fa
Feedback
Şəbəkə

Şəbəkə

رفتن به کانال در Telegram

📳 Reklam təklifləri qəbul olunur. Əlaqə: @bot_shebeke

نمایش بیشتر
2025 سال در اعدادsnowflakes fon
card fon
14 856
مشترکین
-224 ساعت
-77 روز
-11630 روز
آرشیو پست ها
Photo unavailableShow in Telegram
🇺🇿🗣️ Özbəkistan prezidenti Şavkat Mirziyoyev: "Bu gün Mərkəzi Asiya real birliyə doğru irəliləyir". ❗️ Özbəkistanın başçısı vurğulayıb ki, uzun illərdən sonra ilk dəfə olaraq Orta Asiyada etimad, mehriban qonşuluq və qarşılıqlı hörmət mühiti yaranır və bu, birgə tərəqqinin bünövrəsinə çevrilir. 📍 Sitat: “Mərkəzi Asiya vahid imkanlar məkanına çevrilməlidir. Burada qərarlar sənədləşmə xatirinə deyil, regionda davamlı inkişafı təmin etmək və insanların gündəlik həyatını yaxşılaşdırmaq üçün qəbul edilir", - deyə Mirziyoyev vurğulayıb.
نمایش همه...
👍 22 7😁 1🙏 1
01:19
Video unavailableShow in Telegram
⚡ "Telegram"da azyaşlılara aid pornoqrafik videoları satan şəxslər saxlanılıb.
نمایش همه...
video5237867171870182225.mp48.85 MB
👏 36 1
00:29
Video unavailableShow in Telegram
⚡ Bir neçə gün əvvəl rusiyalı hərbçilərin dumanlı hava şəraitindən istifadə edərək Pokrovska daxil olduqlarını əks etdirən video paylaşılmışdı. 🇷🇺 Rus təbliğatçısı və Z-bloger Arutyunov (Razvedos) paylaşım edərək bildirib ki, videonun yayılmasının nəticəsi olaraq həmin istiqamətdə hərəkət edən hərbçilər (200 nəfər) öldürülüb və hərbi texnikalar sıradan çıxarılıb. ❗ Bloger bu hadisəyə görə videonu paylaşanları qınayıb.
نمایش همه...
234432.MP42.52 MB
🔥 38😁 12
⚡ Azərbaycanda icra başçılarının maaşları açıqlanıb. ✍️ Bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, icra başçılarının maaşları inzibati-ərazi vahidləri üzrə belədir: 📍 Bakı şəhər icra başçısı – 7650 manat, 📍 Gəncə, Sumqayıt şəhərlərinin icra başçıları – 5625 manat, 📍 Əhalisi 100 mindən çox olan rayonlar – 4587,5 manat, 📍 Əhalisi 50-100 min arası olan rayonlar – 4225 manat, 📍 Əhalisi 50 minə kimi olan rayonlar – 3837,5 manat. 🗣️ N.Cəfərli qeyd edib ki, bu məbləğdən 14% gəlir vergisi, 3% DSMF, 2% tibbi sığorta, 0,5% işsizlik sığortası və s. çıxılır. (c) İqtisadiyyat.az
نمایش همه...
😁 32👎 12🔥 2 1🤔 1
00:15
Video unavailableShow in Telegram
🔥 Ukrayna hərbçiləri Mi-8 helikopterindən bort pulemyotu ilə "Shahed" dronunu vuraraq zərərsizləşdirir.
نمایش همه...
мииии.MP410.59 MB
🔥 27 6👍 5👏 1
Repost from TgId: 1206611670
Photo unavailableShow in Telegram
⚽️ Neftçinin baş məşqçisi Samir Abbasov sonuncu oyunda hakimi təhqir etdiyi üçün klub 10000 manat cərimə olunub, məşqçinin özünə isə 4 oyunluq cəza verilib.
نمایش همه...
13👍 10👎 6😁 2
00:22
Video unavailableShow in Telegram
⚡ Masallının Kolatan bələdiyyəsində ciddi qanun pozuntuları və sui-istifadə halları ilə bağlı iddialar var. Kənd sakinləri bildiriblər ki, bələdiyyə sədri Rauf Cəbiyev kənddə özbaşınalıq edir. Sakinlər R.Cəbiyevin onlarla aşağılayıcı tonda mübahisə etdiyinə dair videonu Sitat.info-ya göndəriblər.
نمایش همه...
AQPXLlZnByCmgok3n3q47403DX8jMXY9iO4UToBtPhyAYMxAOxr5kf_dHR1dx_13WSyo.mp45.28 MB
😡 37🤔 2 1😁 1
Photo unavailableShow in Telegram
⚡ Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində fəaliyyət göstərən "Aqat" şadlıq evində plandankənar yoxlama keçirilib. Şadlıq sarayında qonaqlara dana əti adı ilə təqdim olunan ətin müvafiq baytarlıq sənədi ilə təmin edilən camış əti olduğu, menyuda bununla bağlı hər hansı bir məlumat verilmədiyi müəyyən edilib. Camış əti qida təhlükəsizliyi riski yaratmasa da, bu hal istehlakçıların aldadılaraq hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. Obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub.
نمایش همه...
😁 17 1👍 1
📺 Günorta xəbərləri: ✈️ Türkiyənin qəzaya uğrayan təyyarəsində həlak olan hərbçilərin hamısının nəşi tapılıb. 💣 İsrail Livanda "Hizbullah"ın silah anbarına zərbələr endirib 🇦🇿 Moldovaya girişinə icazə verilməyən 40-dan çox azərbaycanlı tələbə ölkəyə qaytarılacaq. 🚨 Fazil Mustafaya sui-qəsd edən şəxsin oğluna 10 il həbs cəzası verilib. 🚨 Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşının məhkəməsi başlayıb. 🚑 Bakının Bakıxanov qəsəbəsindəki "La Villa" restoranının mətbəxində partlayış olub. Hadisə noyabrın 7-si baş verib. Hadisə nəticəsində Məlahət Cəfərova xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. 📍 Gələn il Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. 📍 Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib. 🚌 Ağdərənin Vəngli, Xocalının Badara və Daşbulaq kəndlərinə növbəti köç karvanları yola salınıb.
نمایش همه...
11
📺 Səhər xəbərləri: 🇪🇺 G7 ölkələri Kiyevi dəstəkləmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadəni müzakirə edir. 💰 Almaniya hökuməti 2026-cı ildə Ukraynaya maliyyə yardımını 3 milyard avro artırmaq niyyətindədir. ⚠️ Brüssel hava limanı dronlar səbəbilə yenidən bağlanıb. 🇹🇷 Türkiyənin Balıkesir bölgəsində 4,7 maqnitudalı zəlzələ olub. 📍 Bu ilin yanvar-oktyabr ayları ərzində 78 stomatoloji klinikada yoxlama keçirilib. Nəticədə, onlardan 72-də müxtəlif nöqsanlar aşkar edilib. ⚠️ Bu gün təmir-quraşdırma işləri ilə əlaqədar Bakının Xəzər və Suraxanı rayonlarının qaz təchizatında fasilə yaranacaq. 🚖 Dövlət İmtahan Mərkəzi bu gün taksi sürücüləri üçün imtahan keçirəcək. İmtahana 1679 nəfər qeydiyatdan keçib. 🏆 “Avro-2028” futbol çempionatının açılış matçı Uelsin paytaxtı Kardiffdə baş tutacaq. 🇦🇿 Bu gün DÇ-2026-ın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Bakıda İslandiya ilə üz-üzə gələcək. Oyun saat 21:00-da başlayacaq.
نمایش همه...
11👍 2
00:18
Video unavailableShow in Telegram
🚨 Bakıda baş verən yol qəzasının görüntüləri paylaşılıb.
نمایش همه...
IMG_0207.MP41.47 MB
15🙏 3
Photo unavailableShow in Telegram
🇺🇿 Özbəkistanın birinci xanımı və "Zamin" Beynəlxalq İctimai Fondunun Himayəçilər Şurasının sədri Ziroat Mirziyoyeva Beynəlxalq platforma olan OncoDaily-nin son reytinq siyahısında yer alıb. 📜 Belə ki, siyahı "Onkologiya sahəsində ən nüfuzlu 100 qadın"ı əhatə edir. 📍 Onun siyahıya daxil edilməsi uşaqlıq xərçənginin erkən aşkarlanması və müalicəsi sahəsində təşəbbüslərin təşviqi, uşaq onkologiyasında beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və ağır xəstəlikləri olan uşaqların sağ qalma səviyyəsinin artırılması üçün qlobal hərəkatı dəstəkləməsi ilə bağlıdır. 📍 Qeyd edək ki, Ziroat Mirziyoyeva bu ilin sentyabrında BMT Baş Assambleyasında "Xərçəng və digər təhlükəli xəstəlikləri olan uşaqlarda sağ qalma səviyyəsinin artırılması və əzabların azaldılması üçün qlobal hərəkat" forumunun təşəbbüskarı və həmsədri olub.
نمایش همه...
19👍 16
Repost from Operativ Media
⚡⚡Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
نمایش همه...
8👍 8
⚡ Günün ortasından xəbərlər: ✍️ Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. Digər sərəncamla Ceyhun Cəlilov həmin vəzifəyə təyin olunub. ✍️ Elxan İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Elşən Həsənli Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib ✈️ Türkiyənin qəzaya uğrayan təyyarəsində həlak olan hərbçilərdən 18-nin nəşi tapılıb. ✅ İsrail Qəzzaya humanitar yardımın çatdırılması üçün nəzarət-buraxılış məntəqəsini açıb. 🗣️ Paşinyan: "Ermənistan Rusiya taxılından imtina etmək niyyətində deyil" 🇷🇺 Rusiya XİN: "Ukrayna ilə danışıqları İstanbulda bərpa etməyə hazırıq" 🚌 "Şamaxinka"dan Biləcəriyə qədər avtobuslar üçün xüsusi hərəkət zolağı təşkil edilib. 📽 Gələn il kino sahəsinə büdcədən vəsait ayrılmayacaq. ⚽ FIFA referisi Əliyar Ağayev DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya – Farer adaları matçının baş hakimi olacaq. ☀️ Sabahın havası: Bakıda, Abşeronda və bölgələrdə 16-21 dərəcə isti gözlənilir.
نمایش همه...
14👍 1
🇹🇷 Türkiyə hərbi təyyarəsinin qəzası ilə bağlı ilkin versiyalar açıqlanıb: “AnewZ”in məlumatına görə, “C130” təyyarəsi uçuşdan əvvəl Gəncə Hava Limanında texniki yoxlamadan keçib. Göyərtədə partlayıcı maddə və ya sabotaj izinə rast gəlinməyib. Araşdırmaya əsasən, qəza ya təyyarənin köhnə olması, ya da yüklərin balanssız yerləşdirilməsi səbəbindən baş verə bilər. Qara qutu tapılıb və onun deşifrə prosesi Türkiyədə aparılacaq.
نمایش همه...
👍 23😢 5 1😁 1
Photo unavailableShow in Telegram
⚡️ RƏSMİ 🇹🇷 Türkiyə MN: Qəzaya uğrayan Türkiyə hərbi karqo təyyarəsində 20 nəfərdən ibarət heyət olub.
نمایش همه...
😢 75👎 2🤔 1
⚡❗ Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib. "Hörmətli cənab Prezident. Əziz Qardaşım. Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı. Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!"
نمایش همه...
😢 33🙏 11👍 3 2
✈️ Qəzanın ilk təfərrüatları 📍 Dörd mühərrikli C-130 Hercules təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsusdur. İlkin məlumata görə, təyyarə Gəncə Hava limanından uçuşa başlayıb. Qəza baş verən zaman təyyarə təxminən 8 km yüksəklikdə uçurdu. Təyyarənin axtarışları həyata keçirilir.
نمایش همه...
🙏 5 4🤔 4
00:28
Video unavailableShow in Telegram
⚡️ Gürcüstan-Azərbaycan sərhədində helikopter yerə çırpılıb. Onun Türkiyəyə məxsus hərbi helikopter olduğu deyilir. Detallar məlum deyil.
نمایش همه...
video5233445232456009481.mp41.92 MB
🙏 20😢 17 1
📺 Günün ortasından xəbərlər: 🔥 Ukrayna Saratov neft emalı zavoduna və Krımdakı dəniz neft terminalına zərbələr endirib. 💣 Rusiya Odessaya dronlarla hücum edib, enerji və nəqliyyat obyektlərinə zərər vurub. 💣 Rusiya Ukraynada F-16 qırıcılarının yerləşdiyi aerodroma zərbə endirib. ✍️ Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Putinlə müttəfiqlik haqqında bəyannamə imzalayacaq. 📍 Qəzzanın iki hissəyə - biri HAMAS, digəri isə İsrail tərəfindən idarə olunan bölgələrə bölünməsi ehtimalı artır - "Reuters" 🇵🇰 Pakistanda məhkəmə binası yaxınlığında partlayış olub, azı 12 nəfər ölüb, 21 yaralı var. 🇮🇳 Hindistanın paytaxtı Nyu-Delhidə avtomobilin partlaması nəticəsində həlak olanların sayı 12-yə çatıb. 🚲 AYNA: Bakının Yasamal rayonunun İnşaatçılar prospektində mikromobillik zolağı təşkil edilir. ⚒️ Laçının Qorçu qəsəbəsində gələn il tikinti işlərinə başlanması nəzərdə tutulub. 📍 Naxçıvanda ləğv edilən Duz Muzeyinin eksponatları Naxçıvan Dövlət Tarix Muzeyinə veriləcək. ☀️ Sabahın havası: Bakıda, Abşeronda və bölgələrdə 17-21 dərəcə isti gözlənilir.
نمایش همه...
👍 6 4🙏 2