fa
Feedback
HƏRBİ XƏBƏRLƏR

HƏRBİ XƏBƏRLƏR

رفتن به کانال در Telegram

🔹Kanal hərbi xəbərlərin düzgün və təhrif olunmadan paylaşılması, dezinformasiyalardan yayınmaq üçün yaradılmışdır. ➡️ Reklam & Əməkdaşlıq 🔸Əlaqə saxlamaq | Məlumat & Xəbər göndərmək ⤵️ 📲 @Shahmuradov_002

نمایش بیشتر
2025 سال در اعدادsnowflakes fon
card fon
54 735
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-167 روز
-1630 روز
آرشیو پست ها
❗️Rusiya XİN: Azərbaycanda saxlanılan rusiyalıların azad edilməsi dövlətlərarası münasibətlərin sabitləşməsi prosesində əhəmiyyətli addım olardı.
نمایش همه...
🤮 79👎 7
Photo unavailableShow in Telegram
Nəcməddin Sadıkov dindirilmək üçün Türkiyəyə aparılıb 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin o vaxtkı Baş Qərargah rəisi Nəcməddin Sadıkov Türkiyə xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.  Savasmedia xəbər verir ki, bu barədə nüfuzlu "Middle East Eye" qəzetinin müxbiri Raqip Soylu diplomatik mənbələrə istinadən yazıb. İddiaya görə, 44 günlük müharibə zamanı Ankara təkcə Azərbaycanı pilotsuz uçuş aparatları, elektron döyüş sistemləri və kəşfiyyat vasitələri ilə təmin etməyib, . Azərbaycan ordusundakı rusiyapərəst ünsürlərin müəyyənləşdirilməsində fəal rol oynayıb. "Həmin şəxslərdən biri isə Rusiya ilə əlaqələri şübhə doğurmayan Azərbaycan Silahlı Qüvvələrinin o zamankı Baş Qərargah rəisi Nəcməddin Sadıqov idi. Vəziyyətlə tanış olan mənbə bildirib ki, Türkiyə hakimiyyəti müharibə zamanı onun deportasiyasını təşkil edib, dindirilmək üçün Türkiyəyə gətirib və yalnız bundan sonra onun Rusiyaya qayıtmasına icazə verib".
نمایش همه...
88👍 40👏 3🤣 1
Photo unavailableShow in Telegram
🇺🇦Zelenski Alyaskadakı danışıqların nəticələrini tanımayacağını bəyan edib “Ukrayna haqqında Ukraynasız danışmaq mümkün deyil və bunu heç kim qəbul etməyəcək. Ona görə də bu danışıqlar onların ikitərəfli gündəliyi üçün əhəmiyyətli ola bilər, amma Ukrayna ilə bağlı bizsiz heç bir qərar qəbul edə bilməzlər. Ümid edirəm ki, ABŞ prezidenti bunu anlayır və nəzərə alır”, – Zelenski vurğulayıb.
نمایش همه...
87👍 34🤣 6🤮 1
🎖️Millət vəkili Hicran Hüseynova 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
نمایش همه...
🤮 63🤬 13 4👍 4🤣 3
İran və Ermənistan XİN rəhbərlərinin telefon danışığı olub, Vaşinqton görüşünün detallarını müzakirə edib. İranın xarici işlər naziri vurğulayıb ki, heç bir yol İranın digər tranzit yollarına çıxışına mane olmamalıdır.
نمایش همه...
🤮 38 4👏 3👎 2🤣 2
Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər qurulacaq.
نمایش همه...
54👍 46👎 15👏 8
SON DƏQİQƏ❗️Ermənistanla paraflanmış sülh sazişinin MƏTNİ AÇIQLANIB
نمایش همه...
👍 67 16
🇷🇺🇦🇲Putin və Paşinyan arasında telefon danışığı baş tutub
Nikol Paşinyan avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Tramp və Prezident İlham Əliyevlə görüşün yekunları barədə ətraflı məlumat verib. Vladimir Putin İrəvanla Bakı arasında davamlı sülhün təmin olunması istiqamətində atılan addımların vacibliyini qeyd edib.
نمایش همه...
18👎 7👍 4🤯 4🤮 1
Sabah Ermənistan XİN rəhbərinin müavini Vaşinqton görüşünün detallarını müzakirə etmək üçün İrana səfər edəcək.
نمایش همه...
🤣 32 2👎 2👍 1
🇮🇷İran prezidenti Məsud Pezeşkian jurnalistlərin Zəngəzur dəhlizi ilə bağlı sualını cavablandırıb. Pezeşkiyan bildirib ki, İslam Respublikasının bu marşrutla bağlı tələbləri nəzərə alınıb. Onun sözlərinə görə, məsələ xəbərlərdə şişirdildiyi kimi deyil. ABŞ-ın regionda iştirakı ilə bağlı İranda narahatlığın olub-olmadığı sualını Pezeşkian belə cavablandırıb.
Bu, məsələlərdən biridir. Amma əsas odur ki, ərazi bütövlüyü, eləcə də Avropaya və ya şimala gedən yolumuzun bağlanmaması məsələləri nəzərə alınıb. Yeganə narahatlıq isə bu yolun amerikalı və erməni şirkətlər tərəfindən inşa ediləcək olmasıdır”.
نمایش همه...
52🤮 2👏 1
Azərbaycan və Ukrayna liderləri Rusiya tərəfindən SOCAR-ın neft anbarına hava zərbələrinin endirilməsini pisləyiblər. Bildirilib ki, bu məqsədyönlü zərbələrin endirilməsi Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacaq.
نمایش همه...
👍 70 18
Photo unavailableShow in Telegram
🇦🇿🇺🇦Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Ukrayna Prezidenti dövlətimizin başçısını ABŞ-da Prezidenti Donald Trampın dəstəyi ilə Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə təbrik edib və bu görüşün tarixi xarakter daşıdığını vurğulayıb.
نمایش همه...
👍 88 25🤣 3👎 1
Photo unavailableShow in Telegram
🔴 Roma Papası XIV Leo ənənəvi bazar günü xütbəsi zamanı Ermənistan və Azərbaycanın sülh Bəyannaməsini imzalamalarını alqışlayıb. "Müharibələrin bitməsi üçün dua etməyə davam edək. Mən Ermənistan və Azərbaycanı birgə sülh Bəyannaməsini imzalamaları münasibətilə təbrik edirəm. Ümid edirəm ki, bu, Qafqazda davamlı sülhün bərqərar olmasına töhfə verəcək", - deyə pontifik bildirib.
نمایش همه...
61👍 25🤬 1
Photo unavailableShow in Telegram
Xocavənd və Ağdam rayonlarında güclü yanğınlar başlayıb. Yanğınlar Xocavənd rayonunun Çörəkli kəndi ərazisindəki meşə massivi və Ağdam rayonunun Novruzlu kəndi ərazisindəki açıq ərazidə qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və texnikaları cəlb edilib. Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.
نمایش همه...
😢 33👎 18 11🙏 1🤣 1
🇷🇺Rusiya XİN-in rəsmisi Mariya Zaxarova: “Regional təhlükəsizlik üçün bu əsas məqsədə çatmağa kömək edən bütün səyləri ardıcıl olaraq dəstəkləyirik. Bununla əlaqədar Cənubi Qafqaz respublikalarının liderlərinin Vaşinqtonda Amerika tərəfinin vasitəçiliyi ilə görüşü müsbət qiymətləndirməyə layiqdir”.
نمایش همه...
🤮 47🤣 39 12👍 10🤯 2
⚡️⚡️İran Ali Liderinin baş müşaviri Əli Əkbər Vilayəti: “İran ABŞ-nin nəzarətində Ermənistan ərazisində dəhliz yaradılmasının qarşısını Rusiyanın köməyi olsun, ya olmasın, alacaq. Azərbaycanla Naxçıvan arasında dəhlizə ehtiyac olmadan keçid yaradıla bilər. Cənubi Qafqaz Trampın icarəyə verə biləcəyi daşınmaz əmlak deyil. Lazım gələrsə, bura ABŞ muzdluları üçün qəbiristana çevriləcək.”
نمایش همه...
🤣 112🤮 13👍 4 2
BİRGƏ BƏYANNAMƏ ✅1. Biz, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş Naziri 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində görüşərək, aşağıdakıları bəyan edirik: ✅2. Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik. Bu kontekstdə, biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik və ölkələrimiz arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurğuladıq; Biz, həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik etdik. Biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq; ✅3. Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir; ✅4. Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik; ✅5. Biz BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edirik. Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik; ✅6. Biz bu Zirvə görüşünün regionda qarşılıqlı hörmət və sülhün irəlilədilməsi üçün möhkəm təməl təşkil edəcəyinə əminliyimizi ifadə edirik; ✅7. Biz bu vacib Zirvə görüşünə ev sahibliyi çərçivəsində səmimi qonaqpərvərliyə və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ikitərəfli əlaqələrin normallaşdırılmasının irəlilədilməsinə vacib töhfələrinə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa dərin minnətdarlığımızı ifadə edirik. Bu Bəyannamə 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində imzalanmışdır. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Nikol PAŞİNYAN Ermənistan Respublikasının Baş naziri Şahidlik etdi: Donald Tramp Amerika Birləşmiş Ştatlarının Prezidenti
نمایش همه...
110👍 46🤣 4😎 2🤮 1
❗️İlham Əliyev: Ağ Evdə paraflanan sülh müaviləsi əminəm ki, artıq bölgəyə sülh gətirib 🇦🇿İlham Əliyev: Ermənistanın ev tapşırığı var. Ermənistan Konstitusiyasında olan ərazi iddiaları bu gün imkan vermədi ki, sülh sazişi imzalansın.
نمایش همه...
56👍 22
00:13
Video unavailableShow in Telegram
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
نمایش همه...
IMG_2597.MP44.36 MB
👍 87 18👏 8
🇦🇿❗️Prezident İlham Əliyev: Bu gün burada baş verənlər daimi sülhlə nəticələnəcək. Bizim hansısa şübhəmiz olsaydı, buraya gəlməzdik. Nə mən, nə də baş nazir Paşinyan geri çəkiləcəyik. Əmin ola bilərsiniz.
نمایش همه...
👍 117 18