Şəbəkə
رفتن به کانال در Telegram
2025 سال در اعداد

14 853
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-197 روز
-11930 روز
آرشیو پست ها
Repost from İqtisadiyyat.az
❗️Yeni il bayramı münasibətilə 31 dekabr - 4 yanvar tarixləri daxil olmaqla, 5 gün ardıcıl qeyri-iş günü olacaq
👍 15❤ 4👎 3😁 1
Photo unavailableShow in Telegram
⚡❗“Fənərbaxça” prezidenti Sadettin Saranın narkotik testi pozitiv çıxıb.
Qeyd edək ki, "narkotik maddələr təmin etmək" və "narkotik maddələrin istifadəsinə kömək etmək" ittihamları ilə üzləşən Saran Prokurorluqda ifadə verdikdən sonra sərbəst buraxılmışdı.
😁 20🤔 5😢 4😡 2
📺 Səhər xəbərləri:
✈️ Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub. Liviyada 3 günlük matəm elan olunub.
🇺🇸 ABŞ-nin xüsusi təyinatlı bölmələri Venesuelaya yaxın ərazilərə yerləşdirilir.
🤝 Suriya qoşunları Hələbdə üsyançılarla atəşkəsə nail olublar.
💣 Moskvada generalın qətlindən sonra yenidən partlayış olub. İki polis əməkdaşı ölüb.
⛔️ Rusiyada "WhatsApp" tam bloklana bilər.
👏 12👎 6❤ 1
🚌 Bu gün Xocavənd rayonunun Sos və Cəbrayıl rayonunun Horovlu kəndlərinə növbəti köç karvanı yola salınıb.
Bu mərhələdə Sos kəndinə 24 ailə - 99 nəfər, Horovluya isə 19 ailə - 70 nəfər köçürülüb.
👍 10❤ 2
Photo unavailableShow in Telegram
⚡️ 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində Bəylər Eyyubovun qardaşı oğlu, tanınmış iş adamı Ruslan Eyyubov saxlanılıb.
Bu dəqiqələrdə məhkəmə qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
😁 40❤ 6👍 6🤔 4
🚊 1990-cı illərdən bəri ilk dəfə olaraq Rusiyanın Volqoqrad vilayətindəki Qmelinskaya stansiyasından Azərbaycan vasitəsilə Ermənistana taxıl vaqonları göndərilib.
8 taxıl vaqonundan ibarət ilk partiya İrəvan stansiyasına çatdırılacaq.
Qeyd olunub ki, bu ilin sonuna qədər bu marşrutla 30 taxıl vaqonunun - iki min tondan çox taxılın göndərilməsi planlaşdırılır.
👍 14👎 4🤔 4
⚡🇷🇺 Rusiya məhkəməsi Şahin Şıxlinski, Səfərovlar və digərlərinin həbs müddətini daha 5 ay uzadıb.
👎 23👍 5❤ 2
Repost from İqtisadiyyat.az
⚡Bundan sonra müəllimlərin işə qəbulu (MİQ) üzrə keçirilən imtahan ödənişli olacaq.
👎 33👍 3❤ 1😁 1
⚡ Yevlax və Şamaxı şəhərlərinin baş planı hazırlanacaq.
🗞️ Bu barədə İqtisadiyyat.az Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat əldə edib.
✍️ Məlumata görə, Dövlət Komitəsi bununla bağlı “Integris" şirkəti ilə müqavilə bağlayıb.
💰 Müqaviləyə əsasən, Yevlax şəhərinin baş planı 878.280 manat, Şamaxı şəhərinin baş planı isə 785.420 manata hazırlanacaq.
👍 7❤ 1
Photo unavailableShow in Telegram
⚡️ Azercell ölkə bazarında daha bir ilkə imza atıb.
📍 Şirkət yüksək keyfiyyətli məzmun izləmə mühiti yaradaraq Kinon tətbiqini süni intellekt əsaslı həllərlə təchiz edib.
📽️ Azərbaycanda ilk dəfə tətbiq olunan bu sistem istifadəçilərə filmləri, serialları və müxtəlif proqramları gündəlik danışıq dilində verilən sorğular vasitəsilə tapmağa imkan yaradır.
📍 “Axşam üçün nəsə gülməli”, “istirahət üçün serial”, “gözəl mənzərələr olan film” kimi ifadələr süni intellekt tərəfindən tam şəkildə başa düşülür və sistem istifadəçi davranışlarını analiz edərək fərdiləşdirilmiş nəticələr təqdim edir.
📍 Üstəlik, izləmə tarixçəsinə uyğun süni intellekt əsaslı film, serial və veriliş tövsiyələri də əldə etmək mümkündür.
➡ Elə indi Kinon tətbiqini yükləyib yeniliyi sınaqdan keçirə bilərsiniz: https://bit.ly/kinon-app
👎 34👍 2❤ 1
00:41
Video unavailableShow in Telegram
⚡🚨 Məşhur "Call of Duty" və "Battlefield 6" video oyunlarının yaradıcısı 55 yaşlı Vins Zampella avtomobil qəzasında həyatını itirib.
Hadisə anbaan kameraya düşüb.
V.Zampellanın idarə etdiyi Ferrari tuneldən çıxarkən, lakin idarəetmənin itirilməsi nəticəsində yol kənarındakı maneəyə çırpılıb.
Hadisə nəticəsində V.Zampella ölüb, yanındakı sərnişin ağır yaralansa da, sonradan o da həyatını itirib.
video_2025-12-23_07-26-42.mp48.62 MB
😢 29❤ 2😁 2🤔 2
Photo unavailableShow in Telegram
⚡️🇷🇺 Rusiya Venesueladakı səfirlik əməkdaşlarının ailə üzvlərinin təxliyəsinə başlayıb, — “The Associated Press”
«Uşaqlar və qadınlar cümə günü Karakasdan çıxarılıb” deyə məqalədə qeyd olunur.
😢 14😁 10❤ 1
00:35
Video unavailableShow in Telegram
🔥 Ukrayna SQ pua-larla Stavropolda neft-kimya zavodu “Stavrolen”ə zərbələr endirib.
IMG_9338.MP46.67 MB
👍 56😡 2
📍 Bu günün havası
☀️ Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur 7-10 dərəcə isti olacaq.
☀️ Rayonlarda da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur 7-12 dərəcə isti olacaq.
😡 3👍 2❤ 1
📺 Axşam xəbərləri:
🇺🇸 ABŞ ölkəni könüllü tərk edən qanunsuz miqrantlara 3000 dollar ödəyəcək.
🔥 Ukrayna PUA-ları pilotsuz Rusiyanın Krasnodar vilyətində yerləşən Qara dəniz hövzəsinin ən iri neft-qaz terminalına zərbə endirib.
💥 Hələbdə Suriya ordusu və üsyançılar arasında toqquşmalar davam edir.
🇹🇷 İŞİD-in liderlərindən olan Mehmet Gören saxlanılaraq Türkiyəyə gətirilib.
🚀 Çin Monqolustanla sərhəddə 100-dən çox nüvə raketi yerləşdirib - “Reuters”
✈️ Türk Hava Yolları gələn ildən İstanbuldan İrəvana müntəzəm uçuşlara başlayacaq.
🚨 Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol qəzasında həyatını itirib.
⚠️ Sabah təmir işləri ilə əlaqədar Xətai rayonunun M.Hadi, R.Məmmədov, Cavanşir, X.Məmmədov küçələrinin, Suraxanı rayonunun Hövsan və Yeni Suraxanı qəsəbələrinin, Mərkəzi və S.Əliyev küçələrinin, Binəqədi rayonunun DSK yolunun, Binəqədi və Biləcəri qəsəbələrinin bəzi küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
⚽️ "Sabah" Premyer Liqada 2025/2026 mövsümünün "qış çempionu" olub.
👍 12❤ 7
Photo unavailableShow in Telegram
⚽️🇦🇿 Futbol üzrə Azərbaycan milli komandası FİFA-nın son reytinqində 1132,97 xalla 126-cı yerdə qərarlaşıb.
📊 Region ölkələrinin siyahıdakı mövqeyi isə aşağıdakı kimidir:
🇮🇷 İran – 20-ci yer
🇹🇷 Türkiyə – 25-ci yer
🇺🇦 Ukrayna – 28-ci yer
Rusiya – 33
🇺🇿 Özbəkistan – 49
🇬🇪 Gürcüstan – 73
🇧🇾 Belarus – 98
🇹🇯 Tacikistan - 99
🇰🇬 Qırğızıstan – 104
🇦🇲 Ermənistan – 106
🇰🇿 Qazaxıstan – 114
🇦🇿 Azərbaycan – 126-cı yer
🇹🇲 Türkmənistan – 137
😁 10😢 7❤ 3
⚡ 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
✍️ Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
❤ 11👍 7😁 4👏 1
⚡🇦🇿 Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edilib.
😁 33❤ 3👍 1
🚌 Xocalının Badara, Daşbulaq, Ağdərənin Vəngli və Kolatağ kəndlərinə növbəti köç karvanı yola salınıb.
Bu mərhələdə Daşbulağa 4 ailə - 11 nəfər, Badaraya 15 ailə - 66 nəfər, Vəngliyə 6 ailə - 14 nəfər, Kolatağa isə 7 ailə - 31 nəfər köçürülür.
❤ 10👍 5👏 1
01:29
Video unavailableShow in Telegram
🔥 Ukrayna hərbi kəşfiyyatı Lipetsk yaxınlığındakı aviabazaya sızaraq iki rus qırıcısını (Su-30 və Su-27) yandırıb.
Diversiya əməliyyatı anbaan çəkilib.
video5350677223793791447.mp47.27 MB
❤ 72🔥 3👎 1😢 1😡 1
