HƏRBİ XƏBƏRLƏR
رفتن به کانال در Telegram
🔹Kanal hərbi xəbərlərin düzgün və təhrif olunmadan paylaşılması, dezinformasiyalardan yayınmaq üçün yaradılmışdır. ➡️ Reklam & Əməkdaşlıq 🔸Əlaqə saxlamaq | Məlumat & Xəbər göndərmək ⤵️ 📲 @Shahmuradov_002
نمایش بیشتر2025 سال در اعداد

54 735
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-167 روز
-1630 روز
آرشیو پست ها
İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza şəhərində radikal HƏMAS hərəkatının hərbi qanadına məxsus snayperin zərərsizləşdirilməsi məqsədilə hava zərbəsi endirdiyini açıqlayıb.
Bu barədə İMQ-nin mətbuat xidməti məlumat yayıb.
"Qəzza şəhərində İsrail Müdafiə Qüvvələri zərbə endirərək HƏMAS-ın hərbi qanadına məxsus terrorçu Macid Əbu Salmiyanı məhv edib. O, HƏMAS snayperi idi və Qəzza şəhəri ətrafında İsrail əsgərlərinə hücum etməyə hazırlaşırdı", – deyə bəyanatda qeyd olunub.
Bildirilib ki, zərbədən əvvəl "mülki əhaliyə dəyən ziyanı maksimum azaltmaq üçün tədbirlər görülüb", bunların arasında "yüksək dəqiqlikli döyüş sursatlarının tətbiqi", "hava müşahidəsi" və "əlavə kəşfiyyat məlumatlarının toplanması" da var.
🤬 37👏 11❤ 3👍 1
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Əfqanıstan "Baqram" aviabazasını ABŞ-a qaytarmasa, pis şeylər baş verəcək.
🤬 31❤ 6🤮 5👍 1
Photo unavailableShow in Telegram
Ukrayna ordusu sıralarında müharibədə iştirak edən, əslən azərbaycanlı Həsənov Tofiq Tahir oğlu Xarkovun Ternovo kəndi uğrunda gedən döyüşlərdə həlak olub
😢 119🙏 29🤬 5❤ 3👍 3
Photo unavailableShow in Telegram
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və onun rəhbərlik etdiyi nümayəndə heyətinin Serbiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Milan Moysiloviçin dəvəti ilə bu ölkəyə səfəri başlayıb.
əvvəlcə Belqrad şəhərində yerləşən Taşmaydan parkında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə əklil qoyulub və xatirəsi ehtiramla yad edilib.
Səfər çərçivəsində general-polkovnik K.Vəliyev serbiyalı həmkarı ilə hərbi əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıb və Belqrad şəhərində keçirilən hərbi paradda iştirak edib.
❤ 27👍 20
Ermənistanın iqtisadiyyat naziri Qevorg Papoyan “Tramp yolu” layihəsini müzakirə etmək üçün ABŞ-a dəvət olunub.
Layihənin detalları keçiriləcək danışıqlar zamanı dəqiqləşdiriləcək.
👍 32❤ 6
”Ermənistanın müstəqilliyi dövründə heç vaxt belə bir dövr olmayıb. Artıq bir il yeddi aydır, Ermənistan-Azərbaycan sərhədində əsgər ölmür, bu sülhdür.” - Nikol Paşinyan
👏 94❤ 16👍 5🤮 2
Repost from TgId: 1649327267
Yaxın Şərq həyatımızda getdikcə daha çox yer tutur...
Tarix bütün daşları öz yerinə qoyur və Cənubi Qafqaz regionu təbii vəziyyətinə qayıdır. Bu vəziyyət 19-cu əsrin əvvəllərində regionun Rusiya imperiyasına birləşdirilməsi ilə pozulmuşdu.
Cənubi Qafqaz həmişə Yaxın Şərq və Mərkəzi Asiyadakı proseslərin ayrılmaz hissəsi olub. Düzdür, o, bir növ periferiya idi, amma regionumuza hardan baxsaq - Rusiya, Avropa, Çin, Yaxın Şərq və Mərkəzi Asiya üçün Cənubi Qafqaz periferiyadır. Bunu dəyişmək mümkün deyil, sadəcə olduğu kimi qəbul etmək lazımdır.
90-cı illərin əvvələrindən Yaxın Şərq ölkələrinin regionumuzdakı mövcudluğu artıb. Bu gün artıq Cənubi Qafqaz elə bir nöqtəyə çatıb ki, Yaxın Şərq bölgəmiz üçün həm siyasi, həm də iqtisadi mənada əsas istiqamətlərdən biri hesab edilə bilər. Azərbaycan və Ermənistan rəhbərlərinin Əbu-Dabi danışıqları, ticarət dövriyyəsinin artması, regiona səfərlər və s...
Biz Yaxın Şərqə nə ilə qayıtdıq?
- Azərbaycan dünyəvi dövlətdir. Bu təqdimat Yaxın Şərq üçün vacibdir.
- Azərbaycan Yaxın Şərqin bütün tərəfləri ilə əlaqələrə malikdir:
• Türkiyə ilə ittifaqdayıq;
• Körfəz ölkələri ilə strateji xarakterli münasibətlər qurulur;
• İraq və Misir üzrə ayrı-ayrı istiqamətlərdə təmaslar var;
• İranla çoxistiqamətli qarşılıqlı əlaqədəyik, amma öz təsir rıçaqlarımızdan da istifadə edirik;
• Yəhudi dövləti ilə strateji münasibətlər saxlayırıq.
Suriyada aktivlik Azərbaycana ilk dəfə olaraq "yerdə" fəaliyyət göstərmək, vasitəçi rolunu və çoxtərəfli qarşılıqlı əlaqə sxemlərinin iştirakçısı olmaq imkanları yaradır.
Risklər:
Əsas risk Yaxın Şərqdəki çoxsaylı münaqişə və müharibələrə cəlb olunmaqdır.
- Suriyada vətəndaş müharibəsi dövründə bu, baş verib. Azərbaycan vətəndaşları qarşıdurma zamanı fərqli tərəflərin tərkibində bir-biri ilə vuruşublar. Ehtimal ki, bu amil, Türkiyə faktoru ilə yanaşı, Azərbaycanın Suriyadakı sabitləşmə prosesinə fəal cəlb olunmasının əsas stimuludur. Azərbaycan Cənubi Qafqazı suriyalaşdırmağa imkan vermədi, əksinə, hazırda həm Cənubi Qafqazda, həm də Suriyada sülh və sabitliyi fəal təşviq edir.
- İsrail/ABŞ və İran arasında müharibə - Kənarda qalmaq çox çətin bir vəzifədir, lakin gördüyümüz kimi, bu, mümkündür.
- Qəzza və Qərb Sahili ətrafındakı vəziyyət - Netanyahu hökumətinin yanlış siyasəti münaqişənin genişlənməsinə və çoxsaylı qurbanlara səbəb olur.
- İsrail və Türkiyə arasında qarşıdurmanın kəskinləşməsi - Qarşıdurmanın ritorikadan Suriya ərazisində birbaşa toqquşmaya və ya Şərqi Aralıq dənizində proksilər vasitəsilə silahlı münaqişəyə keçmə ehtimalı var. Proksilər rolunda Cənubi Kipr və qismən də Yunanıstan çıxış edə bilər.
İmkanlar:
Diplomatiya - Azərbaycanın milli maraqları Türkiyə və İsrail arasında münasibətlərin sabitləşməsinin vacib olduğunu diktə edir. Bakı dişlərini sıxaraq danışıqlar platforması rolunu oynamalı, bütün imkan və keyfiyyətlərindən (səbir) istifadə etməlidir. Bu, çox çətindir, amma başqa çıxış yolu sadəcə yoxdur. Qətərə zərbələrdən sonra danışıqlar üçün yer azalır.
Bazar - Yaxın Şərq Azərbaycana yaxın satış bazarıdır. Neftlə yanaşı, Azərbaycan regiona mavi yanacaq tədarükünə də başlayıb. Bu, nə qədər qəribə səslənsə də, Azərbaycan Yaxın Şərqi ənənəvi enerji ilə təchiz edir. Qeyri-neft sektoru üçün perspektivlər də var və bu perspektivlərdən yararlanmaq vacibdir.
Qarşılıqlı investisiyalar - son məlumatlar göstərir ki, bu perspektivli istiqamətdir və bundan istifadə etmək lazımdır.
Logistika dəhlizləri - bu mövzu Yaxın Şərq vektorunda da aktual olmağa başlayır.
Beləliklə də, əsas olan riskləri minimuma endirmək və imkanlardan istifadə etməkdir. Əgər tarixin ətaləti bizi Yaxın Şərqə qaytarırsa və buna qarşı durmaq mümkün deyilsə, o zaman özümüzdən asılı olanların maksimumunu etmək və praqmatik yanaşmanı seçmək məqsədəuyğundur.
@cssc_cqtm
❤ 20👍 1
Photo unavailableShow in Telegram
Hərbi jurnalist, yazıçı Şəmistan Nəzirli 83 yaşında vəfat edib.
Bu barədə Elçin Şıxlı məlumat verib.
O bildirib ki, hazırda Şəmistan Nəzirlinin nəşi Bakıya gətirilir.
😢 76🙏 15❤ 4👍 2🤣 2
Photo unavailableShow in Telegram
Putin Belarusdakı təlim poliqonuna hərbi mundirdə gəlib 700 minlik qoşunun hazır vəziyyətdə olmasından danışanda müharibənin hələ xeyli müddət davam edəcəyinə şübhə qalmadı. Ukrayna ilə sülh danışıqlarından yayınmaqla, o, zaman qazanıb istədiyinə nail olmağa çalışır. Rusiya prezidenti Ukrayna tükənənə qədər müharibəni davam etdirəcəyini açıq söyləyir. Amma, Rusiya rəhbərliyi üzdə gülsə də ölkədə iqtisadi resursların və maliyyə mənbələrinin azaldığını və tükənmə prosesinin onlardan yan keçmədiyinin də fərqindədir. Bu barədə Böyük Britaniyanın Mİ 6 kəşfiyyatının başçısı Riçard Murun Putin haqqında dediklərini əsil həqiqət hesab etmək olar:” "Putin dünyanı Rusiyanın qələbəsinin qaçılmaz olduğuna inandırmağa çalışır. Amma o, yalan danışır. O, dünyaya yalan danışır. O, xalqına yalan danışır. O, hətta özünə də yalan danışa bilər", - Mur deyib.
❤ 53👏 21🤮 8👍 1
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib.
Bu barədə Ermənistan KİV məlumat yayıb.
Qeyd olunur ki, Andranik Simonyanı gətirən təyyarə bir neçə dəqiqə əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib. İrəvandan uçuş 50 dəqiqə davam edib.
Bundan əvvəl Simonyanın Bakıda keçiriləcək 3-cü Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak edəcəyi barədə məlumat verilmişdi. Onun səfəri 3 günlükdür və sentyabrın 21-dək davam edəcək.
@herbixeber
❤ 13👍 8🤬 4
ABŞ Prezidenti Donald Trampın Baqram aviabazası üzərində nəzarəti geri qaytarmaq planı Vaşinqton üçün Əfqanıstana təkrar müdaxilə ilə nəticələnə bilər.
Bu barədə "Reuters" agentliyi keçmiş və hazırkı amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, aviabaza üzərində nəzarəti geri qaytarmaq Amerika rəhbərliyindən 10 mindən çox hərbçinin göndərilməsini, həmçinin müasir hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsini tələb edə bilər ki, bu da ölkəyə təkrar müdaxilə kimi görünə bilər.
Agentliyin mənbələri qeyd edirlər ki, Amerika rəhbərliyi Baqram aviabazasının hərbi yolla geri qaytarılmasının aktiv planlaşdırılmasını həyata keçirmir. Onların məlumatına görə, hətta aviabaza ABŞ-nin nəzarətinə qayıtsa belə, amerikalı hərbçilərə qarşı raket hücumlarının həyata keçirilməsinə yol verməmək üçün onun ətrafındakı nəhəng perimetri təmizləmək və saxlamaq xeyli səy tələb olunacaq.
🤬 7❤ 5
Bu gün Rusiya hərbi təyyarələri Estoniyanın hava məkanını pozub
Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilinin çağırıldığını açıqlayıb. Ona nota təqdim edilib və Tallinnin iddia etdiyi üç MiQ-31-in hücumu ilə bağlı etiraz edilib.
Estoniya XİN hadisənin Finlandiya körfəzi üzərində baş verdiyini və qırıcıların Estoniyanın hava məkanında 12 dəqiqə qaldığını bildirib.
👎 38🤬 12👍 5❤ 3
00:22
Video unavailableShow in Telegram
❗️🇷🇺 Kupyanska boru kəməri ilə keçməyə cəhd edən ruslar elə orada da boğulub ölüblər.
IMG_3742.MP41.45 MB
🤣 103👍 9👎 3
Photo unavailableShow in Telegram
Respublika Hərbi prokurorunun müavini ədliyyə general-mayoru Fuad Məmmədov vəzifəsindən azad edilib.
Bu barədə baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən F.Məmmədov sərəncama götürülüb.
Digər əmrlə Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Qasım Məmmədov hərbi prokurorun yeni müavini təyin edilib.
👏 9❤ 4🤣 4
Photo unavailableShow in Telegram
🇦🇿Hərbi Prokurorluqda yeni kadr təyinatı olub
Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev vəzifəsindən ayrılıb. Onun yerinə ədliyyə müşaviri Samir Əzimzadə təyin olunub.
Mətbuat katibi vəzifəsindən ayrılan F.Əliyevin hazırda hərbi prokurorun böyük köməkçisi kimi fəaliyyətinə davam etdiyi bildirilib.
❤ 12🤮 4👍 3
00:12
Video unavailableShow in Telegram
🇺🇦❗️Ukrayna F-16 qırıcısının AIM-9 Sidewinder raketi ilə Shahed dronunu vurma anı
IMG_3735.MP49.26 KB
👏 66❤ 21👍 12
🇦🇿Bu gün Antiterror tədbirlərinin başlanmasından 2 il ötür
2023-cü il sentyabrın 19-da erməni silahlı dəstələrinin törətdiyi təxribatlar nəticəsində mülki şəxslər və hərbi qulluqçular şəhid olmuşdu. Buna cavab olaraq Azərbaycan Ordusu bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Cəmi 23 saat 43 dəqiqə sonra erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular və atəşkəs əldə edildi.
Nəticədə, Qarabağda yerləşən qeyri-qanuni silahlı birləşmələr tərk-silah edildi, separatçı rejim ləğv olundu və Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi.
❤ 124👏 14👍 8🙏 5🤯 1🤣 1
Photo unavailableShow in Telegram
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Çinin milli müdafiə naziri admiral Dong Junun dəvəti ilə 12-ci Syanşan Forumunda iştirak etmək üçün Pekində işgüzar səfərdədir.
sentyabrın 18-də müdafiə naziri "Beynəlxalq düzənin qorunması və dinc inkişafın təşviqi" şüarı ilə keçirilən 12-ci Pekin Syanşan Forumunun rəsmi açılış mərasimində iştirak edib.
Forum çərçivəsində general-polkovnik Z.Həsənov çinli həmkarı admiral D.Jun ilə görüşüb.
❤ 25👍 11👏 2🤬 1
00:10
Video unavailableShow in Telegram
🙏 Artıq məbləğin böyük hissəsi yığılıb, sadəcə son 98 manat qalıb.
💔 5 yaşlı Nihatın köməyə ehtiyacı var
Xəstənin anası: Mən, Orucova Samirə — tək anayam və övladlarıma təkbaşına baxıram. Oğlum Nihat (2019-cu il təvəllüdlü) səhhəti ilə bağlı ciddi problemlər yaşayır və müalicəyə ehtiyacı var. Bir kurs müalicənin dəyəri 300 manatdır. Artıq məbləğin böyük hissəsi yığılıb, sadəcə son 98 manat qalıb. Hazırda yaşıdlarından geri qalır, bir çox şeyə reaksiya vermir və bu müalicə onun inkişafı üçün həyati əhəmiyyət daşıyır. Kim imkanı çatan qədər dəstək ola bilsə, böyük kömək etmiş olar.
💳 Kapital Bank kartı: 5239 1517 3928 6964
Kart sahibi: Orucova Samirə
📞 Əlaqə nömrəsi: 070 525 62 03
6.64 KB
❤ 38😢 6
İlin sonunadək Xocavənd şəhəri və ətraf kəndlərə 1552 ailənin köçü nəzərdə tutulub
👍 47❤ 7
