HƏRBİ XƏBƏRLƏR
Открыть в Telegram
🔹Kanal hərbi xəbərlərin düzgün və təhrif olunmadan paylaşılması, dezinformasiyalardan yayınmaq üçün yaradılmışdır. ➡️ Reklam & Əməkdaşlıq 🔸Əlaqə saxlamaq | Məlumat & Xəbər göndərmək ⤵️ 📲 @Shahmuradov_002
Больше2025 год в цифрах

54 735
Подписчики
Нет данных24 часа
-167 дней
-1630 день
Архив постов
❗İsrailin Təhlükəsizlik Kabineti girovların azad edilməsi və Qəzzada döyüşlərin dayandırılması ilə bağlı razılaşmanı müzakirə etmək üçün toplanır.
Bu barədə “Times of Israel” məlumat yayıb.
Bundan sonra hökumətin tam tərkibi sazişi ratifikasiya etmək üçün bir araya gələcək.
❤ 20
Putin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı kompensasiya ödəniləcəyini, günahkarların cəzalandırılacağını deyib
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə görüşə AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti müzakirə etməklə başlamağı təklif edib.
APA xəbər verir ki, bu gün Düşənbədə keçirilən görüş zamanı Putin bir daha qəza ilə bağlı başsağlığını çatdırıb, qəzadan sonra telefon danışığı zamanı üzr istədiyini xatırladıb.
Rusiya Prezidenti bildirib ki, baş vermiş hadisə üzrə araşdırma davam edir və yaxın vaxtda başa çatacaq.
Hadisə haqda danışan Putin qeyd edib ki, həmin gün Rusiyanın hava məkanına müdaxilələr olub və Rusiya HHQ tərəfindən atəş açılıb. Atəş təyyarəyə açılmasa da, qəlpələr təyyarəyə dəyib
“Bununla əlaqədar kompensasiyalar ödəniləcək və günahkarlar cəzalandırılacaq”, - deyə Putin vurğulayıb.
👍 47❤ 10
00:51
Видео недоступноПоказать в Telegram
🇦🇿🇷🇺⚡ Putin Əliyevə AZAL-ın təyyarəsinin aviaqəzaya uğraması ilə bağlı vəziyyətin müzakirəsindən görüşə başlamasını təklif edib
Putin Əliyevə bildirib ki, AZAL təyyarəsinin faciəsinin Rusiya səmasında baş verməsinə görə üzr istəyib
Rusiya prezidenti təyyarə qəzasında həlak olanların ailələrinə ən səmimi başsağlığı diləyib
Rusiya əldə olunmuş razılaşmalar çərçivəsində Azərbaycan təyyarəsinin qəzaya uğramasının araşdırılmasına tam dəstək verir
Putinin sözlərinə görə, faciənin səbəblərindən biri Ukrayna pilotsuz uçuş aparatının aviaqəza bölgəsində olmasıdır.
IMG_4350.MP418.73 MB
🤬 59👍 10❤ 3
Qəzzada iki illik müharibədən sonra atəşkəs və müharibənin dayandırılması üçün razılıq əldə olunub.
Bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi X-də yazıb.
Sisi ABŞ prezidenti Donald Trampın planına uyğun olaraq, atəşkəsin həyata keçirilməsi və Qəzzada 2 illik iztirabdan sonra müharibənin dayandırılması üçün əldə edilən razılaşmanın əldə edildiyini bildirib.
“Dünya sülh iradəsinin müharibə məntiqi üzərində qələbəsini təcəssüm etdirən tarixi bir məqamın şahidi olur”,- o qeyd edib.
👍 35❤ 3
⚡️⚡️Tramp İsrail və HƏMAS arasında sülh planının birinci mərhələsinin imzalandığını elan edib.
"Bu o deməkdir ki, bütün girovlar çox tezliklə azad olunacaq, İsrail isə uzunmüddətli və daimi sülhə doğru ilk addım kimi qoşunlarını razılaşdırılmış xəttə çəkəcək", –
ABŞ Prezidenti “Truth Social” sosial şəbəkəsində yazıb.
👍 32❤ 4👎 1
🇦🇿🇹🇷🇬🇪 Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.
▪️Gürcüstan Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani görüşdə iştirak etmək üçün Türkiyəyə səfərə yola düşüb.
▪️Müdafiə nazirləri üçtərəfli formatda strateji tərəfdaşlıq məsələlərini və əməkdaşlığın inkişaf etdirilməsi planlarını müzakirə edəcəklər.
▪️Çikovani türkiyəli və azərbaycanlı həmkarları - Yaşar Gülər və general-polkovnik Zakir Həsənovla ikitərəfli görüşlər də keçirəcək.
▪️Görüşdən sonra nazirlər birgə bəyannamə imzalayacaqlar və bəyanatlarla çıxış edəcəklər.
▪️Qeyd edilib ki, müdafiə nazirlərinin görüşü hər il rotasiya əsasında Azərbaycan, Türkiyə və Gürcüstanda keçirilir.
Gələn il üçtərəfli görüşə Azərbaycan ev sahibliyi edəcək.
👍 28❤ 12😢 1
00:36
Видео недоступноПоказать в Telegram
🔥 Rusiyanın Novosibirsk şəhərində yerləşən "Lehim Zavodu"nda yanğın baş verib.
Sözügedən zavod elektron cihazlar və mikroçiplərin istehsalı ilə məşğuldur. Müəssisə əsasən, Rusiya ordusu üçün silah sistemləri, rabitə vasitələri və digər hərbi texnikalarda istifadə olunan komponentlərin birləşdirilməsi (lehimlənməsi) sahəsində ixtisaslaşıb.
IMG_4327.MP47.02 MB
❤ 48👏 26👍 10😎 5🤮 3
Фото недоступноПоказать в Telegram
🇦🇿İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Gəncəyə üçüncü raket hücumundan 5 il ötür.
😢 84🙏 25❤ 2👍 2🤣 1
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Orduda (Naxçıvan korpusu) ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ehtiyatdan çağırılan hərbi vəzifəlilər qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunub.
Hərbi vəzifəlilərlə müxtəlif mövzularda maarifləndirici söhbətlər aparılıb, onlara hərbi nizamnamələrin və müvafiq qanunvericiliyin tələbləri xatırladılıb, təhlükəsizlik qaydaları çatdırılıb.
❤ 15👍 8
01:28
Видео недоступноПоказать в Telegram
💔 5 yaşlı Nihatın köməyə ehtiyacı var
Xəstənin anası: Mən, Orucova Samirə — tək anayam və övladlarıma təkbaşına baxıram. Oğlum Nihat (2019-cu il təvəllüdlü) səhhəti ilə bağlı ciddi problemlər yaşayır və müalicəyə ehtiyacı var. Bir kurs müalicənin dəyəri 300 manatdır. Hazırda yaşıdlarından geri qalır, bir çox şeyə reaksiya vermir və bu müalicə onun inkişafı üçün həyati əhəmiyyət daşıyır.
Kim imkanı çatan qədər dəstək ola bilsə, böyük kömək etmiş olar.
💳 Kapital Bank kartı: 5239 1517 3928 6964
Kart sahibi: Orucova Samirə
📞 Əlaqə nömrəsi: 070 525 62 03
56.52 MB
❤ 26
Türk Dövlətləri Təşkilatının Qəbələ Zirvə görüşündə dövlətlərimiz arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın artırılması zəruri sayılıb.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün yekunları ilə bağlı mətbuat konfransında bildirib.
“Zirvə Görüşü sübut etdi ki, TDT sülh və sabitliyin təmin edilməsi üçün mühüm regional təşkilatdır. Qəbul edilən qərarların Türk dövlətləri arasında dostluq və əməkdaşlığa töhfə verəcəyinə əminik”, - nazir qeyd edib.
❤ 35👍 16🤣 3
Фото недоступноПоказать в Telegram
ABŞ Ukraynada Rusiya tərəfində döyüşən 5000-ə qədər kubalı olduğunu iddia edir.
Xəbərdə deyilir ki,Şimali Koreyadan sonra Kuba Rusiyanın təcavüzünə ən böyük xarici qoşun tədarükçüsüdür: Ukraynada təxminən 1000-5000 kubalı döyüşür”
🤬 61❤ 12🤮 2🤯 1
Фото недоступноПоказать в Telegram
⚡️TDT Dövlət Başçıları Şurasının Zirvə Görüşü keçirilir.
❤ 54
00:48
Видео недоступноПоказать в Telegram
🇸🇾 Suriyada döyüşlər yenidən alovlanır
Hələbdə Suriya ordusu ilə kürd YPG yaraqlıları arasında toqquşmalar başlayıb.
Məlumata görə, silahlı qruplaşma Suriya hökuməti ilə martın 10-da imzalanmış müqaviləni pozaraq şəhərdəki təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə hücum edib.
IMG_6039.MP44.03 MB
👎 57❤ 12
🇷🇺📞 🇮🇱Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
▪️Kremlin məlumatına görə, tərəflər Yaxın Şərqdəki son hadisələri və ABŞ prezidentinin Qəzza zolağında normallaşma planını müzakirə ediblər.
▪️Putin Rusiyanın Fələstin məsələsinin beynəlxalq hüquq əsasında ədalətli və hərtərəfli həllini dəstəklədiyini bir daha vurğulayıb.
▪️Danışıq zamanı həmçinin İranın nüvə proqramı və Suriyada sabitliyin möhkəmləndirilməsi istiqamətində mümkün addımlar da müzakirə olunub.
🤮 31❤ 7
Фото недоступноПоказать в Telegram
TVNETDƏN FUTBOL AZARKEŞLƏRİNƏ DAHA BİR XOŞ XƏBƏR!
Artıq UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası oyunları da 16 sentyabrdan etibarən TVNET SPORT və SPORT TV kanallarında canlı yayımlanacaq!
Buna qədər Avropanın TOP 5 liqalarının, Klublararası Dünya Çempionatının oyunların yayımlyan TVNET SPORT və SPORT TV kanalları bu həftədən başlayaraq Avropanın ən möhtbər club turnirlərinin yayımlarına başlayır. Hər avrokubok həftəsi izləyicilərə 10dan çox oyun canlı yayımda təqdim olunacaq.
TVNET-ə qoşularaq Siz sitədiyiniz yerdə və istədiyiniz cihazda(smartfon, planşet, smart-tv) futboldan zövq ala bilərsiniz.
Sizə uyğun və sərfəli tarif paketlərindən özünüzə uyğun olanını seçib bütün idman yarışlarına bir platformada HD keyfiyyətlə baxa bilərsiniz.
TVNET – futbol bizdə izlənilir!
Qoşulmaq üçün: ott.tvnet.az
WhatsApp: 055 500 53 35
❤ 8
❗Rəsmi Moskva: Avropa Rusiya ilə hərbi toqquşmaya hazırlıq görür
Qərb Rusiya ilə hərbi qarşıdurma siyasəti aparır.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
Onun sözlərinə görə, Avropanın eskalasiya yolu ilə getdiyi göz önündədir. “Bu, Qərb ölkələrinin Ukraynanın verdiyi yardımların artmasında, oraya getdikcə daha çox uzaqmənzilli və öldürücü silahlar göndərməsində özünü göstərir. Bu, həm də NATO-nun təlimlərin sayının artdığı şərq cinahındakı hərbi-siyasi vəziyyətdə də özünü göstərir. Bu təlimlər getdikcə daha aqressiv və hücum xarakterı alır.
Əgər hərbi fəaliyyətin xarakterindən və həyata keçirilən hərbi planlaşdırmanın xarakterindən danışsaq, bu, açıq-aydın Rusiya ilə hərbi qarşıdurma siyasətidir və ümumilikdə Rusiya ilə hərbi toqquşmaya hazırlıqdır”, - rusiyalı nazir müavini vurğulayıb.
👍 13❤ 11🤯 1
Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti şəhid ailələrini ziyarət edib.
❤ 51👍 32🤮 3
Фото недоступноПоказать в Telegram
🥀 44 günlük Vətən müharibəsi iştirakçısı Vüsal Məhərrəm oğlu Əliyev vəfat edib. 27 yaşlı V.Əliyev Babək rayonunun Nehrəm qəsəbəsində dünyasını dəyişib. O, bu gün qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.
😢 118❤ 16🙏 6🤣 2
Фото недоступноПоказать в Telegram
🇷🇺🗣️ “Tomahavk” raketlərinin Ukraynaya çatdırılması Rusiya ilə ABŞ arasında münasibətlərdə yaranan müsbət tendensiyaların məhvinə gətirib çıxaracaq".
- Putin
🤣 98👍 17❤ 6🤮 6😎 2
