Operativ Media
رفتن به کانال در Telegram
Bizdən xəbər al! Reklam və sponsorluq üçün əlaqə: @operativadmin Bizə xəbər ver: info@operativmedia.az
نمایش بیشتر2025 سال در اعداد

61 487
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
+97 روز
+41730 روز
آرشیو پست ها
İlham Əliyev Ağdamda metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında iştirak edib
Photo unavailableShow in Telegram
⚡️ Rəqəmsal izləmə təcrübəsində yeni mərhələ Kinon-da başlayır — AI funksiyaları artıq istifadədədir.
● Artıq məzmun seçimi daha rahat, daha ağıllı və daha sürətlidir.
● Bu, ölkənin OTT bazarında ilk dəfə təqdim olunan innovativ texnologiyadır.
● Yeni AI axtarış funksiyası ilə istədiyin məzmunu saniyələr içində tap, izləmə tarixçənə uyğun süni intellekt əsaslı film, serial və veriliş tövsiyələri əldə et.
● AI sənin zövqünə uyğun seçimlər etsin, sən isə sadəcə izləməyin keyfini çıxar.
➡ Elə indi Kinon tətbiqini yüklə və yeniliyi sına:
https://onelink.to/3gnet5
Qeyd: AI axtarışı yalnız istifadəçi sorğusu müəyyən tələblərə cavab verdikdə aktiv olur.
Sorğu tələbləri:
– minimum 3 söz
– minimum 12 simvol
Nümunələr: “Quldurlar haqqında filmlər”, “Şahzadə haqqında hekayə”.
Photo unavailableShow in Telegram
Ceyhun Bayramov Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Mariya Papakonstantinunu qəbul edib.
Prezident: “Böyük Qayıdış” Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır.
Prezident Xocalının Ballıca kəndində ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsinin açılışında iştirak edib.
🟢 Prezident İlham Əliyevin Xankəndi səfəri:
● Kərkicahan qəsəbəsində görülən işlərlə tanış olub
● Kərkicahan qəsəbəsinə köçən sakinlərlə görüşüb
● Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub
● Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında iştirak edib
● Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib
Xəbər yenilənir
Prezident Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında iştirak edib
⚡Azərbaycan QHT-ləri ABŞ-ın Lemkin İnstitutunu üzr istəməyə çağırır
Photo unavailableShow in Telegram
Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub.
Pakistanın Baş naziri Şahbaz Şərif İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Photo unavailableShow in Telegram
Prezident İlham Əliyev Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşüb.
Photo unavailableShow in Telegram
İlham Əliyev Xankəndidə Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binasının əsaslı təmirdən sonra açılışında iştirak edib.
Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev İlham Əliyevi ad günü münasibətilə təbrik edib:
"Sizin səyləriniz sayəsində Azərbaycan Respublikası dövlətçiliyinin möhkəmləndirilməsində və əhalisinin sosial-iqtisadi rifahının yaxşılaşdırılmasında nəzərəçarpan nəticələr əldə edib" - Medvedev məktubunda qeyd edib.
⚡️Rusiya Azərbaycan üzərindən Ermənistana taxıl göndərməyə başlayıb
Photo unavailableShow in Telegram
⚡️Prezident İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub
Naxçıvanda “Dövlət qurumları İnformasiya Təhlükəsizliyi üzrə rəhbərlərinin VII Zirvə Toplantısı” keçirilib
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən:
● 2025-ci ilin 11 ayı ərzində “AzStateNet” şəbəkəsi üzrə tətbiq edilən yeni nəsil mühafizə avadanlıqları vasitəsilə 430,215,000 zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 24,571,000 və “Sandbox” mühafizə sistemi vasitəsilə isə 92,600-dən çox zərərverici tərkibli elektron sənəd blok edilərək son istifadəçilərin yoluxmasının qarşısı alınıb
● 3 Rüb ərzində mərkəzləşdirilmiş elektron poçt xidməti vasitəsilə 12 milyondan çox elektron poçt emal edilib, onlardan 9 milyonu istifadəçilərə çatdırılıb, 3 milyona (25%) yaxın elektron poçt isə təhlükəsizlik riskləri doğurduğundan bloklanıb
● 1992-ci ildən fəaliyyət göstərən və dünya üzrə 60.000-dən çox təşkilat və müəssisə
tərəfindən istifadə edilən qlobal elektron poçt sistemində uzaqdan müdaxiləyə imkan verən, XRİTDX mütəxəssisləri tərəfindən aşkar edilmiş üç boşluq ABŞ-nin Milli
Standartlar və Texnologiya İnstitutu (nist.gov) tərəfindən identifikasiya edilərək Milli
Zəifliklər Verilənlər Bazasında (NVD) qeydiyyata alınmışdır.
⚡️İki beynəlxalq reys Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib
● Finair - sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəbi ilə
● “Cargolux Airlines” - təyinat aeroportunda mövcud olan əlverişsiz meteoroloji şərait səbəb ilə.
Photo unavailableShow in Telegram
Prezident "Şəhərsalma və Memarlıq İli" ilə bağlı paylaşım edib
Azərbaycan və Çin arasında turizm əlaqələrinin inkişaf istiqamətləri müzakirə olunub
• Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib.
• Səfər çərçivəsində Azərbaycan və Çin arasında turizm əlaqələrinin inkişaf istiqamətləri dekabrın 17-də Çin Xalq Respublikasının paytaxtı Pekində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Çinin Mədəniyyət və turizm naziri Sun Yeli arasında keçirilən görüşdə müzakirə olunub.
• Fuad Nağıyev Azərbaycan və Çin arasında son illərdə turizm əlaqələrinin dinamik və yüksələn xətlə inkişafını qeyd edərək viza rejiminin qarşılıqlı aradan qaldırılmasının turist axınına müsbət təsirini vurğulayıb.
• O, Azərbaycanın turizm potensialının Çində tanıdılması məqsədilə aparılan genişmiqyaslı marketinq və tanıtım kampaniyalarının davam etdiriləcəyini bildirərək turizm əlaqələrinin yeni mərhələsi kimi Azərbaycanın Çində turizm nümayəndəliyinin açılmasının planlaşdırıldığını qeyd edib.
