ch
Feedback
Operativ Media

Operativ Media

前往频道在 Telegram

Bizdən xəbər al! Reklam və sponsorluq üçün əlaqə: @operativadmin Bizə xəbər ver: info@operativmedia.az

显示更多
2025 年数字统计snowflakes fon
card fon
61 487
订阅者
无数据24 小时
+97
+41730
帖子存档
⚡Tofiq Əhməd Ağa oğlu Bakıxanov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
显示全部...
⚡İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
显示全部...
Şahmar Mövsümov: Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 81,4 faizə çatıb
显示全部...
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
显示全部...
⚡️İranın xarici işlər naziri bu gün Azərbaycana gələcək Sabah Abbas Əraqçının bir sıra yüksəksəviyyəli görüşlər keçirəcəyi və siyasi məsləhətləşmələr aparacağı bildirilir.
显示全部...
照片不可用在 Telegram 中显示
⚡️The Economist: Evdə və məktəbdə süni intellekt uşaqlığı dəyişir ● Uşaqlar süni intellektin həm öncülləri, həm də sınaq obyektləridir. Süni intellekt real istifadəçi davranışlarını, sual tiplərini və ünsiyyət formalarını müşahidə edib öyrənir. ● Amerikalı yeniyetmələr həm evdə, həm də məktəbdə valideynlərindən daha çox süni intellektdən istifadə edirlər. ● Tədqiqatlar göstərir ki, süni intellektlə işləyən şagirdlərin beyin fəaliyyəti azalır və yazdıqları mətni daha zəif xatırlayırlar. ● Süni intellekt uşaqların ev həyatı və əyləncəsini də dəyişir. Yeniyetmələr arasında süni intellekt “dostları” geniş yayılıb, bəziləri hətta şəxsi mövzuları real insanlardan çox süni intelleklə bölüşürlər. ● Hökumətlər artıq uşaqlar üçün süni intellekt məhdudiyyətləri hazırlayır.
显示全部...
Prezidenti İlham Əliyev Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
显示全部...
⚡️Mingəçevirdə 1 yaşlı körpəni binanın zirzəmisinə atan valideyn saxlanılıb Faktla bağlı cinayət işi başlanıb
显示全部...
⚡Biləsuvarın Bağbanlar kəndində "Lexsus" markalı minik avtomobilinin kanala aşması nəticəsində 5 nəfər ölüb.
显示全部...
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə görüşüb.
显示全部...
照片不可用在 Telegram 中显示
Qurban Qurbanov: "Ayaks"ın oyunlarına baxmışıq. Son matçda sistemdə dəyişiklik etdilər. Ola bilər ki, əvvəl etdiyimiz təhlil dəyişsin, tam fərqli düşüncədə olaq. Belə olanda əlavə düşüncə lazım olacaq. Şansa gəldikdə, qarşıda bundan əlavə iki oyunumuz da var. Bakıda oynayırıq, yaxşı nəticə üçün hər şeyi etməyə çalışacağıq. Amma rəqib də bunu düşünür. Çalışacağıq ki, intizamlı oynayaq və nəticə qazanaq".
显示全部...
照片不可用在 Telegram 中显示
⚡️Dohada keçirilən panel müzakirəsində çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev Zəngəzur dəhlizindən danışıb: ● Armen Qriqoryan bildirib ki, Vaşinqton sammitində əldə olunan razılaşmaya əsasən Ermənistan bu yolu “TRIPP” adlandırır. Ermənistan əmindir ki, TRIPP təkcə region üçün yox, onun hüdudlarından kənarda olan ölkələr və biznes üçün də böyük imkanlar açacaq. ● Hikmət Hacıyev qeyd edib ki, 8 avqust razılaşması mühüm əhəmiyyətə malikdir. Bu kontekstdə Azərbaycan “Zəngəzur dəhlizi” terminindən istifadə edir: "Ermənistan tərəfinin bu məsələyə fərqli yanaşmasından xəbərdarıq. Ümid edirik ki, iki ölkə arasında yeganə problem terminologiya olacaq".
显示全部...
⚡️Paşinyan: Biz Azərbaycanın ərazi bütövlüyünü tanıdıq ki, özümüz də ölkəmizin ərazi bütövlüyünü tanıya bilək
显示全部...
⚡️Donald Tramp İlham Əliyevə məktub ünvanlayıb
显示全部...
照片不可用在 Telegram 中显示
Prezident Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
显示全部...
Suriya ilə Türkiyə, eləcə də Türkiyə ilə Azərbaycan arasında enerji dəhlizi gələcəkdə son dərəcə sərfəli ola bilər Bu barədə ABŞ-ın Türkiyədəki səfiri Tom Barak bildirib. O, Türkiyə ilə əlaqələrin Azərbaycan və Ermənistan üçün həlledici rol oynadığını vurğulayıb. Diplomatın sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh sazişi imzalandıqdan sonra Ermənistan-Türkiyə sərhədinin açılmasına ümid yaranacaq.
显示全部...
照片不可用在 Telegram 中显示
⚡️Armen Qriqoriyan: ● Əgər iki il əvvəl biz Azərbaycanla ziddiyyətli narrativləri müzakirə edirdiksə, indi çox oxşar narrativlərimiz var. ● Hazırda İrəvan və Bakı arasında bəzi mövqelər üst-üstə düşməsə də, əminəm ki, tərəflər əməkdaşlığı möhkəmləndirəcəklər. ● Hər iki tərəfin siyasi iradəsi lazımdır və beynəlxalq ictimaiyyət sülhün qurulmasına dəstək göstərə bilər.
显示全部...
00:54
视频不可用在 Telegram 中显示
SOCAR prezidenti "Söndür və Qazan" trendinə qoşulub Energetika Nazirliyinin enerji qənaətinin təşviqinə yönəlmiş "SöndürVəQazan" kampaniyasına yüksək vəzifəli şəxslər də qoşulmağa başlayıb. Operativ Media xəbər verir ki, onlardan biri SOCAR prezidenti Rövşən Nəcəfdir. Paylaşımda qeyd olunur ki, enerjidən səmərəli istifadə gələcək üçün ən dəyərli investisiyalardan biridir. O, gündəlik davranışlarda kiçik dəyişikliklərin böyük təsir yarada biləcəyini vurğulayaraq, cəmiyyəti enerji səmərəliliyini həyat tərzinə çevirməyə çağırıb.
显示全部...
3.41 MB
⚡️Dəməşq hava limanını SOCAR yanacaqla təmin edəcək.
显示全部...
Binəqədidə kafedə partlayış olub, 3 nəfər yaralanıb.
显示全部...