Operativ Məlumat Mərkəzi
Відкрити в Telegram
ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin! 📝Reklam və iş birliyi @swommfreeaz
Показати більше2025 рік у цифрах

68 504
Підписники
-35124 години
-1 3497 днів
-2 19230 день
Архів дописів
⚡️Peskov: Kreml Azərbaycan Prezidenti İlham Əliyevin sıx iş qrafikinə görə Sankt-Peterburqa səfərini ləğv etməsini başa düşür.
"Moskva və Bakı tərəfdaşlıq münasibətlərini inkişaf etdirməkdə davam edir”.
😁 31👍 9❤ 2🤔 1
🇦🇿İlham Əliyev: Azad olunan ərazilərdə 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanıb və quruculuq işlərinə başlanılıb.
❤ 12👍 6
🇮🇷🇷🇺İran XİN: İran Avropanın tələbi ilə Rusiya ilə münasibətləri kəsmək niyyətində deyil.
😁 14❤ 3👍 3🤔 1🤓 1
🇦🇿:chinaAzərbaycan və Çin arasında turizm əlaqələrinin inkişaf istiqamətləri müzakirə olunub
Çində keçirilən “CITM 2025” (“China International Travel Mart”) beynəlxalq turizm sərgisi çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib. Səfər çərçivəsində Azərbaycan və Çin arasında turizm əlaqələrinin inkişaf istiqamətləri dekabrın 17-də Çin Xalq Respublikasının paytaxtı Pekində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Çinin Mədəniyyət və turizm naziri Sun Yeli arasında keçirilən görüşdə müzakirə olunub. Tərəflər cənab Prezident İlham Əliyev və cənab Sədr Si Cinpinin səyləri ilə son dövrlərdə Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının bütün sahələr kimi turizm əlaqələrinin də inkişafına töhfə verdiyini qeyd ediblər. Görüşdə çıxış edən Fuad Nağıyev Azərbaycan və Çin arasında son illərdə turizm əlaqələrinin dinamik və yüksələn xətlə inkişafını qeyd edərək viza rejiminin qarşılıqlı aradan qaldırılmasının turist axınına müsbət təsirini vurğulayıb. Agentlik sədri Azərbaycanın turizm potensialının Çində tanıdılması məqsədilə aparılan genişmiqyaslı marketinq və tanıtım kampaniyalarının davam etdiriləcəyini bildirərək turizm əlaqələrinin yeni mərhələsi kimi Azərbaycanın Çində turizm nümayəndəliyinin açılmasının planlaşdırıldığını qeyd edib. O həmçinin yerli turizm sənayesinin çinli turistləri qarşılamaq üçün hazırlıq səviyyəsini artırmaq məqsədilə hazırlanmış “China Ready” proqramı haqqında məlumat verib, eləcə də ötən ay Bakıda keçirilən “China Visitors Summit” tədbirinin iki ölkənin turizm sənayesi nümayəndələri arasında əməkdaşlığın dərinləşməsi üçün vacib addımlardan biri olduğunu qeyd edib. Çinin Mədəniyyət və turizm naziri Sun Yeli öz növbəsində Azərbaycan və Çin arasında iqtisadi və siyasi münasibətlərinin son illərdə möhkəmlənməsi, bunun turizmə müsbət təsirləri, çinli turistlərin Azərbaycana səfər etmələri üçün Azərbaycanın turizm imkanlarının Çin bazarında tanıdılmasının vacibliyini qeyd edərək, bu istiqamətdə birgə fəaliyyətin və turizm sənayesi nümayəndələri arasında ikitərəfli əlaqələrin genişlənməsinin önəmini qeyd edib. Nazir Sun Yeli diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan-Çin əlaqələrinin qarşılıqlı faydalı tərəfdaşlıq üzrə inkişaf etdiyini, Azərbaycan turizm bazarının çinli turistlər üçün maraqlı olduğunu diqqətə çatdırıb. Görüşdə Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov da iştirak edib. Azərbaycanın turizm imkanlarının tanıdıldığı “CITM 2025” sərgisində milli stenddə ölkəmiz Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları” QSC, "Şahdağ" Turizm Mərkəzi və digər yerli tərəfdaşlarla təmsil olunub. Sərgi çərçivəsində Azərbaycan milli stendi “Ən yaxşı stend” nominasiyasına layiq görülüb. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Çin Xalq Respublikasının Haykou şəhərində keçirilən sərginin açılış mərasimində iştirak edib. Həmçinin sərgi çərçivəsində Azərbaycan stendini ziyarət edən Çin Xalq Respublikasının Mədəniyyət və turizm nazirinin müavini Gao Zheng və BMT Turizmin Baş katibi Zurab Pololikaşvili ilə Fuad Nağıyev arasında görüş keçirilib.
👍 14❤ 1
❗️Ünvanlı dövlət sosial yardımı alan ailələrə 200 manat məbləğində birdəfəlik maddi yardım veriləcək
👍 21
⚡️Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edilib
👍 20😁 9❤ 4
Фото недоступнеДивитись в Telegram
🇦🇿🇹🇷Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib.
👍 18
Фото недоступнеДивитись в Telegram
☄️Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyevlə birgə məhkum edilən müavini Gültəkin Sadıqova da azadlığa buraxılıb.
Xatırladaq ki, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev, Gültəkin Sadıqova və digər vəzifəli şəxslər 5 il əvvəl korrupsiya ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilmişdi. G.Sadıqova son qərarla 4 il 6 ay azadlıqdan məhrum edilib.
🤷♂ 11😨 4❤ 3🤔 1
Фото недоступнеДивитись в Telegram
💥Müğənni Dəniz Əsədova Amnistiya aktı ilə azadlığa buraxılıb.
Qeyd edək ki, Dəniz Əsədova bundan əvvəl dələduzluqda və bir neçə nəfərə qarşı təhqir və böhtan səbəbindən xüsusi ittiham qaydasına məhkum edilib. O, vəkil Asim Abbasovu təhqir və böhtan atdığı səbəbindən Binəqədi rayon Məhkəməsinin hökmü ilə 7 ay azadlıqdan məhrum edilib. Daha sonra başqa bir şəxsi də təhqir etməsi və böhtan atması səbəbindən onun cəzası artırılıb.
🤔 9🤷♂ 3❤ 3👍 2😨 2
⚡️Bu gün Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən 22 qadın azadlığa buraxılır. Onlardan ikisi azyaşlı övladı ilə saxlanılır. Məhkumlardan biri Konqo vətəndaşıdır.
👍 9😢 5😨 3🕊 2❤ 1🤔 1
🚇"Bakı Metropoliteni"nin yığılmış zərəri 3 milyard manatı keçib
😁 23❤ 1😱 1
❗️İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etməyəcək
Dövlət başçısı bu gün MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə isə iş qrafikinin sıxlığına görə iştirak edə bilməyəcək - Prezident Administrasiyası
👍 17❤ 2
🟢Azərbaycanda cəzaçəkmə müəssisələrində amnistiya aktının icrasına başlanılıb
❤ 9😱 2👍 1
Фото недоступнеДивитись в Telegram
⚡️Paşinyan Azərbaycan ərazisindən Ermənistana yük daşımalarının blokdan çıxarılması ilə bağlı qərara görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
👍 36🤓 7❤ 1🤔 1🤩 1
