcə izləmək və zövq almaq qalsın. 📱✅
➡Elə indi Kinon tətbiqini yüklə və yeniliyi sına: https://bit.ly/kinon-app
❗️Qeyd: AI axtarışı yalnız istifadəçinin sorğusu müəyyən tələblərə cavab verdiyi halda işləyir. Sorğu aşağıdakı tələblərə cavab verməlidir:
🔍minimum 3 söz
🔍minimum 12 simvol
Nümunələr: “Quldurlar haqqında filmlər”, “Şahzadə haqqında hekayə”.
Repost from TgId: 1410474933
Photo unavailableShow in Telegram
AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markası buraxılıb
➡️ report.az/2798389
👍 1
❗️🇺🇸ABŞ-ın Texas ştatında Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.
Qəzada 5 nəfər həlak olub.
IMG_8189.MP411.81 MB
IMG_8191.MP41.40 MB
İki beynəlxalq reys Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib
"Finnair" aviaşirkətinə məxsus, Helsinki – Puket marşrutu üzrə uçuş həyata keçirən hava gəmisinin kapitanı, göyərtədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəbilə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.
Airbus A350 tipli hava gəmisi Bakı aeroportuna yerli vaxtla saat 00:54-də uğurla eniş edib. Dərhal sonra sərnişinə operativ şəkildə ilkin tibbi yardım göstərilib və o, şəhər klinikalarından birinə yerləşdirilib.
Hava gəmisi saat 02:59-da uçuşunu təyinat məntəqəsinə davam etdirib.
Bununla yanaşı, "Cargolux Airlines" aviaşirkətinə məxsus, Çjençjou – Aşqabad marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı, təyinat aeroportunda mövcud olan əlverişsiz meteoroloji şərait səbəbilə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.
Boeing 747 tipli hava gəmisi Bakı aeroportuna yerli vaxtla saat 08:32-də təhlükəsiz şəkildə eniş edib.
❤ 1
Photo unavailableShow in Telegram
🇺🇸ABŞ ölkəni könüllü tərk edən qanunsuz miqrantlara 3000 dollar ödəyəcək
❤ 1
Photo unavailableShow in Telegram
❌SON DƏQİQƏ! Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
Hadisə Novxanı-Pirşağı yolunda qeydə alınıb. İlkin məlumata görə, A.Rzayevanın idarə etdiyi "Nissan" markalı avtomobil digər nəqliyyat vasitəsilə toqquşub. Nəticədə hakim hadisə yerində ölüb(Report).
😭 5👍 1
00:07
Video unavailableShow in Telegram
MDB liderlərinin görüşündə Lukaşenkonun bığlarını daradığı görüntülər gündəm oldu
WhatsApp Video 2025-12-22 at 15.35.44.mp43.94 KB
❤ 3😁 2💔 2
Repost from TgId: 1649327267
Azərbaycan Prezidenti İlham Əliyev iş qrafikinin sıxlığı səbəbindən MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak etmədi.
Xatırladaq ki, ötən il Azərbaycan Prezidenti məhz Sankt-Peterburqda keçirilən analoji tədbirə gedərkən Bakı-Qroznı marşrutu üzrə uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus mülki təyyarə Rusiya səmasında qəzaya uğramaşdı. Prezident təyyarəsini havada ikən geri çevirərək Bakıya qayıtmağı qərara almış və elə Bakı hava limanındaca təcili toplantı keçirmişdi.
Təyyarə qəzası sonrası Rusiya tərəfinin davranışı ötən bir ildə Bakı-Moskva münasibətlərində gərginliyə səbəb oldu. Dönüş nöqtəsi bu il oktyabrın 9-da Düşənbədə keçirilən MDB sammitində Azərbaycan və Rusiya prezidentlərinin görüşü zamanı baş verdi. Rusiya Prezidenti Vladimir Putin üzr istədi və AZAL mülki təyyarəsinin Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin əməliyyatı səbəbindən qəzaya uğradığını etiraf etdi. O, bunu özünəməxsus şəkildə etdi, amma əsas məqam "belə vəziyyətlərdə nə tələb olunursa, onu edəcəyinə" söz verməsi idi.
Əlbəttə ki, belə vəziyyətlərdə etiraf etmək, üzr istəmək, təzminat ödəmək və günahkarları cəzalandırmaq tələb olunur!
Lakin Rusiya tərəfi tələb olunanları etmək əvəzinə, yarımçıq açıqlamalar və hərəkətsizliyi tərcih etdi.
Oktyabrın əvvəlindən təxminən iki ay yarım keçib!!!
Faciənin ildönümü artıq yaxınlaşır və bu zamanadək qəzanın səbəblərini araşdıran komissiya öz işini başa çatdırmalı idi. Lakin Qazaxıstan tərəfinin açıqlamalarından da göründüyü kimi, proses hələ də davam edir və Rusiya tərəfi hələ də işin öz üzərinə düşən hissəsini başa çatdırmayıb.
Bu müddət ərzində hər kəsə aydın oldu ki, Azərbaycanın mövqeyi tamamilə haqlıdır və yeganə düzgün mövqedir.
Lakin, bu iki ay yarım ərzində, Prezident Putinin vədlərinə baxmayaraq, Rusiya "belə vəziyyətlərdə tələb olunanı etmək" istiqamətində heç bir addım da atmayıb. İstintaq tədbirləri yarımçıq qalıb, kompensasiya ödənilməyib və məsul şəxslər cəzalandırılmayıb.
Elə isə bu şəraitdə Azərbaycan Prezidenti MDB dövlət başçılarının qeyri-rəsmi sammitində necə iştirak edə bilərdi?!
Rusiya həqiqətənmi düşünürdü ki, Azərbaycan rəhbərliyi təyyarə ilə bağlı qərar olmadan Rusiyaya uçacaq?! Məhz Rusiyaya... çünki Azərbaycanın MDB sammitinin özü ilə heç bir problemi yoxdur. Bu, Düşənbədə nümayiş etdirildi!
Azərbaycan Mərkəzi Asiya ilə münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldırıb. Bu region MDB-nin üçdə ikisini təmsil edir. Ermənistanla ikitərəfli münasibətlər irəliləyir, Belarusla da ikitərəfli münasibətlər yaxşıdır.
Deməli, yalnız Rusiya qalır... və səbəb hamıya aydındır!
Beləliklə, Azərbaycan Prezidenti bir daha AZAL təyyarə qəzası ilə bağlı ardıcıllığını və prinsipiallığını nümayiş etdirir. Azərbaycan danışıqlarda konstruktivlik nümayiş etdirir və Rusiyadan yarımçıq deyil, bütöv addımlar gözləyir.
Bəs sonra nə olacaq?
Kremlin vəd etdiyi tədbirlərin olmaması səbəbindən Azərbaycan-Rusiya münasibətləri ili həll olunmamış təyyarə böhranı fonunda başa vurur. Rusiya tərəfinin nə etmək niyyətində olduğunu müəyyənləşdirmək üçün hökumətlərarası komissiyanın, xüsusən də onun rusiyalı üzvlərinin öz işlərini başa çatdırmalarını gözləməliyik.
Azərbaycanın mövqeyi olduqca aydındır və Azərbaycan Prezidenti tərəfindən bəyan edilib: Prezident Putin tərəfindən təsdiqlənmiş Azərbaycanın ədalətli tələbləri yerinə yetirilərsə, Bakı təyyarə qəzası məsələsini bağlamağa, əks halda isə beynəlxalq alətlərdən istifadə edərək öz mövqeyinin müdafiəsinə davam etməyə hazırdır.
@cssc_cqtm
❤🔥 3
❗️Bakıda yanğın baş verib
Hadisə Paytaxtın Nizami rayonunda Məlhəm Hospitalda qeydə alınıb.
00:07
Video unavailableShow in Telegram
Paşinyan Rusiyaya səfər edib
Ermənistan Baş naziri MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcək
2.56 MB
❤ 1
00:37
Video unavailableShow in Telegram
Bakıda sürücü avtomobili yolun ortasında “protiv” saxlayıb, "küsüb" getdi
3.24 MB
🤣 4
Photo unavailableShow in Telegram
İlham Əliyevin dekabrın 21-22-də Sankt-Peterburqda keçiriləcək MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirakı gözlənilir.
Bizim.Media xəbər verir ki, bu haqda Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov “RİA Novosti”yə bildirib.
O vurğulayıb ki, Azərbaycan liderinin Rusiyaya səfərinə hazırlıq gedir.
👍 6
Photo unavailableShow in Telegram
🇺🇦🇷🇺 Rusiya Odessaya zərbə endirib, 8 nəfər ölüb, 27 yaralı var
🤬 1
Amnistiya ilə cəzası 6 ay azaldılacaq məhkumların sayı 3 minə yaxındır
Son dəqiqə: karantin rejiminin müddəti uzadıldı‼️
Azərbaycanda xüsusi karantin rejiminin müddəti növbəti dəfə uzadılıb. Nazirlər Kabinetinin qərarına əsasən, mövcud karantin rejimi 2026-cı il aprelin 1-i saat 06:00-dək qüvvədə olacaq.
Qərara əsasən, hazırda tətbiq edilən sanitariya-epidemioloji tədbirlər və mövcud məhdudiyyətlər göstərilən tarixədək saxlanılır.
😁 7❤ 4👍 1
Repost from TgId: 1133274110
Photo unavailableShow in Telegram
Meyxanaçı Ağakərim vəfat etdi
Bu barədə onun yaxınları məlumat verib.
Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.
👍 5
Photo unavailableShow in Telegram
Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir
“Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hissəsi ilə burada tanış oldum”.
Bu sözləri Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində son söz nitqi zamanı təqsirəndirilən şəxs Arayik Harutyunyan deyib.
“Mən çox məlumatlı adamam. Amma, Kəlbəcərdəki Tunel hadisəsini burada bildim. Məsələn, Bəylik bağı hadisəsini burada bilmişəm. Əlbəttə, bunlar hərbi cinayətlərdir və öz günahkarları var. Əgər günahkarlar bu dünyada cəzalanmayıblarsa, o biri dünyada öz əməllərinə görə cəzalanacaqlar”, - deyə o bildirib.
👍 3
🇦🇿🇦🇲 Azərbaycandan yola salınan neft məhsullarının ilk partiyası Ermənistana çatıb
👍 3
Azərbaycanda 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdə hesab açmasının qadağan edilməsi təklif olunur
🙏 6👍 4
