HƏRBİ XƏBƏRLƏR
رفتن به کانال در Telegram
🔹Kanal hərbi xəbərlərin düzgün və təhrif olunmadan paylaşılması, dezinformasiyalardan yayınmaq üçün yaradılmışdır. ➡️ Reklam & Əməkdaşlıq 🔸Əlaqə saxlamaq | Məlumat & Xəbər göndərmək ⤵️ 📲 @Shahmuradov_002
نمایش بیشتر2025 سال در اعداد

54 735
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-167 روز
-1630 روز
آرشیو پست ها
HAMAS-ın cavab vermək üçün 3-4 gün vaxtı var.
APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Tramp qeyd edib ki, HAMAS razılaşmanı rədd edərsə, İsrail üzərinə düşəni edəcək: “HAMAS-ın sülh təklifini qəbul etməsini gözləyirik”
❤ 15👍 6👎 3
00:31
Video unavailableShow in Telegram
Donald Tramp:
“Azərbaycan və Ermənistan arasında 36 ildir münaqişə həll olunmadan qalırdı, deyirdilər ki, həll olunmur - mən həll etdim”.
O, çıxışında Paşinyanın adını çəkməməyə üstünlük verməyərək, "Azərbaycanın rəhbəri və o biri oğlan” ifadəsini işlədib.
32323.mp42.34 MB
🤣 105❤ 6🤮 6👍 4
Photo unavailableShow in Telegram
Prezident İlham Əliyevin Sərəncamı ilə polkovnik Anar Müslüm oğlu İsmayılova general-mayor ali hərbi rütbəsi verilib.
Məlumata görə, Anar İsmayılov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşıdır.
❤ 20👍 9👎 4🤮 2
Photo unavailableShow in Telegram
Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru Bəhruz Vidadi oğlu Əhmədova “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.
Prezident İlham Əliyev Sərəncam imzalayıb.
❤ 35🤮 5👍 3
❗️🇮🇱🇮🇷İsrail İrana qarşı növbəti hücuma başlaya bilər
Bu barədə İsrailin “Maariv” qəzetinə danışan yüksək rütbəli hərbçi bildirib.
“Yaxın Şərqdəki prosesləri və İrandakı fəaliyyəti diqqətlə izləyirik. İsrail və İran davamlı silahlanma və öyrənmə yarışı aparır. Biz bir sıra ssenarilərə hazırlaşırıq, onlardan biri də İrana qarşı növbəti hücumun zəruriliyi ola bilər”,- deyə o qeyd edib.
❤ 32👎 18🤣 4🤮 1
Repost from TgId: 1649327267
Azərbaycan-Rusiya münasibətlərində yeni normallıq necə ola bilər?
Artıq qəti şəkildə demək olar ki, AZAL təyyarəsinin Rusiya Silahlı Qüvvələri tərəfindən vurulmasından əvvəlki vəziyyətə qayıdış olmayacaq. Rusiya rəhbərliyinin qeyri-adekvat reaksiyası nəticəsində münasibətlər deqradasiyaya uğrayıb. Hazırda qarşılıqlı münasibətlərin transformasiyası baş verir - yeni normallığın çərçivələri formalaşır.
Necə idi?
Ən yüksək səviyyədə siyasi dialoq. Liderlər ildə bir neçə dəfə görüşür, operativ şəkildə telefonla zəngləşir və ikitərəfli gündəmin mövzularını koordinasiya edirdilər.
Azərbaycan və Rusiyanın xarici siyasət yanaşmaları əsasən üst-üstə düşürdü və tərəflər beynəlxalq platformalarda qıcıq doğura biləcək hərəkətlərdən çəkinirdilər.
İqtisadi komponenti üç istiqamətə bölmək olar: Əmtəə dövriyyəsi, strateji layihələrin həyata keçirilməsi (Şimal-Cənub, energetika) və qarşılıqlı investisiyalar.
Hərbi-texniki əməkdaşlıq münasibətlərin mühüm tərkib hissəsi idi. Lakin 2022-ci ilin fevralından sonra bu mövzu öz predmetini itirib.
Humanitar komponent - Azərbaycanda ruslar, Rusiyada azərbaycanlılar, rus dili - münasibətlərə emosionallıq qatırdı.
Necə ola bilər?
Bu gün ən yüksək səviyyədə siyasi dialoq yoxdur. Son altı ayda liderlər bir dəfə salamlaşıblar. Dialoq hökumətlərarası komissiyanın iclasında baş nazirin birinci müavinləri səviyyəsində baş tutub. Məhz bu səviyyədə yeni normallığın çərçivələri formalaşır.
7 oktyabr Rusiya Prezidentinin ad günüdür və ənənəvi olaraq Azərbaycan Prezidenti zəng edib onu təbrik edir. Görək bu il necə olacaq.
İlin sonunda isə Rusiyada MDB-nin növbəti sammiti keçiriləcək. Keçən il təyyarə qəzası məhz analoji sammit günü baş verdi. Ehtimal ki, Azərbaycan Prezidentinin sammitdə iştirakı Rusiyanın addımlarından asılı olacaq.
Yeni şəraitdə xarici siyasət yanaşmaları standart olaraq üst-üstə düşməyəcək. Azərbaycanın xarici siyasətində şimal istiqamətinin yeri və rolu artıq bütün digərlərindən geri qalır. Rusiya PA-nın yeni rəhbərliyilə qarşılıqlı əlaqə olmaya da bilər, bütün təmaslar XİN vasitəsilə həyata keçirilir.
Yeni normallıqda iqtisadiyyat aparıcı rol oynamalıdır - çünki burada maraqlar və qarşılıqlı fayda mövcuddur. Düzdür, Rusiyada azərbaycanlılara qarşı etnik əsasda təqiblər ölkələr arasında əmtəə dövriyyəsinə zərbə vuracaq. Bu Rusiyanın seçimidir və Azərbaycan buna reaksiya verəcək. Bu gün bunu dayandırmaq və iqtisadiyyatı qarşılıqlı münasibətlərin əsas tərkib hissəsinə çevirmək olar.
Strateji layihələrdə həm Moskvanın, həm də Bakının marağı var. Onlardan imtina planlaşdırılmır. Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda qeyd etdi ki, Şimal-Cənub layihəsini Zəngəzur dəhlizi ilə də həyata keçirmək olar.
Humanitar sahə ən çox deqradasiyaya uğrayıb. Burada bərpası mümkün olmayacaq qədər çox səhv edilib. Bakıda “Rossotrudniçestvo” və “Sputnik” artıq olmayacaq. Rusiya rəhbərliyinin anti-miqrant siyasəti qonşularla münasibətləri çətinləşdirir. Vəziyyəti bərpa etmək üçün həbs olunmuş Azərbaycan və Rusiya vətəndaşlarının azad olunması vacibdir.
Yeni normallıqda qarşılıqlı münasibətlərin müxtəlif sahələri bir-birinə təsir etməməlidir, əks halda, deqradasiya dərinləşəcək. Bu, çox çətin bir vəzifədir.
İlin sonuna qədər təyyarə qəzası mövzusunda aydınlıq yaranacaq - ya Moskva Bakının ədalətli gözləntiləri üzrə qərar qəbul edib böhranın əsas səbəbini aradan qaldıracaq, ya da "imtina etməyə" davam edəcək, bu da beynəlxalq məhkəmə proseslərinə səbəb olacaq.
Beləliklə, Azərbaycan və Rusiya arasında yeni normallıq daha aşağı səviyyəli siyasi dialoq və xarici siyasət uzlaşmaları şəraitində iqtisadi münasibətlərin davam etdirilməsindən ibarət ola bilər. Humanitar sahə əvvəllər gücləndirici rol oynayırdı, bu gün isə eskalasiya mənbəyidir.
Profil strukturlar iqtisadiyyatın siyasət və humanitar risklərdən qorunmasını nə dərəcədə təmin edə bilsə, yeni normallıq bir o qədər effektiv və davamlı olacaq. Əsas odur ki, normallığın çərçivələr yaradılsın və bir-birindən gözləntilərin yeni səviyyəsi müəyyən edilsin.
@cssc_cqtm
❤ 27👍 4🤮 1
ABŞ səfirliyi: Trampın vasitəçiliyi ilə əldə olunan razılaşmadan sonra Azərbaycanla münasibətlər daha da vacibdir
Avqustun 8-də prezident Trampın vasitəçiliyi ilə əldə olunan razılaşmadan sonra ABŞ-Azərbaycan münasibətləri həmişəkindən daha vacibdir.
APA xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət işləri üzrə nümayəndəsi Rendi Koul “İllik Məzunlar Qalası”nda jurnalistlərə açıqlamasında deyib.
“Bu gün biz bu qalada ABŞ-da təhsil almış məzunları qarşılayırıq. Bunun üçün çox həyəcanlıyıq. Çünki, bu məzunlar ABŞ hökumətinin Azərbaycan xalqı ilə əlaqələr qurmasına kömək edir. Xüsusilə də, avqustun 8-də prezident Trampın vasitəçiliyi ilə Ağ Evdə əldə olunmuş sülh razılaşmasından sonra bizim Azərbaycanla münasibətlərimiz həmişəkindən daha əhəmiyyətli hal alıb. Azərbaycanın Gəncə, Lənkəran, Şəki və digər şəhərlərində olan məzunlar sülh razılaşmasını reallığa çevirmək üçün çox vacib rol oynayır”,- Rendi Koul qeyd edib.
❤ 22
❗ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu bugünkü görüşdə Qəzza ilə bağlı sülh planını yekunlaşdıracaqlarını gözləyirlər.
“Ümid edirik ki, hər iki tərəf bunu qəbul edəcək”, - Ağ Evin
bəyanatında qeyd edilib.
Tramp bu gün Netanyahu ilə görüşəcək.
👍 15❤ 4🤬 2
❗Pirəkəşkül və Ağdərədə 29 sentyabr - 3 oktyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - MN-dən bildirilib.
👏 18👍 5❤ 3
Ukraynanın Moskvaya PUA hücumu nəticəsində iki mülki şəxs həlak olub.
👍 65❤ 13🤣 3👎 2👏 2😎 1
Photo unavailableShow in Telegram
Amerika Birləşmiş Ştatları Kiyev hökumətinin Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməsinə mane olmur.
Bunu ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Fox News” telekanalına müsahibəsi zamanı deyib.
"Mən hesab edirəm ki, vitse-prezident Vens və həmçinin dövlət katibi Marko Rubionun bəyanatlarını nəzərə alanda, bu suala cavab belə olacaq ki, bəli, imkanlardan istifadə edərək dərinliklərə zərbə endirilə bilər”,- o deyib.
👍 49❤ 19
❗️NATO Ukraynanın təcrübəsini öyrənir.
APA-nın xəbərinə görə, bunu NATO yanında Ukraynaya dəstək üzrə koordinator, general-mayor Mayk Keller DW-yə müsahibəsində bildirib.
General deyib ki, Ukrayna qüvvələri Rusiyanın dərinliklərinə endirilən zərbələrin effektivliyində nəzərəçarpacaq irəliləyiş göstərir:
“NATO yalnız Ukraynaya silah vermir, eyni zamanda ukraynalıların təcrübəsini diqqətlə öyrənir. Ukraynalılar hərbi obyektlərin dəqiqliklə vurulmasında və Rusiyanın dərinliyindəki hədəfləri zərərsizləşdirməkdə daha peşəkar olurlar. Burada söhbət personal, texnika və hazırlıq kimi imkanlardan gedir. Biz axmaq olardıq ki, toplanmış bütün məlumatlardan özümüz üçün istifadə etməyək. Əgər biz öz əsgərlərimizi ukraynalıların artıq keçdiyi sınaqlardan qoruya bilməsək, hərbi rəhbərlər kimi missiyamızı yerinə yetirməmiş olarıq”.
❤ 39👍 3👏 1
Danimarka MN bildirib ki, gecə saatlarında bir sıra yaşayış məntəqəsi, hava limanı və hərbi bazaların üzərində naməlum PUA-lar uçuşlar həyata keçirib.
🤣 23
00:49
Video unavailableShow in Telegram
🇷🇺 🇺🇦Rusiya Kiyevə raket zərbələri endirib. Hücum nəticəsində 4 nəfər həlak olub, 27 nəfər yaralanıb.
İtkilərin artacağı istisna edilmir.
IMG_3182.MOV17.83 MB
🤬 79😢 9👍 4👎 3❤ 1
Photo unavailableShow in Telegram
📌 Lavrov: Moskva danışıqlara hazırdır
🇷🇺 Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək bildirib ki, Moskva Ukraynadakı münaqişənin əsas səbəblərini həll etmək üçün danışıqlara hazırdır.
▪️O xatırladıb ki, prezident Vladimir Putin dəfələrlə Rusiyanın diplomatik həll yolunu bağlamadığını vurğulayıb.
▪️Lavrovun sözlərinə görə, danışıqlar üçün əsas şərt ölkənin təhlükəsizliyi və həyati maraqlarının qorunmasıdır.
▪️Diplomat bildirib ki, Kiyevin nəzarətində olan ərazilərdə etnik rusların və rusdillilərin hüquqları bərpa edilməlidir.
▪️Lavrov əlavə edib ki, nə Kiyev, nə də onun avropalı müttəfiqləri vəziyyətin ciddiliyini anlamır və səmimi dialoqa hazır deyillər.
🤣 40🤬 19❤ 12👎 6🤮 1
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın hədələrinə cavab verib.
“Ruslar Ukraynanın paytaxtında işıqları kəsməklə hədələyirsə, bilməlidirlər ki, Rusiya paytaxtında da işıqlar sönəcək”,
- deyə Zelenski xəbərdarlıq edib.
👍 77❤ 11🤣 5😎 3
00:28
Video unavailableShow in Telegram
🇦🇲 Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının tribunasından çıxışında bildirib:
“Beynəlxalq ictimaiyyətə məmnuniyyətlə məlumat verirəm ki, Ermənistan və Azərbaycan arasında sülh əldə olunub. Bu prosesdə Donald Trampın rolu həlledici olub. Onun öhdəliyi və ardıcıllığı qeyri-mümkün görünən şeyi mümkün etdi”.Paşinyan əlavə edib ki, İlham Əliyevlə birlikdə Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər:
“Çünki biz onun həqiqətən sülhə sadiq olduğunu öz gözlərimizlə gördük”.
JlPcHuF3QztjckfI.mp43.71 MB
👍 58❤ 12🤣 5👎 3😎 3
🇮🇷🇺🇸ABŞ İrana nüvə proqramını ləğv etmək müqabilində rəsmi Tehranı sanksiyalardan 3 aylıq azad etməyi təklif edib.
İran Prezident Məsud Pezeşkian ABŞ-ın bu təklifini qəbuledilməz adlandırıb.
🤣 24❤ 10
Vilnüs hava limanında PUA səbəbindən yeddi reys gecikib.
PUA ilə bağlı insidentlər səbəbindən dörd reys gecikmə ilə yola düşüb, üç reys isə gecikmə ilə eniş edib.
Rusiya PUA-larının son günlərdə hava məkanını pozduğu ölkələr:
Polşa, Estoniya, Danimarka, Rumıniya, Norveç və Litva
❤ 17👍 8👎 2
🇦🇿MN: İkinci Şəhidlər xiyabanının adı dəyişdirilərək Hərbi Memorial Məzarlıq olub.
❤ 62👍 21🤬 6
