HƏRBİ XƏBƏRLƏR
Kanalga Telegram’da o‘tish
🔹Kanal hərbi xəbərlərin düzgün və təhrif olunmadan paylaşılması, dezinformasiyalardan yayınmaq üçün yaradılmışdır. ➡️ Reklam & Əməkdaşlıq 🔸Əlaqə saxlamaq | Məlumat & Xəbər göndərmək ⤵️ 📲 @Shahmuradov_002
Ko'proq ko'rsatish2025 yil raqamlarda

54 735
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-167 kunlar
-1630 kunlar
Postlar arxiv
Repost from TgId: 1649327267
Rusiyanın Ermənistandakı hərbi bazası haqqında
Son həftələrdə Rusiya Silahlı Qüvvələrinin Ermənistandakı hərbi bazasına şəxsi heyət və texnika göndərməsi barədə xəbərlər yayılır. Moskva-Bakı münasibətlərinin "çətin dövründə" bu məlumat Azərbaycan cəmiyyətinin diqqətini cəlb edir.
Məsələyə aydınlıq gətirməyə çalışaq.
Rusiyanın hərbi bazası Ermənistanda müqavilə əsasında fəaliyyət göstərir (link sonda). Sənədin əvvəlində hərbi bazanın məqsədləri qeyd olunur.
3-cü Protokolda bazada yerləşdirilə biləcək texnika və silahların siyahısı qeyd edilir. Siyahı kifayət qədər sanballıdır və üstəlik, burada aviasiya parkı da var.
Rusiyanın müharibə aparması və silaha ehtiyacını nəzərə alaraq, cari göndərişin iki məqsədi ola bilər:
- 2022-ci ilin fevralından əvvəlki sayın bərpası;
- Texnika və şəsxi heyətin artırılması.
İkinci halda Ermənistan hökuməti texnika və şəxsi heyətin sayının müqavilədə müəyyən edilmiş limitlərə uyğunluğunu yoxlaya bilər (Maddə 13: "Şəxsi heyətin ümumi sayı, silah və texnikanın miqdarı tərəflərin razılaşması ilə müəyyən edilir").
Ermənistan bu göndərişə mane ola bilərmi?
Maddə 18: "Ermənistan tərəfi Rusiya hərbi bazasının hərbi qüvvələrinin Ermənistan Respublikasının dövlət sərhədindən keçməsini təmin edir.
Ermənistan tərəfi Rusiya hərbi bazasına və əks istiqamətə göndərilən yüklərin keçidinə hər cür kömək göstərir və onların öz ərazisində qorunmasını təmin edir. Rusiya hərbi bazasının say tərkibinə daxil olmayan hərbi qüvvələrin Ermənistan Respublikasının ərazisinə daxil edilməsi qərarı tərəflərin birgə razılaşması ilə qəbul edilir".
Yəni, limitləri aşan hər şey ayrıca müzakirə olunur!
Belə çıxır ki, İrəvan bazadakı şəxsi heyət və texnikanın əvvəlki sayının bərpası üçün olan göndərişlərə mane ola bilməz!
Lakin Ermənistan XİN 6 iyulda qısa və çoxmənalı bir bəyanat yayıb: "Ermənistan Respublikası öz prinsipial mövqeyini təsdiq edir: Ermənistanın ərazisi üçüncü ölkələr tərəfindən hər hansı bir qonşu dövlətə qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadə edilə bilməz".
Bu nəyə işarədir?
Potensial təhlükə Azərbaycan və Türkiyədən gələ bilər. Amma hal-hazırda de-fakto sülh şəraitində Azərbaycan və Türkiyə tərəfindən heç bir təhdid yoxdur!
Rusiya hərbi bazası yalnız Ermənistan hökumətinin sorğusu əsasında aktivləşdirilə bilər. Bu cür sorğu 2021-ci ildə olub və Rusiya hərbçiləri Azərbaycanla sərhədə yerləşdirilib, lakin sonra sorğu geri çəkilib. Hal-hazırda Paşinyan hökumətindən belə bir sorğu yoxdur.
Bəs Rusiya hərbi bazası Ermənistan rəsmiləri ilə razılaşdırmadan öz resurslarından kiməsə qarşı istifadə edə bilərmi?
Məsələn, Rusiya hərbi əməliyyat aparır və Ermənistandakı hərbi bazanın resurslarından istifadə etmək qərarına gəlir...
Belə halda quru əməliyyatları məhdudlaşacaq, çünki hərbi texnika və şəxsi heyətin bazadan kənara çıxması Ermənistan hökuməti ilə razılaşdırma tələb edir.
Bəs hava hücumları? Bax bu maraqlıdır...
Maddə 17: "Ermənistan tərəfi, Rusiya hərbi bazasının maraqları üçün ərazisi üzərindən uçuşların həyata keçirilməsinə əvvəlcədən təqdim olunmuş müraciətlər əsasında maneə törətmir. Uçuşlar razılaşdırılmış marşrutlar və zonalar üzrə həyata keçirilə bilər ki, bunlar Rusiya hərbi bazasının komandanlığı və Ermənistan Müdafiə Nazirliyi tərəfindən razılaşdırılır".
Razılaşdırma elementi olsa da, müraciətdə nəyin necə yazılacağı ilə Rusiya qırıcılarının faktiki olaraq hara uçacağı arasında fərq ola bilər. Üstəlik, Ermənistan və Rusiyanın HHM sistemi də birgədir.
Belə nəticəyə gəlmək olar ki, Ermənistan hökuməti Rusiyanın Ermənistandakı hərbi bazasına texnika və şəxsi heyət göndərilməsi prosesinə yalnız o halda məhdudiyyət qoya bilər ki, bazadakı faktiki sayın sənədlərdə göstərilən limitlərə uyğunluğunu yoxlamaq təşəbbüsü göstərsin.
Rusiya hərbi bazasının razılaşdırılmamış aktivliyi halında isə Ermənistan hökuməti, əgər iradəsi çatarsa, yalnız quru əməliyyatlarını dayandıra bilər, hava hücumlarını isə yox.
https://www.mid.ru/ru/foreign_policy/international_contracts/international_contracts/2_contract/47983/
@cssc_cqtm
❤ 22🤯 1🤬 1
Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb
Bu mərhələdə daha 58 ailə - 225 nəfər köçürülüb.
❤ 45👍 30
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Azərbaycan və Ermənistan NATO ilə əməkdaşlığın risklərini anlamalıdır.
🤮 84🤬 22🤣 17👍 6😎 2❤ 1
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb.
Bu mərhələdə daha 44 ailə - 166 nəfər köçürülüb.
❤ 68👍 34
Repost from TgId: 1649327267
Beynəlxalq Respublika İnstitutunun Ermənistanda keçirdiyi sorğu nəyi göstərir?
Sorğunun nəticələri artıq dərc edilib və müxtəlif istiqamətlər üzrə seçilmiş göstəricilər təqdim olunub. Gəlin bəzi rəqəmlərə nəzər salaq.
✓ Ölkə səhv istiqamətdə irəliləyir –49%, düzgün istiqamətdə irəliləyir –36% (səh. 6)
Ermənistan baş naziri üçün heç də yaxşı mənzərə deyil. Özü də Paşinyanın daha çox qayğısına qaldığı gənclər (18-35 yaş) ölkənin gedişatını başqalarından daha artıq yanlış hesab edirlər – 49% (səh. 7).
✓ Digər tərəfdən, siyasi tərcihlərə dair suala cavablar belədir:
- Nikol Paşinyan – 13%
- Ararat Mirzoyan – 5%
- Robert Koçaryan – 4%
- Aram Sarkisyan – 2%
- Alen Simonyan – 2%
Digərləri hər biri 1%. (səh. 13)
Lakin… 61% heç kimə etibar etmir!
Bəs bu 61% kimlərdir?
"Hansı partiyaya səs verərdiniz?" sualına cavablar da (səh. 14) oxşardır. Yenə də 60% ya qərar verə bilmir, ya da inamsızlığa görə seçkilərdə iştirak etmək istəmir!
Bu 60%-in yaş tərkibinə baxdıqda (səh.16) görürük ki, gənclərin 63%-i qeyri-müəyyənlik vəziyyətindədir.
Belə nəticəyə gəlmək olar ki, gənclər mövcud vəziyyətdən narazıdır, yəni etirazçı seçici qrupunu təşkil edir. Eyni zamanda, gənclərin əksəriyyəti nə hakimiyyətə, nə də müxalifətə inanmır və seçkilərdə iştirak barədə qərar qəbul etməyib. Odur ki, Ermənistandakı siyasi qüvvələrin üzərində işləməli olduğu bir auditoriya var. Həmçinin, nə hakimiyyət, nə də "sabiqlər"lə bağlı olmayan üçüncü qüvvə üçün də potensial mövcuddur.
✓ Əsas problemlərin/təhlükələrin sıralaması (səh. 8):
- Təhlükəsizlik/sərhəd – 44%
- İqtisadiyyat/işsizlik – 14%
- İqtisadiyyat/qiymətlər – 12%
- Zəif idarəetmə – 9%
- Təhsil, səhiyyə – hər biri 6%
- Zəif xarici siyasət – 6% və s.
Bu nəticələri yadda saxlayaq...
✓ Azərbaycanla sülh müqaviləsi barədə suala cavablar (səh. 44):
- Dəstəkləyir – 47%
- Dəstəkləmir – 40%
Lakin…
Yaşlı nəsil Azərbaycanla sülhü daha çox dəstəkləyir (58%), gənclərin isə yalnız 38%-i sülhə tərəfdardır. Gənclərin 48%-i sülh müqaviləsinə qarşı çıxır!
Bunu da yadda saxlayaq...
✓ "Paşinyan növbəti 6 ay ərzində nə etməlidir?" sualına cavablar (səh. 27):
- Sülh yaratmaq – 22%
- Təhlükəsizliyi/sərhədlərin toxunulmazlığını təmin etmək – 17%
- Ordunu inkişaf etdirmək – 14%
- Xarici siyasəti dəyişmək – 12%
- İqtisadiyyatı inkişaf etdirmək – 11%
- İstefa vermək – 8% və s.
Göründüyü kimi, ilk dörd məqam Azərbaycanla sülh prosesi ilə bağlıdır.
Burada yadda saxlamalı olduğumuz məsələləri xatırlayaq.
Beləliklə, Ermənistan cəmiyyəti sərhəd təhlükəsizliyi mövzusunda narahatdır, lakin gənclər, passiv şəkildə də olsa, hökumətin hazırkı sülh gündəminə qarşıdır. Bu, Azərbaycana qarşı ərazi iddialarından imtina və sərhəd təhlükəsizliyi müqabilində sülh gündəmi ətrafında xalqla, xüsusən də gənclərlə işləmək üçün Ermənistan hökumətinə bir siqnaldır. Paşinyan Ermənistan cəmiyyətinə, xüsusən də gənclərə məqbul təkliflər edə bilər.
Azərbaycan üçün isə bu, Ermənistanda Konstitusiya referendumunun keçirilməsini əsaslandırmaq üçün yaxşı bir məlumat bazasıdır. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, gələcəkdə Ermənistandan heç bir iddianın olmayacağına dair "dəmir-beton zəmanət" almaq vacibdir. Axı gələcək deyəndə məhz indiki gənclər nəzərdə tutulur!
@cssc_cqtm
👍 28❤ 19
🇪🇺🇺🇦⚡️Bu yaxınlarda ABŞ və Britaniya nümayəndələri Alp dağlarında Yermak, Budanov və Zalujnının iştirakı ilə görüş təşkil ediblər, Zelenskinin dəyişdirilməsi perspektivləri müzakirə edilib.
Rusiya Xarici Kəşfiyyat Xidməti bildirib.
Agentliyin məlumatına görə, amerikalılar və britaniyalılar Zalujnını Ukrayna prezidenti vəzifəsinə irəli sürmək qərarını elan ediblər.
🤣 39❤ 3🤬 2
Ağdamın Xıdırlı kəndinə köç karvanı yola salınıb
Bu mərhələdə 60 ailə (236 nəfər) doğma yurduna qayıdıb.
❤ 42👍 29👏 3
Tarixdə ilk dəfə Rusiya bütün Qərbə qarşı tək müharibə aparır — Sergey Lavrov
"Görəcəyimiz işlər çoxdur. Bu işlərin ən vacibi, təbii ki, düşmənə qalib gəlməkdir. Tarixdə ilk dəfədir ki, Rusiya bütün Qərbə qarşı tək müharibə aparır. Birinci və İkinci Dünya müharibələrində bizim müttəfiqlərimiz var idi. İndi isə döyüş meydanında bizim heç bir müttəfiqimiz yoxdur. Buna görə də yalnız özümüzə güvənməliyik. Heç bir zəifliyə yol vermək olmaz".
🤣 131🤬 13❤ 10🤮 10👍 1
İran XİN: Azərbaycan və Ermənistanı sülh müqaviləsinin imzalanması prosesini sürətləndirməyə çağırırıq.
❤ 31🤮 28👍 11🤯 2👎 1
Photo unavailableShow in Telegram
Milli qəhrəman Natiq Qasımovun anası vəfat edib
😢 274🙏 37❤ 18😎 1
🇰🇵🇷🇺❗️Avqustda işğalçılar Şimali Koreya əsgərlərinin köməyi ilə Ukraynaya qarşı böyük hücuma keçəcəklər, - Reuters
🤬 102❤ 5👍 4🤣 3
01:10
Video unavailableShow in Telegram
Qarabağda baş verən yanğından görüntülər
IMG_2294.MP46.14 MB
👎 33🙏 31😢 7🤬 5❤ 2🤣 1
01:34
Video unavailableShow in Telegram
Rusların Pokrovsk istiqamətində hüçumları uğursuz alınıb
IMG_2288.MP418.20 MB
👍 152❤ 15👏 15👎 1
🔥 Şuşa rayonu ərazisində yanğın başlayıb
Əraziyə FHN-nin yanğınsöndürən briqadaları cəlb olunub. Aparılan tədbirlər nəticəsində yanğının meşə ərazisinə keçməsinin qarşısını alıb. Hadisə şahidlərinin bildirdiyinə görə, yanğın nəticəsində ərazidə bir neçə mina partlayışı da müşahidə edilib. Aparılan işlər nəticəsində yanğın söndürülüb.
👍 20👎 5❤ 3
Photo unavailableShow in Telegram
Türkiyə 48 ədəd KAAN qırıcı təyyarəsinin ixracı üzrə İndoneziya ilə müqavilə imzalayıb.
❤ 96👍 30🤮 2👏 1
FHN: “Meşə yanğınları vətəndaşların məsuliyyətsiz davranışlarından törənir”.
🤬 52👍 6❤ 4👎 2
⚡️Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar başlayıb
Səhər saatlarında başlayan yanğınlar küləyin təsiri ilə geniş əraziyə yayılıb. Yanğın əsasən quru ot və kolluq ərazidədir. Hadisə yerinə FHN-nin yanğınsöndürən briqadaları cəlb edilib. Yanğının geniş əraziyə yayılmasının qarşısı almaq məqsədilə tədbirlər görülür.
😢 20🙏 12❤ 2
⚡️ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukraynadakı vəziyyətlə əlaqədar Vaşinqton Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini nəzərdən keçirir.
👍 65❤ 5
⚡️Hakan Fidan və Ceyhun Bayramov arasında telefon danışığı olub
Azərbaycan-Ermənistan normallaşma prosesi və onun müxtəlif aspektləri, sülh sazişi üzrə cari vəziyyət və perspektivlər, habelə mövcud maneələr və onların həlli istiqamətində səylər müzakirə olunub
👍 36❤ 10🤣 3
