HƏRBİ XƏBƏRLƏR
رفتن به کانال در Telegram
🔹Kanal hərbi xəbərlərin düzgün və təhrif olunmadan paylaşılması, dezinformasiyalardan yayınmaq üçün yaradılmışdır. ➡️ Reklam & Əməkdaşlıq 🔸Əlaqə saxlamaq | Məlumat & Xəbər göndərmək ⤵️ 📲 @Shahmuradov_002
نمایش بیشتر2025 سال در اعداد

54 735
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-167 روز
-1630 روز
آرشیو پست ها
Photo unavailableShow in Telegram
Vətən müharibəsinin 5-ci ildönümü ilə bağlı Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin xüsusi təyinatlıları ilə görüşüb.
Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib
görüşün əvvəlində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib.
Daha sonra Vətən müharibəsində xalqımızın və Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşməsindən, eləcə də əldə olunan şanlı Qələbədən danışılıb.
Xüsusi təyinatlılar daim Ali Baş Komandanın tapşırıqlarını icra etməyə və ərazilərimizi qorumağa hazır olduqlarını bildiriblər.
Ardınca xüsusi təyinatlıların nümunəvi döyüş hərəkətləri nümayiş etdirilib.
Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub və onlara xidməti fəaliyyətdə uğurlar arzulanıb.
❤ 40👍 11🤬 2
⚡️Xocavənddə ANAMA əməkdaşı minaya düşüb. Ekskavator operatoru vəzifəsində çalışan Agentliyin əməkdaşı 1967-ci il təvəllüdlü Şirinov İlqar Vəli oğlu xidməti vəzifəsini yerinə yetirərkən baş verən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.
Xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya edilib. Vəziyyəti stabildir.
😢 41🙏 4❤ 3
🇹🇷⚡️ Türkiyə SQ-nin bölmələri Şimali İraqda, Bradost-Hakurk xətti üzərində yerləşən Şekif dağını tam nəzarətə götürüb.
👍 96❤ 5
İsrail Qəzza zolağında vəziyyətin gərginləşməsi fonunda humanitar yardımın bölgəyə daxil olmasını müvəqqəti olaraq dayandırıb.
Bu barədə Ynet portalı məlumat yayıb.
Məlumata görə, belə qərar İsrailin siyasi rəhbərliyi tərəfindən qəbul edilib və humanitar yardımın Qəzzaya buraxılması “növbəti bildirişədək” dayandırılıb.
İsrail bu addımı atəşkəs rejiminin pozulması ilə izah edir və məsuliyyəti HAMAS-ın üzərinə qoyur.
@herbixeber
🤬 44❤ 6😢 2
Photo unavailableShow in Telegram
🇮🇱🇵🇸 Qəzza Mülki Müdafiə Xidmətinin məlumatına görə, bu gün İsrailin hava zərbələri nəticəsində Qəzzada 33 nəfər həlak olub.
🤬 52😢 5👏 3
🇮🇱 İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada “terrorçu hədəflərə qarşı qətiyyətli addımlar atmaq” barədə hərbi rəhbərliyə göstəriş verib.
Bu barədə Baş Nazirlik Ofisi məlumat yayıb.
🤬 56👍 8👏 3
🇺🇦 Avropa ölkələri son aylarda Ukraynaya hərbi yardımın həcmini əhəmiyyətli dərəcədə azaldıblar.
Nəşrin təhlilinə əsasən, iyul ayından etibarən vəd edilən aylıq hərbi tədarükün həcmi ilin ilk yarısına nisbətən 57% azalıb.
Bildirilir ki, yalnız məhdud sayda ölkə Kiyevi aktiv şəkildə dəstəkləməyə davam edir. Donor ölkələrin ümumi aylıq yardımı ilin əvvəlinə nisbətən təxminən 40% aşağı olub.
👎 23🤬 4🤣 4😢 2❤ 1
Photo unavailableShow in Telegram
Keçmiş FSB zabiti, Krımın ilhaqı və Donbasın ələ keçirilməsinin əsas iştirakçısı, hazırda məhbus və ifrat sağçı Kreml tənqidçisi İqor Girkin (Strelkov) həbsxanadan yeni məktub dərc edib.
Orada o, müharibəni “ətçəkən”, generalları “axmaqlar”, hökuməti isə “köhnə hedonistlər dəstəsi” adlandırır. "İki il ərzində biz şəxsi heyəti, mafiozları və könüllülərimizi itirdik - və işğalın əvvəlindən daha çox qələbədən uzaqdayıq" yazır. “Belə çıxır ki: a) pul tükənir; b) "ət"( hazırllqsız əsgərlər) tükənir; c) düşmən ruslarla vuruşmağı öyrənib”. O, etiraf edir: bu müddət ərzində Ukrayna güclənib, Rusiya isə zəifləyib. Girkin deyir: "Daha bir neçə yüz dağıdılmış evi ələ keçirməklə düşməni qırmaq mümkün deyil". Eyni zamanda o qeyd edir ki, Putinin hakim dairəsi nə islahat, nə də fədakarlıq etmək iqtidarında deyil – “çünki onlar deyil, ölkə qurban verməlidir”. Proqnoz: İnqilab qaçılmazdır. "Yuxarıdan gəlsəydi, daha yaxşı olardı. Amma ümid azdır: biz sadəcə qocalar klubu deyilik, köhnə hedonistlər yığıncağıyıq. Onlar ətçəkən maşınını ehtiyatları tükənənə qədər üyüdəcəklər. Sonra - səfərbərlik. Sonra - çöküş."
👍 32🤣 21❤ 6🤮 3
Photo unavailableShow in Telegram
Ukrayna Silahlı Qüvvələrinin 9-cu ordunun komandanı, “Operational‑Tactical Group “Donetsk” (OTG “Donetsk”) ,Donetsk istiqamətində hərbi əməliyyatlara rəhbərlik edən General-mayor Viktor Nikolyuk Pokrovski şəhərinə gələrək,şəhər müdafiəçiləri ilə görüşüb,yaranmış mürəkkəb əməliyyat şəraiti ilə tanış olub.
Generalın bu gün həmdə ad günüdür.
Təbriklər!!!
Slavi Ukraina !!!
👍 102❤ 25
Photo unavailableShow in Telegram
⚡️⚡️Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edilib.
🤣 79👍 25❤ 4🤬 1😢 1
00:04
Video unavailableShow in Telegram
❗️Rusiyanın nəzarətində olan Feodosiyada neft emalı zavoduna endirilən zərbələr nəticəsində 11 yanacaq çəni məhv edilib.
Peyk görüntüləri oktyabrın 7-si və 13-də baş vermiş iki hücumun 11 çəni tamamilə məhv etdiyini, bəzilərinin isə bərpaolunmaz dərəcədə zədələndiyini göstərir.
2025-10-18 11.24.29.mp42.40 MB
❤ 43👍 11🤣 2👎 1
İsrail ordusu atəşkəsdən sonra evlərinə qayıtmağa çalışan mülki şəxslərin olduğu avtomobili tankla atəşə tutub.
Nəticədə 7-si uşaq, 3-ü qadın olmaqla ümumilikdə 11 nəfər mülki şəxs həlak olub.
🤬 87😢 10
Repost from TgId: 1649327267
“Sülh Aktı” Cənubi Qafqazda sülhə təhdiddir
Sentyabrın 30-da ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr, Hüquq və Maliyyə komitələri tərəfindən "Eskalasiyanın Qarşısının Alınması və Qafqazla Əlaqələrin Təşviqi Aktı" (qısaca PEACE Act - Sülh Aktı) adlı 5632 nömrəli qanun layihəsi təqdim edilib. İlkin həmtəsisçisi konqresmen Qas Bilirakis olan qanun layihəsi respublikaçı konqresmen Darell İssa tərəfindən təqdim edilib. Qanun layihəsinin komitələrdə müzakirələrə çıxarılması üçün vaxt hələ ki, təyin edilməyib. Layihə qanuna çevrilməsi üçün bir neçə mərhələdən keçməlidir.
Bu qanun layihəsi qanunverici hakimiyyətin indiki və gələcək ABŞ administrasiyalarının Cənubi Qafqazdakı xarici siyasətlərini çərçivələməyi və şəkilləndirməyi qarşısına məqsəd qoyub.
5632 nömrəli layihənin əsas məqsədi Ermənistan və Azərbaycan arasında “əldə ediləcək razılığın və ya sazişin pozulmasının Azərbaycan üçün hansı nəticələrə gətirə biləcəyini” göstərməklə “Ermənistan Respublikasına qarşı yeni (gələcək) təcavüzün qarşısını almaq”dır. Kobud dillə desək sənəd Azərbaycan Ermənistana qarşı güc tətbiq etsə ABŞ-nin Bakıya hansı sanksiyaları və cəzalandırıcı tədbirləri tətbiq edəcəyini göstərir. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı mümkün təcavüzü və ya əldə edilmiş razılıqlardan çıxması halı nəzərdən belə keçirilmir.
Erməni lobbisini bu qanun layihəsini hazırlamağa sövq edən bir neçə məqam var:
- Erməni lobbisi ABŞ-nin qanunverici hakimiyyətində nüfuz sahibi baxmayaraq icraedici hakimiyyətin Azərbaycana qarşı istədikləri formada təzyiq etməsinə və zərər vurmasına nail ola bilmədi.
- Vaşinqton razılaşmasından sonra yaranan yeni reallıqda, Prezident İlham Əliyev və Tramp arasında yaranan qarşılıqlı rəğbətə əsaslanan münasibətlər dövründə erməni lobbisi köhnə narrativlərlə Azərbaycana qarşı fəaliyyət göstərməyin mümkün olmayacağını anlayaraq taktikalarını dəyişməklə yeni reallığa uyğunlaşmağa və hazırki şəraitdə mümkün ola biləcək məqsədlərə nail olmağa çalışır.
Bu qanunvericilik aktının əsas cəzalandırıcı mexanizmi sanksiyalar olsa da, qanunvericilik aktı qəsdən rəsmi olaraq "Sülh Aktı" adlandırılıb. Belə ki, müəlliflər prezident Trampın “sülh” ifadəsinə xüsusi yanaşmasından istifadə etməyə çalışırlar.
Qanunu “Sülh Aktı” adlandırmaqla, onun giriş hissəsində Azərbaycan və Ermənistanın ərazi bütövlüklərini “dəstəkləməklə” və Vaşinqton razılaşmasını “alqışlamaqla” layihəni irəli sürənlər guya sülh və sabitlik kimi fundamental əsaslardan və maraqlardan çıxış etdiklərini göstərirlər. Digər tərəfdən isə əslində Azərbaycanın keçmişdəkı fəaliyyətlərini qanunvericilik əsasında “təcavüz” kimi təsbit etməyə və gələcəkdə hakim administrasiyalar üzərinə Azərbaycana qarşı ağır cəzalandırıcı sanksiyalar tətbiq etmək öhdəliyi qoymağa çalışırlar. Bu qanun layihəsi və strategiya icraedici hakimiyyətin balanslı diplomatik əlaqələri saxlamaq səylərini çətinləşdirmək üçün nəzərdə tutulub. Çünki qanun layihəsinə qarşı çıxmaq siyasi cəhətdən birbaşa “sülhə qarşı çıxmaq kimi” təqdim oluna bilər.
Bundan əlavə, bu qanunvericilik təşəbbüsü ABŞ-nin Cənubi Qafqazda gələcəkdə yeridəcəyi siyasətdə Konqresin rolunu institusionallaşdırmağı qarşısına məqsəd qoyub. Ənənəvi olaraq ABŞ-də xarici siyasət alətləri icraedici hakimiyyətin ixtiyarına (məsələn, təhlükəsizlik yardımı ilə bağlı 907-ci əlavənin dondurulması) verilib. “Sülh Aktı” isə bu maneəni aşmaqla, “düşmənçilik hərəkətinin təsdiqindən” sonra aktivləşən xüsusi, fəal sanksiya tədbirlərini icraedici hakimiyyət üçün məcbur etməyi (mandatory) hədəfləyir.
Bir sözlə, bu qanun layihəsinin məqsədi icraedici hakimiyyyətin Azərbaycanla münasibətlərdə gələcəkdə siyasətini çərçivələmək və bununla da erməni lobbisinin Cənubi Qafqazla bağlı çoxdan arzuladığı struktur siyasət dəyişikliyinə nail olmaqdır.
@cssc_cqtm
❤ 12🤬 6
Photo unavailableShow in Telegram
🇷🇺 RIA Novosti müxbiri Ukrayna dronu tərəfindən vurularaq öldürülüb
Zaporoje vilayətində 39 yaşlı hərbi müxbir İvan Zuyev həyatını itirib. O, RIA Novosti agentliyində 2023-cü ilin aprelindən çalışırdı, bundan əvvəl isə “Sputnik – Yaxın Xaric” redaksiyasında fəaliyyət göstərmişdi.
📍Məlumata görə, Zuyev 2014-cü ildən etibarən dəfələrlə Donetsk bölgəsində ezamiyyətdə olub.
Hadisə zamanı onunla birlikdə olan digər müxbir Yuri Voytkeviç ağır yaralanıb və əməliyyat olunub.
❤ 48🤣 22👍 21👎 2😢 2🤮 1
❗️Qanunsuz orden və medallar hazırlayaraq təqdim etmiş QHT vəzifəliləri cinayət məsuliyyətinə cəlb edilib
Keçirilmiş axtarış və digər istintaq hərəkətləri ilə 1.518 ədəd orden və medal, 777 ədəd orden və medalların vəsiqələri, 7 ədəd kitabça, qeyd edilən orden və medalların müxtəlif vaxtlarda 8.069 nəfər şəxsə təqdim edilməsinə dair qeydlər və digər maddi sübutlar götürülüb.
Toplanmış ilkin sübutlarla “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun sədri Səyyaf Orucov, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev və “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyevə Cinayət Məcəlləsinin 309.1-ci maddəsi (vəzifə səlahiyyətlərini aşma) ilə ittiham elan edilərək barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
👍 24❤ 6
Bakıda noyabrın 8-də Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, parada hazırlıqla bağlı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir.
Hazırlıq məşqləri zamanı Bakı şəhəri və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının, həmçinin gəmilərin müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunur.
@herbixeber
👍 44❤ 22👏 1
00:06
Video unavailableShow in Telegram
💔 5 yaşlı Nihatın köməyə ehtiyacı var
Xəstənin anası: Mən, Orucova Samirə — tək anayam və övladlarıma təkbaşına baxıram. Oğlum Nihat (2019-cu il təvəllüdlü) səhhəti ilə bağlı ciddi problemlər yaşayır və müalicəyə ehtiyacı var. Bir kurs müalicənin dəyəri 300 manatdır. Kursun tamamlanmasına az qalıb. Hazırda yaşıdlarından geri qalır, bir çox şeyə reaksiya vermir və bu müalicə onun inkişafı üçün həyati əhəmiyyət daşıyır.
Kim imkanı çatan qədər dəstək ola bilsə, böyük kömək etmiş olar.
💳 Kapital Bank kartı: 5239 1517 3928 6964
Kart sahibi: Orucova Samirə
📞 Əlaqə nömrəsi: 070 525 62 03
3.26 MB
😢 14❤ 3
Photo unavailableShow in Telegram
ABŞ prezidenti Donald Tramp HƏMAS-ı ölümlə hədələyib.
“Əgər HƏMAS razılaşmanı pozub Qəzzada insanları öldürməyə davam edərsə, ora gedib onları məhv etməldən başqa çarəmiz qalmayacaq,”— deyə o, Truth Social-da yazıb.
❤ 19🤬 15👍 8
Photo unavailableShow in Telegram
"Sky News": Sabah Zaporojye AES-də (Atom Elektrik Stansiyasında) təmir işləri aparılması üçün döyüş əməliyyatlarının dayandırılması barədə qərar qəbul oluna bilər.
Nəşr “Rosatom” rəhbərinə istinadən yazır ki, bu “fasilə” əvvəllər zədələnmiş iki elektrik xəttinin bərpasına imkan verəcək. Həmin xətlərdən biri işğal altında olan ərazidə yerləşir.
👏 12❤ 3
Photo unavailableShow in Telegram
Britaniya Müdafiə Nazirliyinin hesabatına görə, sentyabr ayında Rusiya ordusu Ukraynadakı döyüşlərdə gündə orta hesabla 950 hərbçisini (ölü və yaralı) itirib.
Oktyabr ayının ilk həftəsində isə gündə ortalama 1000-ə yaxın hərbçi itkisi qeydə alınıb.
❤ 41👍 3
